Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: ADAM OLMA Adalet.az | Faiq QİSMƏTOĞLU: ADAM OLMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ADAM OLMA

5899    |   2018-10-26 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bir müəllimimiz vardı – Əvəz müəllim! Daha doğrusu, məktəbin direktoru idi. Əvəz müəllimdən nəinki biz, hətta müəllimlər belə çəkinirdi. O, məktəbin həyətinə girəndə şagirdlərdən tutmuş müəllimlərə qədər hamı özünü yığışdırardı. Çünki Əvəz müəllim bir müəllimin, bir şagirdin nöqsanını görən kimi ondan əl çəkməz və uzun müddət nəzarətdə saxlayadı. Ta o vaxta qədər ki, gördüyü nöqsan aradan qaldırılmalıydı…

… Onun sözünün əvvəli də, axırı da bu idi: oxuyun, adam olun! Elə uşaqlar vardı ki, oxumurdular. Elə ki, orta məktəb həyatı bitdi, kimin adam olub-olmamasını həyatın enişli-yoxuşlu yolları göstərdi. Yollar göstərdi ki, elə oxuyan vardı, gəlib vəzifə tutdu, şan-şöhrət qazandı, ancaq adam olmadı. Orta məktəbi güc-bəlayla qurtarıb həyata atılan bəzi dəcəl uşaqlar isə həm mövqe tutdular, həm də gəlib adam oldular…

… Adam olmaq üçün təkcə oxumaq bəs eləmir. Adam olmaq üçün həm də sənin qanın təmiz olmalı, kökün, nəslin, nəcabətin özünü göstərməlidir. Əgər nəsil-nəcabətin varsa, qanın təmizdirsə, oxumasan da adam olacaqsan. Vallah, qanın xarabdısa, kökündə bir zatıqırıqlıq varsa, istəyirsən dünyanın yiyəsi ol, özünü nə vaxtsa göstərəcək. Göstərəcək ki, gədəsən, yoxsa adam!..

… Oxumaq qədər gözəl və oxumaq qədər şirin bir varlıq yoxdur. Hətta «Qurani-Kərim»in «Əl-Ələq» (Laxtalanmış qan) surəsində bu barədə, yəni oxumaq haqqında iki dəfə Allah kəlamı var. Həmin surənin birinci ayəsində buyurulur: «(Ya Peyğəmbər! Qurani-Kərimin bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!». Və bunun ardınca 3-cü ayədə təkrarən yenidən buyurulur: «(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!»

Aydındır ki, müqəddəs «Qurani-Kərim»in bu surəsində söhbət elmdən, oxumaqdan, öyrənməkdən və əğz etməkdən gedir. İnsan nə qədər elm öyrənsə, kitab oxusa, bir o qədər gözüaçıq, bir o qədər savadlı, bir o qədər də dünyanı dərindən dərk edə bilər. Oxumasa isə ömrü boyu cəhalətin, mövhumatın və qaranlığın içində olacaq. Yazımızın əvvəlində qeyd elədik ki, elə adam var oxumayıb, amma çox ziyalı insandı. Bunu yəqin çoxları bilir. Amma oxumuş alim, professor, akademik var ki, savadlıdı, elmlidi, ancaq üzr istəyirəm, adamlığı yoxdur.

Belə rəvayət olur ki, son dərəcə zülmkar və zalım bir adam ömür boyu insanlara pislik eləyir. Allah-Təala ona hər cür var-dövlət verir, bəxtini açır, amma o isə bu qazandığı pulla, var-dövlətlə, qızıl-gümüşlə insanlara yalnız və yalnız yamanlıq etməklə məşğul olur. Gunlərin birində zalım insan xəstələnib yatağa düşür və oğlunu çağırıb vəsiyyət edir ki, mən çox insanlara zülm etmişəm. Hər şeyim olub, ancaq adamlığım olmayıb. Adamlığım olsaydı, bu qədər var-dövlət qazana bilməzdim. Görürəm, son nəfəsimdə nə var-dövlətim, nə də qızıl-gümüşüm mənim karıma gəlmir. Camaat da mənim əlimdən zinhara gəlib. Oğul, mən öləndən sonra dəfn eləyib hamı ilə geri dönmə. Məzarımın üstünə özün gəlib oturarsan. Çünki sən gəlməsən, başqaları gəlib mənim məzarımı murdarlayacaq. Ancaq sən mundarlasan, onda camaat deyəcək ki, ay bu gorbagorun məzarını murdarlamış adamın atasına Allah rəhmət eləsin! Ona görə də vəsiyyətimi yadından çıxarma! Ata ölür, oğul da o vəsiyyəti yerinə yetirir. Kənd camaatı gəlib görür ki, bu zülmkar kişinin məzarını murdarlayıblar. Camaat da bunu görəndən sonra bir ağızdan deyir: Allah bu məzarı murdarlayanın atasına rəhmət eləsin!

Elm, kitab insanın qəlbinə mərhəmət hissi oyadır, işıq gətirir. Bu işığı heç də hər adam öz qəlbinə, öz ürəyinə yaxın buraxmır. Birinə deyirsən kitab oxu, birinə deyirsən qəzet al, birinə də deyirsən düz otur, heç cürə səni anlamaq istəmir. Deyirəm bəlkə indi başqa bir formadan istifadə eləyək? Məsələn, deyək ki, kitab oxuma, qəzetə baxma, adam olma! Necə ki, bir vaxtlar Üzeyir bəy, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev öz felyetonlarında belə yazırdılar: kitab oxumaq, qəzet oxumaq, elm öyrənmək müsəlmana haramdı. Çünki müsəlman kitab oxuyar, qəzetə baxar, elm öyrənər, gözü açılar. Və biz müsəlmanların da kitabdan və qəzetdən zənndən zəhləsi gedir. Sanki kitab qutuda olan bir ilandı. O ilan qutudan çıxacaq və adamı çalacaq. Ona görə də nəbadə kitab oxuyub adam olmaq lazım deyil…

Adam olanda insanın çox şeyi olmur – varı, dövləti, maşını, malikanəsi, nə bilim tay nəyi?! Kitab oxuyan Allahdan və qanundan qorxur, haram tikə yeməkdən uzaqlaşır. Kitab oxumayan isə nə Allahdan qorxur, nə də qanundan. Təki var-dövlət olsun, təki pulu artsın və kefi çağ olsun. Adam olmayanda çox şeyə çata bilərsən. O şeyə çata bilərsən ki, onun barəsində həmişə düşünmüsən. Düşünmüsən ki, məclisə gedəndə sənə görə hamı ayağa qalxsın, gəlib yaltaqlana-yaltaqlana sənin yanında əyləşsinlər. Sən də özünü pox yemiş turac kimi dartasan və camaata göstərəsən. Axı, bu camaatın çoxu insanın ağlına, başına, zəkasına yox, əyninə, geyminə, mindiyi maşına qiymət verir. Onların bəzilərinə adam olmaq yox, bax, bu cür var-dövləti olub adam olmayan insanlar sərf eləyir. Bilirlər ki, qarşısındakı çox ləyaqətsiz, şərəfsiz, vicdansız və minsifətli bir adamdı. Amma çoxlarının işi aşdığına görə, bu şərəfsiz və ləyaqətsiz adama elə bir sevgiylə yanaşır ki, özləri də buna məəttəl qalır. Məəttəl qalsalar da, cəmiyyətdəki isti münasibəti görüb özlərinə ləzzət eləyir. Ləzzət eləyir ki, noolsun adamlıqları yoxdu, zato var-dövlətinə görə çoxluq ona baş əyir. Hələ bundan sonra da baş əyəcəklər. Nə vaxta qədər ki, hər şey pulla, var-dövlətlə ölçülür, elə belə də olacaq!..

… Adam olmasan, nə başınızı ağrıdaq, hər şey sizin üçün əla olacaq. Nə altıdan alımınız olacaq, nə də beşdə veriminiz! Böyük şair Vaqif Bəhmənlinin gözəl bir şeiri var: «Adam olma». Düşünürəm ki, elə o şeirin üç bəndilə yazımı bitirim:


Çölün iti kimi acından gəbər,

Ayaqlar altında tapdanan yol ol!

İnsanlıq önündə tikanlı çəpər –

İlan ol, quzğun ol, ağac ol, kol ol;


Təkcə adam olma fani dünyada.

Sarısın sümüyünü zamanın donu

Gir, gizlən içi boş kəllə dalına.

Yan öt sevgilərdən, bir heçdi sonu


Arı ye, namusu şəllə dalına-

İçində közərən adamı söndür.

Adamlıq haqqının taxtı laxlayıb

Kimdi qulaq asan adam deyənə.


İşdi, adam olsan, sözə baxmayıb,

Canın yem olacaq adamyeyənə,

Ələ gəlməyəcək sümüklərin də…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK