ANA SƏHİFƏ / YAZARLAR

İPOTEKA KOMEDİYASI

(Sonu olmayan tamaşa)

16438    |   2006-09-16 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetlər yazdı, nə bilim siyasətçilər dedi, dövlət məmurları dedi, bankirlər dedi, hökumət yaxasını cırdı ki, bəs, ay gənclər, gözünüz aydın, İpoteka gəlir, hamınızın eviniz-eşiyiniz olacaq. Ölkədə bir bayram başladı, bir vur-çatlasın başladı ki, gəl görəsən. Gənclər necə sevincək oldularsa, Milli Məclisə müraciət göndərdilər ki, madam ev almaq belə asanlaşacaq, icazə verin iki arvad alaq. Ola bilsin ki, payız sessiyasında parlament gənclərin bu arzusunu yerinə yetirsin, ən azı ona görə ki, iki arvad almaq istəyənlər təkcə gənclər deyil. Bircə Bərdədəki Ərəb çadır şəhərindən ?əsənqulu etirazını bildirdi ki, ay qardaşlar, mən bu bir arvadı saxlaya bilmirəm, bəs iki arvadı nə təhər saxlayacaqlar? Bəli, Milli Məclisdə müzakirə olundu, hökumətdə müzakirə olundu (ikiarvadlılıq yox, ikiarvadlılıq payızda müzakirə olunacaq, İpotekadan söhbət gedir, niyə "İpoteka" sözünü böyük yazıram, çünki Azərbaycanda elə bilirlər ki, İpoteka şəxsiyyətdi, pulu çox olan şəxsiyyət), mətbuat konfransları keçirildi və keçirilir. Bakıda ev tikintisi sürətləndi ki, day İpoteka müəllim gəlir, ev üstə qırğın olacaq. Nəhayət, İpoteka müəllim gəldi çıxdı. Az qala bir ildi ki, İpoteka müəllim ölkəmizdə fəaliyyət göstərir. Sözün düzü, mən də sevinmişdim, iki oğlum var (Allah hamının balasını saxlasın), dedim İpoteka müəllimdən mən də borc alaram, uşaqlara bu qəşəng binalardan mənzil götürərəm. Amma o qədər sənəd toplamaq lazım gəldi ki (bizim də sənədlərin yarısı qalıb Ağdamda, Seymur Baycana da demişdim ki, İrəvana gedəndə ordan bir Ağdama dəy, bizim evdə bufetin gözündə sənədlər var, onu gətir, onun da başı qarışıb yeyib-içməyə, məni yaddan çıxarıb), gördüm bu sənədləri yığmağa vaxt sərf eləsəm gərək onda Milli Məclisin iclaslarına getməyəm, onda da məni deputatlıqdan çıxararlar, biabır olaram. Bundan başqa, o da məlum oldu ki, mənim uşaqlarım dövlət məmurlarıdı və onların maaşı da İpoteka müəllimdən borc almağa imkan vermir. Və oturub hesabladım gördüm ki, Azərbaycanda maaşları İpoteka müəllimdən borc almağa çatan gənclərin sayı bizim redaksiyada çalışanların barmaqlarının sayından azdı. Və sonda gördüm ki, bir yaxşı kişidən borc almaq İpoteka müəllimdən borc almaqdan min dəfə yaxşıdı. Dünən qəzetlərdə İpoteka müəllimin Fondunun icraçı direktoru Faiq Məmmədovun keçirdiyi mətbuat konfransından məlumatlara rast gəldim. Bu bir ildə heç bilirsiniz neçə nəfər İpoteka müəllimdən borc ala bilib, astronomik rəqəmdir: 86 NƏFƏR. ?esablasaq ki, Azərbaycanda əhalinin 30 faizi gəncdir, bu edir təxminən 2 milyon 600 min nəfər. Bunun da yarısı oğlandır, bunların da ən azı 10 faizi subaydır, yəni ev almaq istəyir, evlənmək istəyir - bu da eləyir 260 min adam. İndi 260 mini bölək 86-ya = 3023 il vaxt lazımdı ki, gənclərimiz İpoteka müəllimin hesabına ev ala bilsinlər. Bu minvalla 5029-cu ildə inşallah, Azərbaycandakı bütün gənclərin evi olacaq. Təbii ki, rəqəmlərdə bir az ifrata vardım, olmasın 5029-cu il, olsun 3029-cu il, lap 3021-ci il. Deməli, Seymur Baycana növbə çatır təxminən 1030 yaşında, əsl gənclik və evlənmək vaxtıdı. ?ərçənd ki, Dostoyevski yazır ki, evlənmək üçün ən münasib yaş 55-di, eybi yox, qoy Seymur Baycan 1030 yaşında evlənsin, təki evlənsin. Odur ey, dostumuz Şahin Sinariyanı İpoteka müəllimdən borc ala bilmədiyinə görə evləndirə bilmirdik, axırda Rəşad Məcidlə mən yerə yıxıb onu eşşək sudan gəlincə döydük, 45 yaşında zorla evləndirdik. İndi Parisdən bizə zəng edir ki, özünüzün əli bala batmışdı ki, məni döyə-döyə evləndirdiniz. Bu da İpoteka komediyası. Küçələrdən keçəndə qəribə bir reklam gördüm. "Akkord" adında bir şirkət əvvəlcədən ödənişsiz və çox uzun müddətə borca ev verir (kredit də Azərbaycan dilində borc deməkdir də). Faiq müəllim deyir ki, İpoteka müəllimdən borc alanlar 10,2 faizlə borc alırlar, bir az aşağı yeri də var və ayda da Müəllimə 268 manat ödəyirlər. Amma bu "Akkord" faiz istəmir, aya da 262 manat istəyir. Balam, day onda niyə Avropanın qapılarına düşmüşük, filan-bəsməkan, sənəd belə getdi, maaş ordan hoppandı və sair və ilaxır. Elə özümüzün milli firmamız bu İpoteka müəllimdən qeyrətlidi (meyduproçim, "Akk ord" gərək bizə yekə bir sağ ol desin ki, onu belə reklam elədik. Sağ ol deməsə də olar, elə özü sağ olsun ki, belə bir xeyirxah iş görür). ?anım-gözüm, ay hökumət, daha doğrusu, ay bu İpoteka ilə məşğul olanlar, bəlkə İpoteka müəllimlə bir də söhbət eləyəsiniz, bəlkə yola gətirə bildiniz, bəlkə bir az yumşaqlıq elədi və nəticədə ildə 86 gəncə deyil, heç olmasa 96 gəncə borc verdi. yazını bilgisayarda yazan Mehriban dedi ki, Müəllim, birdən işgüzar nüfuzuna xələl gətirdiyinə görə İpoteka müəllim səni məhkəməyə verər. Mən də dedim ki, narahat olma, qızım, bu bir ildə cəmi 86 nəfərə borc verən İpoteka müəllimin hansı işgüzar fəaliyyətindən söhbət gedə bilər ki, məni məhkəməyə versin.
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK