ANA SƏHİFƏ / YAZARLAR

İMKANLARIMDAN QORXAN ARZULARIM...

Bu qara qitə get - gedə skeletlər qitəsinə dönür deyəsən...

57009    |   2013-04-13 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qorxu filmlərindəki kadrlardı sanki internet səhifəsində gördüklərim. Aclıqdan qabırğaları tək - tək sayıla bilən, büzdüm sümüyünə qədər bədənində bir tikə əti qalmayan afrikalı körpələr... Bu uşaqların necə ayaq üstə dayana, yeriyə bildikləri təəccüblüdü... Ehtiyatsızlıqdan yerə dağılmış suyun nəmini torpaq üzərindən yalayan afrikalı kişi. Skelet görkəmli körpəsini bağrına basaraq nəfəsi gəlib - gəlmədiyini tez-tez yoxlayan ümidsiz afrikalı qadın. Yeriməyə taqəti olmayan gözlərinə milçəklər darışmış afrikalı qoca. Yəqin ki, çoxlarınız şahidi olub bu görüntülərin. İnsanların bir-birinə qarşı laqeydləşdiyi dövrümüzdə bəzilərinin bu görüntüyə baxarkən tükü də tərpənmədiyinə inanıram. Filmə baxırmış kimi, ekranı söndürüb və ekranın qaralmağıyla yaddan çıxan bu görüntülərdəki dəhşətlərin fərqinə varmayıb...

Gündə neçə dəfə su kranını açıramsa, keçirdiyim hisslər təkrar olunur. İnternet səhifələrində gördüyüm şəkillər gözlərimin qarşısından çəkilmir. Ən qəddar insanın da ürəyini bir az yumşalda biləcək fotolar. Yuxa ürəkliləri param - parça edən görüntülər... XXl əsrdə aclıqdan ölən bu insanların daha böyük arzusu olan su həsrətini xatırlayıram qarşımda axan suya baxarkən...

Özümüzə aid kifayət qədər poblemləri qoyub, Afrika haqda düşünməyim çoxlarına məntiqsiz görünür. Ancaq bu insanlıq halıdı və mənə elə gəlir ki, bu düşüncələr çoxlarının rahatlığını pozan mövzudu.

Etirazlar, narazılıqlar olsa da, bizim bugünkü yaşayış tərzimizə Afrika ölkələrinin əhalisi ancaq həsəd apara bilər. Əlbəttə, Afrika kimi həddən artıq kasıb bir ölkənin bizim ölkəmizlə müqayisəsi belə, mümkünsüzdü. Bu müqayisə bizim daha yaxşı yaşamaq, qanunla bizə aid olanlara sahib çıxmaq kimi istəklərimizin əksi kimi dəyərləndirilməsin. Məqsədim tamam başqadır.

Adi həyat tərzimizi, gündəlik məişətimizi göz önünə gətirsək, Allahın bizə verdiyi nemətlərə necə naxələf çıxdığımızın şahidi olarıq. Yaradan lütf edib bağışladığını qənaətlə, israfsız, qədrini bilə - bilə xərcləməyi tövsiyə edir. Və müqəddəs kitabımızda da dəfələrlə Onun israfçılığı, israfçıları sevmədiyi vurğulanır. Amma buna əməl edirikmi? Dəfələrlə yol kənarında, binaların ümumi hissələrində suyu gecə - gündüz şırhaşır axan krantları görmüş olarsınız. Zibil qutularının yanında sellofon torbalarda bir az kəsilib, bərkdi deyə atılan, çörəkləri də həmçinin. Bir anlıq zibil qutularındakıların dörddə bir hissəsini təşkil edən atdığımız çörəkləri və şəkildəki XXl əsrdə aclıqdan skeletə dönmüş afrikalı uşağı təsəvvür edin. Bir anlıq o uşaqları zibil qutularımızın yanında təsəvvür edin. Qutudakı çörəkləri necə acgözlüklə təpişdirdiklərini təsəvvür edə bildinizmi! Mən təsəvvür edirəm və bu mənzərədən ürəyim ağrıyır.

Gecə-gündüz axıb itkiyə gedən sularımızı və nəm torpağı yalayan afrikalı kişini müqayisə edin. O kişi burada yaşamalı olsa, ömrü açıq krantları bağlamaqla keçər...

Bircə gün, yaxud bir neçə saat su olmasa, evdə aləm bir-birinə dəyir. Bir neçə saat! Bu hələ əl - ayağa işlətmək üçün lazım olan sudu. Amma təsəvvür edin ki, insanlar günlərlə içməyə su tapmırlar. İnsan haqlarının müdafiəçisi olduğunu, demokratikliyini dünyaya car çəkən Amerika isə bunlardan xəbəri yoxmuş kimi davranır. Mən siyasətdən uzaq adamam. Amma Ermənistanı silahla təmin edən Rusiya, Şərq ölkələrini bir-birinə qarşı çevirmək üçün aranı qarışdırıb hər iki tərəfi də silahlandıran Amerika bu insan ölümlərinə səbəb olan addımlarındansa, Afrikadakı acların, susuzların problemlərini həll edə bilər.

Çarlz Bukovskidən bir replika: Afrikaya yardım dərman göndərmək istədim. Amma hamısının üzərinə "yeməkdən sonra" yazılmışdı...

Yer üzünün insanları bir-birinə dəstək, dayaq olmaqdan uzaqlaşıblar artıq. Bu sahədə maraqlar azalıb, həvəslər tükənib. Hərdən edilən köməkliklər də dünyaya "lənət olsun içimdəki insanlğa!" ifadəsiylə, saxtakar siyasətçilərin "insanpərvərliklərini" sübut etmək artistliyindən irəli gəlir.

Şagird vaxtlarımın xatirələrindən biri də "Vyetnama yardım" adı altında topladığımız ianələri ilə bağlıdı. Çox həvəslə, içimizdən birimizə yardım edirmişik kimi ürəklə qoşulurduq bu kampaniyaya. O vaxt Vyetnamlıların ehtiyacı olanlar bu gün inkişaf etmiş, qloballaşmış dünyanın gözü qarşısında ölü canlara çevrilmiş afrikalıların ehtiyacı qədər sadə deyildi bəlkə də: quru çörək və suya olan ehtiyac!

Kaş nəsə əlimdən gəlsəydi!.. Yeməkdən doyub çəkilərkən, suyu başıma çəkib sərinləyərkən o "skeletlər" məni rahat buraxsaydı!..

Bu böyük arzudu. Amma arzularım imkanlarımdan qorxur, çox qorxur!!!

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK