viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nicat NOVRUZOĞLU: Sözünüzün arasında reklamlar dursun Adalet.az | Nicat NOVRUZOĞLU: Sözünüzün arasında reklamlar dursun Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: Sözünüzün arasında reklamlar dursun

9222    |   2018-09-21 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«… Ən rahat pampers bizim pampers. Yumşaq və rahat, həm də yarımilli – pambığı bizdən, istehsalı Türkiyədən. Qiyməti sərfəli . Təzə anadan olmuş cocuqdan adına o dünyada qayib yazılanlara qədər hər kəs istifadə edə bilər. Şəhərdəki pullu ayaq yollarına da ehtiyacınız qalmasın».

«…İpək kimi yumşaq və gözəl qoxulu qadınların ən çox sevdiyi bez paketlər. Günlük və aylıq. Baxın, necə də incədi».

«…Bu prezervativlər həm ehtirası artırır, həm də sizin sağlamlığınızın qoruyucusudu. Onsuz da şəhər ərəblərlə doludu. Ehtiyat igidin yaraşığıdı».

«…Kişi ürəyi. 80 yaşında Həsənqulunun ən çox sevdiyi həb. Fransız istehsalı. Qarısı hər səhər mətbəxdə fıştırıq çalır».

«…Bağırsaqlarınız bağlanıb, bu sizə əziyyət verir? Almaniyanın Şanxay şəhərində istehsal olunmuş bu dərmandan bir qaşıq atırsız 3 litrlik balona, qarışdırırsız , 1 saatdan sonra bütün balonu çəkirsiz başınıza , bağırsaqlarınız gül kimi tərtəmiz olacaq. Şəhərimizin bütün apteklərində var».

«…Ostroxondrozsunuz? Fransanın Bombey şəhərində istehsal olunmuş, banqladeşli mütəxəssislərin də uğurla sınaqdan keçirdiyi bu darmanı (dərman yox, darman) sürtürsünüz ağrıyan yerlərinizə, bir saatdan sonra kukla kimi olacaqsınız.

«…Gecə yata bilmirsiniz, tez-tez su başına gedirsiz, xanımınız da sizdən incikdi? Bu darmandan bir xörək qaşığı tökürsüz bir stəkana, sonra içirsiz, of bə! Şaban demiş, həyat varmış».

«…Cinsi zəifliyiniz var, bu həblərdən atın, sonra ərəb atı kimi kişnəyəcəksiz».

«…Zəifləmisiz, yorğunsunuz, elə bil üstünüzdən tank keçib? ABŞ-ın Urumçi şəhərində hazırlanmış bu həbləri səhər-səhər yeməkdən yarım saat əvvəl atın. Bir saatdan sonra təsirini göstərəcək. Özünüzü ABŞ-ın dəniz piyadaları kimi hiss edib Suriyanı bombalamaq istəyəcəksiz».

«…Bu dərman milli dərmandı, yerli istehsaldı. Şəhərimizin bütün apteklərində reseptsiz satılır. Qarnınız ağrıyır? Gündə üç dəfə yeməkdən sonra içirsiz, on beş gündən sonra qarın ağrınız kəsəcək. Özəlliyi ondadır ki, təbii otlardan hazırlanıb və 3 litrlik balonlarda satılır. Qiyməti də ucuz - 4 kilo quzu əti qiymətinə».

«…Saçınız tökülür? Qəti qorxusu yoxdu. İngiltərənin Dehli şələrində pakistanlı mütəxəssislərin çalışdığı əczaçılıq fabrikində hazırlanmış bu həbləri verirsiz qonşunuz içir, onun da saçı tökülür . Siz də hər səhər qonşunu görəndə dilxor olmursuz».

«…Xərçəng erası bitdi. Daha qorxmaq lazım deyil. İranın Həmədan şəhərində erkək aslanın südü ilə, ilanın yuvasının ağzında bitmiş yarpızla, xoruzun yumurtasının sarısı ilə qarışdırılaraq hazırlanmış bu qeyri-adi darmanı sürtürsüz qayınananızın ayağının altına, vəssalam. Xərçəng qayınananızın qorxusundan sizdən əl çəkəcək».

«…Antipolis. Bu darman Yaponiyada hazırlanır. Yarım litr rus vodkasını vurursuz bədənə, üstündən də bu darmanın həbindən atırsız. O qədər təsirlidir ki, sonra gedib maşınla girirsiz ağaca, aparırlar sizi xəstəxanaya, polislər tökülüb gəlir, nə qədər çalışırlar sizin içkili olduğunuzu sübut edə bilmirlər. Yaponiyada satışı qadağan olsa da, biz demokratik ölkəyik, bizdə açıq satışdadı».

«…Təngənəfəssiz? Bir də Duzdağ sanatoriyasına getməyə ehtiyac yoxdu. Hər səhər yerinizdən duran kimi dərhal bir siqaret çəkirsiz. Qorxmayın, siqaret tütündən deyil, saman çöplərindən, gözəl meşələrimizin növbənöv ağaclarının qurumuş yarpaqlarından hazırlandığından özünüzü Kislovodskidə hiss edəcəksiz».

Darıxmayın, hörmətli televiziya tamaşaçıları. Hələ reklamlarımız çoxdu, milli və ya qeyri-milli. Sabahkı proqramlarımız milli mallarımızın reklamına həsr olunacaq. Reklamsız bir saatımız olmasın! Düzdür, arada kinodan, konsertdən verib reklamlarımız kəsilir, yaxın gələcəkdə bu barədə daha ciddi ölçü götürüləcək.

P.S. Başlıqdakı ifadə yazıçı Seyran Səxavətə məxsusdu.

Yazını əvvəlini BURADAN oxuya bilərsiniz


İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK