deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖZÜN ZABİTİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖZÜN ZABİTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SÖZÜN ZABİTİ

O, sözün səliqəsini və zəhmini qorumağı bacarır

4423    |   2018-10-17 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, az qala 20 ilə yaxın idi ki, onunla görüşmürdüm. Bir az da dəqiq desəm, ötən əsrin 91-ci ilindən başlayaraq mən onunla ancaq qiyabi təmasda oldum. Sözünü-söhbətini eşitdim, mətbuatda yazılarını oxudum və bir də çox dəyərli şairəmiz, artıq oxucu yaddaşına adını möhürləmiş Kəmalə xanım Abıyevanın vasitəsilə onun durumundan xəbər tuta bilirdim. Bizi içərisində olduğumuz həyat və Azərbaycan reallıqları bir-birimizdən uzaq salmışdı. Belə ki, mən Dağlıq Qarabağda, o isə cəbhənin Ermənistanla üzbəüz istiqamətində vətəndaş missiyasını yerinə yetirirdi.

Bir məqamı xatırlatmaq istəyirəm. Dağlıq Qarabağ hadisələri başlananda artıq mən doğulduğum bölgədə fəaliyyət göstərirdim. Ona görə də paytaxtla, buradakı dostlarla əlaqəm o qədər də sıx deyildi. Sonra Müdafiə Nazirliyimizə müraciət etdim və mərhum generalımız Valeh Ərşadlının əmrilə həqiqi hərbi xidmətə çağırılıb zabit-jurnalist kimi cəbhə müxbiri vəzifəsinə təyin edildim.

Əmrdə mənə Dağlıq Qarabağ və ona bitişik

rayonlar üzrə vəzifənin icrası tapşırılmışdı. Amma barəsində söhbət açacağım şair dostum Maşallah Məftun isə öncə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirmişdi, sonra da, yəni 1989-cu ildə isə o, Marşal B.M.Şapşnikov adına Hərbi Akademiyada təhsil almışdı. O, hərbi təhsilli olduğu üçün 1993-cü ildə artıq Azərbaycan ordusunda zabit kimi xidmət edirdi. Necə deyərlər, nəfəsi barıt qoxuyurdu. Bax, beləcə ayrı düşmüşdük bir-birimizdən. İndi sual çıxır ortaya:

- Bizim şəxsi tanışlığımızın səbəbkarı kim və ünvanı hara olubdu?

Yaşıdlarım xatırlayar, Sovet dönəmində Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin nəzdində ədəbi birlik fəaliyyət göstərirdi. Həmin birliyə mərhum şairimiz Vaqif İbrahim rəhbərlik edirdi. Bax, bizim də söz adamı olaraq tanışlığımız bu birlikdən başlamışdı. Sonrakı həyat da məlumdur...

Bütün bunları ona görə xatırladıram ki, oxucu Maşallah Məftunun böyük bir ədəbiyyat yolu keçdiyinə, sözün, şeirin içində olduğuna əmin ola bilsin.

Birmənalı şəkildə qəbul etsin ki, Maşallah Məftun bu gün yazmağa başlamayıb. Onun müasir ədəbiyyatımızda dəsti-xətti, oturuşmuş imzası var.

Özü də bu imza sözə həm də bir hərbçi, bir zabit kimi elə sayğıyla yanaşır, elə xidmət edir ki, onun qələmi kimi, sözü də şərəflənir. Bugünlərdə köhnə dostumun yenicə işıq üzü görmüş kitabını aldım. Daha doğrusu, redaksiyamıza qonaq gəlmiş Maşallah Məftunla qucaqlaşıb, görüşüb söhbətləşən zaman ona xatırlatdım ki, bəs mətbuatdan xəbər tutmuşam, yeni kitabın çıxıb...

Maşallah Məftun da özünəməxsus təbəssümlə heç nə demədən əl çantasından bir kitab çıxardı. Və o kitaba cəmi-cümlətanı bir cümləlik aftoqraf yazdı:

- Əbülfət Mədətoğluya - Nurəngiz Günün işığıyla... Hörmətlə: Maşallah.

İndi soruşa bilərsiniz ki, niyə məhz "Nurəngiz Günün işığıyla"?

Bəli, Maşallah Məftun bu kitabını məhz Nurəngiz Günün doğum gününə, yubileyinə ithaf edib.

Kitabdakı şeirlərin hər birində Nurəngiz xanımın hənirini, ülfətini, səmimiyyətini elə rahatlıqla duymaq, ürəyə ən əziz müsafir kimi qəbul etmək olur ki, adamın heç ruhu da incimir.

Və bunun da bir səbəbi şeirlərin təkcə özünün yazı tərzi deyil, həm də onun bilavasitə Nurəngiz Günə ithaf olunması, həm də bu ithafın müəllifinin özünün Nurəngiz xanıma sonsuz ehtiramından irəli gəlir, qaynaqlanır.


Kitab "Güllərin soyqırımı" adlanır. Kitaba ön sözü xalq şairi, hamımızın sevimlisi Nəriman Həsənzadə yazıb. Nəriman müəllim vurğulayır ki, "Nurəngiz xanım özündən sonra qiymətli, ədəbi irs qoyub getmişdi... Oxuculara təqdim olunan "Güllərin soyqırımı" poeması da elə əslində həmin irsin bir tədqiqatı kimi qiymətləndirilməlidir". Zənnimcə, bu fikrin özü artıq hər şeyi deyir. Oxucuya Maşallah Məftunun məramını, məqsədini açıqlayır. Və mən də həmin o məramın, məqsədin işığında "Güllərin soyqırımı"yla baş-başa qalıram.

Mərmərlər üstündə şəkildə, adda...

Dünya vidasıyla doğulur insan.

Şeytanın, iblisin sığalı altda,

Bəlkə yer altında boğulur insan.

Səbr kasamız da daşdı- deyirlər

Axır ki, onu da kül eləyirlər.

Vida nəğməsilə əl eləyirlər,

Sağ ikən gül ömrü yaşayanlara,

Məzarlar üstünü gül eləyirlər.

Proloqdan götürdüyüm bu bir neçə bənd məzarı gül-çiçəyə bükülmüş bir şairənin halal haqqına işarədir. O haqqa ki, onun sahibi bu dünyada Tanrının qonaq bəndəsi olsa da, söz dünyasında izini açmış bir müəllifdir!

Bax, bu mənada Nurəngiz Günün obrazını yaratmaq elə həyatda, xüsusilə özünə aid sahədə iz qoyanlara da bir abidədir. Maşallah Məftun yazır ki:

Tanrı güc verəcək sana,

Qaranlıqları sən yara-yara.

Bir gün çıxacaqsan aydınlığa...

Zindanlar önündə

diz çökəcək bir gün.

ahular ana ağuşuna

dönəcək bir gün.

Kədərli gözlərindən

Min bir sual boylanır,

zaman salama gəlir,

dövran yenə haylanır.

- Dua et Tanrıya -

Mübarək olsun - de.

Açılan səhərlərə,

gələn günlərə,

qismətinə,

qoy nur ələnsin...

Bu parçada mən Tanrının əlini uzatdığı, hayına yetdiyi, yoluna işıq saldığı bir zülmlə, əzablarla, haqsızlıqlarla vuruşan və onun qarşısında özü diz çökməyən, amma günü, zamanı, mübarizə apardıqlarını diz çökdürən bir Tanrı qonağının obrazını görürəm.


O sima gözlərimin önündə təkcə əzabların, mübarizənin ifadəçisi kimi yox, həm də qələbə nəşəsini əks etdirən bir varlıq kimi, bütövlük kimi canlanır. Bunu da Maşallah Məftun qələmi yaradır. Şair yazır ki:

- Eheyy...

- Eheyy...

ovcunda sirr aparanım,

barmaqlarında qabar,

ürəyi param-param,

ürəyi yara-yaram.

Tanrı ətəyindən bərk tut

dərdlərini azca unut...

Tanrı sevgisi

onu sevənlərindi.

Elə buradaca qeyd etmək yerinə düşər ki, poemada, yəni Maşallah Məftunun kitabında Nurəngiz Günün şeirlərindən gətirilmiş iqtibaslar kitab müəllifinin öz qarşısına qoyduğu məqsədə doğru getdiyi söz yolunun istiqamətini də müəyyən mənada yönəldir, onu öz axarına salır. Yəni Maşallah Məftun məhz həmin iqtibasların çətiri altında dayanıb sözünü misralara çevirir. Bax, yuxarıda təqdim etdiyim o nərəyə, çağırışa, hayqırtıya bənzəyən misralar da məhz dediyim fikirdən qaynaqlanır. Ona görə də "Güllərin soyqırımı" poeması mənim bir oxucu düşüncəmə görə, həm də Nurəngiz Günlə söhbətdi, onun sözlərinə qoşulub şeirə çevrilməkdi.

Mən bu fikrə həm də ona görə gəlirəm ki, iki hisədən ibarət olan poemanın birinci hissəsində şair bütün fikirlərini daha çox İlahi ilə, Tanrıyla təmasda oxucu önünə çıxarır. Və vurğulayır ki, onlar güllərin ilahəsinin tərənnümüdür. İkinci hissədə isə artıq həyatımız kimi, yaşamımız kimi Maşallah Məftunun fikir karvanı da qüruba doğru yön tutur. Və burda güllərin soyqırımının, həmin soyqırıma gedən yolun bütün ləngərləri misralanır.

Amma bu soyqırım özü ilə birlikdə həm də bir qisas abidəsini ortaya qoyur. Çünki o gülləri yaradan Tanrı həm də onun qoruyucusudur. Tanrı qoruyanı isə bəndə tarix səhnəsindən silə bilməz.

Mən çox qısa müddətə tanış olduğum bu kitabla bağlı fikirlərimi isti-isti kağıza köçürməyə ona görə qərar verdim ki, bu kitabın qəhrəmanı mənim də həyatımda müəyyən izlər qoyubdu.

Ona görə də hələlik ilk təəssüratımı bölüşdürməklə yazını oxuyacağınız bu cümə axşamı günündə unudulmaz Nurəngiz xanımın ruhuna, şəhidlərimizin adına dilimə bir dua gətirirəm:

- Məkanları cənnət olsun!

O ki qaldı bütövlükdə kitab barəsində düşüncələrimə, inşallah, onu da bir gün oxucularıma təqdim edəcəm.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK