Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏRİ AYAQ ALTA ATMAYIN… Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏRİ AYAQ ALTA ATMAYIN… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏRİ AYAQ ALTA ATMAYIN…

8420    |   2018-08-29 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bir dəfə Horadiz şəhərində Heydər parkında oğlum Emin, dostum Arif və nəvəm Tunarla gəzəndə qəribə bir səhnənin şahidi oldum. Parkda oynayan uşaqlardan bir neçəsi qızılgül koluna yaxınlaşaraq güllərin ləçəklərini yolmağa başladılar. Analarının başı söhbətə qatışmışdı. Uşaqlar isə gülləri dərmək əvəzinə kolundan qoparır, ləçəkləri yerə səpələyirdi. Bu vaxt «İnternetkafe»də işləyən və mənim çox böyük hörmət elədiyim Səlim Əhmədov özünü saxlaya bilməyib düz o uşaqlara sarı qaçdı. Hələ uzaqdan qışqıra-qışqıra dedi ki, ay xanımlar, qoymayın, uşaqlar gülləri qırıb məhv elədi. Onunla yanaşı, parkda ictimai asayişi qoruyan və təhlükəsizliyi təmin edən xidmətinin əməkdaşları da tez özünü ora çatdırdılar. Uşaqları qızılgül kollarından uzaqlaşdırdılar, analarına da məsləhət verdilər. Dedilər ki, bu parka hamı istirahətə gəlir. Güllərə, çiçəklərə tamaşa edir və onun ətrini ciyərlərinə çəkirlər. Siz isə uşaqları nəzarətsiz qoyub başınız söhbətə qarışıb. Axı belə olmaz! Onların danlağından sonra analar uşaqlarına nəzarət etdilər və bir müddətdən sonra parkdan uzaqlaşdılar…

Dostum və qardaşım istedadlı yazar, millət vəkili Aqil Abbasın çox gözəl bir şeiri var. Ümumiyyətlə, Aqil Abbas nə qədər gözəl yazıçıdırsa, bir o qədər də istedadlı şairdi. 70-ci illərdə onun yazdığı «Çiçəkləri ayaq alta atmayın, günahdı» şeiri bizim hamımızın qəlbinə, ürəyinə çiçək, gül ətri gətirmişdi. Tək bu şeir deyil, onun sevgiylə, güllə, çiçəklə bağlı bir neçə gözəl, unikal şeirləri var. Təəssüf ki, o şeirin hamısı yadımda qalmayıb. Amma yadımda qalan odur ki, Aqil Abbas çiçəkləri, gülləri ayaqlayanlara and verir ki, bu zərif, ətirli gülləri tapdalamasınlar, ayaqlamasınlar. Bundan gözəl, bəşəri sevgi və məhəbbət ola bilməz! Çünki biz həmişə görüşə gedəndə də, haqq dünyasına qovuşmuş əzizlərimizin məzarını ziyarət edəndə də ora gül aparmışıq, çiçək aparmışıq. Demişik ki, qoy bu güllər onların ruhuna, dünyasına bir sığal çəksin, sevinc gətirsin…

Horadizdəki həmin anlar heç vaxt yadımdan çıxmır. Yadımdan çıxmayan həm də odur ki, gülü, çiçəyi heç vaxt ləçəyindən qoparıb yerə səpələmək olmaz. Gülü, çiçəyi öpərlər, qoxulayarlar və ən nəhayət, dərib sevgililər görüşə gedərlər. Böyük şair Vahid Əziz yazır:

Çiçəkləri öpdüyümü küləklər,

Qaçıb yara bildirməsə yaxşıdı…

Bu da böyük şair Vahid Əzizin gülə, çiçəyə olan bəşəri bir sevgisi!..

… Yenidən mən oğlum Eminlə və dostum Ariflə bir neçə gün bundan əvvəl Horadizdəki Heydər parkına getdik. Hava həddindən artıq isti idi, evdə oturmaq, küçədə gəzmək olmurdu. Horadizdə iki gözəl yer var – biri Heydər parkı, biri də Bayraq meydanı! Bax, isti havada tək biz yox, çox adam elə sərinləmək üçün həmin yerlərə üz tutur...

… Axşamüstü saat 18:00 radələridi. «İntenetkafe»dəki dostumuz Səlim Əhmədov bizi görüb ayağa qalxır. O, dostuyla parkdakı oturacaqda əyləşmişdi. Mən də iki daşın arasında onların, oğlum Eminin və dostum Arifin bir yerdə oturacaqda əyləşdiyi yerdə şəkillərini çəkirəm. Bu anlar Səlimi də, onun dostunu da çox sevindirir. Sonra keçib sərin bir yerdə əyləşirik. Səlimin dəmlədiyi çayın dadı çox gözəl olur. Onun dostu zarafatla deyir ki, müəllim, Səlimin çayı Mövsüm kişinin çayı kimi pürrəngi və ətirlidi. İki-üç dəqiqə keçmir ki, masaya pürrəngi çay gəlir. Yanındada konfetlər. Dostum Arif konfeti açır, birini də mənə verir. Sonra da özü armudu stəkanlakı çayı qurtum-qurtum içir. Deyir ki, vallah, bu Səlimin çayının yerini heç nə verməz. Bir Laçında belə çay içirdim, bir də indi Horadizdə. Maşallah, Səlim də o qədər tərbiyəli və mədəni oğlandır ki, adam istəmir ki, ona əziyyət versin. Bir neçə dəqiqə bizim yanımızda əyləşir Səlim. Sonra da üzr istəyib yerinə qayıdır və başı işə qarışır…

… Artıq axşam saat 21:00-dır. Yəni qaranlıq düşüb, hər tərəfdə işıqlar yanır. Göy üzünə baxıram, bir neçə iri ulduz görünür. Heç Bakıda belə iri ulduzlar gözə dəymir. Burda göy üzündə ulduz az olsa da, amma çox iridir. Ay işığı isə lap günəş kimi hər tərəfi nura boyayır. Özümdən asılı olmayaraq, Ay işığına tərəf baxıram və yadıma böyük şair Ramiz Rövşənin «Ay işığı» şeiri düşür.

Ay işığı düşdü göydən,

canımdan-qanımdan keçdi,

Gözümün içindən keçdi,

Özümün içimdən keçdi,

keçdi, dabanımdan keçdi,

Az qaldı ki,

iki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdan yerə məni,

Ha istədim,

addım ata bilmədim…

Bax, bu ay işığı sanki məni Ramiz Rövşən demişkən, tutub saxlamışdı, yeriməyə qoymurdu. Elə deyirdi ki, dur Horadizdəki Heydər parkından mənə bax! Mən də bir müddət Ay işığına baxdım, baxdım, ulduzlara baxdım, axırdı yoruldum. Axırıncı armudu stəkandakı pürrəngi çayı qurtum-qurtum içdim…

Heydər parkında işıqlar bərq vururdu. «İnternetkafe» də isə şahmat oynayan kim, domino oynayan kim, nərdtaxta oynayan kim. Amma başqa yerdə olduğu kimi siqaret çəkən, dominonu bərkdən masanın üstünə vuran yox idi. Elə bil ki, ay işığının nurunda insanlar bir qədər də mehribanlaşmışdı və bir-birinə bir qədər də doğmalaşmışdı…

… Hər səhər nəinki bu parkda, Horadiz şəhərində Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları təmizlik işləri görürlər. Küçələr, xiyabanlar, parklar təmizlənir. Nə küçəyə, nə də parka kimsə tullantı atmaz. Artıq insanlar səliqə-səhmana və təmizliyə tam riayət edirlər. Çünki Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Teymur Qurbanov elə bir sistem yaradıb ki, orda çalışan əməkdaşlar səhər, günorta və axşam saatlarında bir tullantını belə gözdən qaçırmırlar. Xüsusən də isti yay günlərində təmizlik işləri ilə məşğul olan qadınlar öz işlərinə daha vicdanla yanaşırlar. Mən çox yerdə olmuşam. Amma Horadizdəki kimi parklara, yaşıllıqlara qulluq edən insanlar görməmişəm. Onlar sanki hər bir ağaca, hər bir gülə, hər bir çiçəyə öz övladı kimi yanaşır…

… Axşam saat 23:00-dır. Ayağa qalxırıq. Səlim dostumuzla sağollaşıb qızımgilə gedirik. Nədənsə axşam səhərə qədər bir qədər narahat yatıram. Ümumiyyətlə, yerimi dəyişəndə heç vaxt rahat olmuram. Səhər saat 6-da ayağa qalxırıq. Arif deyir ki, Faiq müəllim, gəl gedək Bayraq meydanına, ora sərin olar! Maşina əyləşib Bayraq meydanına gedirik. Səhər saatları olmasına baxmayaraq, göydən «od» yağır. Maşını aşağıda saxlayıb pilləkənlə yuxarı qalxırıq. Bir az qalxandan sonra əlində şlanq ağacları, otları, gülləri suvaran bir kişini görürük. «Sabahın xeyir!» deyirik. O da «Hər vaxtınız xeyir!» deyib gülləri suvarır.Tanış oluruq. Öyrənirik ki, onun adı Kamaldır, bir neçə ildir Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyir. Kamalla qısa söhbət eləyirik. Günün istisində ağacları suvarmasından yorulub-yorulmadığını soruşurq. O isə dillənir ki, müəllim, hər gün səhər və axşam saatlarında bu ağacları şlanqla suvarırıq. Üstəlik də, burda yeddi mindən çox ağac əkilib və gül kolları var. Onlar damcı üsuluyla suvarılır. Bu ağaclar əkiləndən hələ biri də qurumayıb. Müdirimiz Teymur müəllim hər gün bura baş çəkir və bizə göstəriş verir. Allah sizdən də razı olsun ki, bizim kimi zəhmətkeş insanların əməyini qiymətləndirirsiniz.

… Pilləkənlərlə lap yuxarı qalxırıq. Aşağıdan bu yüksəkliyə 400-500 məsafə olar. Burdan bütün Horadiz şəhəri və İranın Aslandüzü əl içi kimi görünür. Mamam oğlu Tehran tez-tez İrana, Aslandüzə gedir. Həmin yaşayış yerində onun çoxlu dostları var. Tehran deyir ki, İrandakı azərbaycanlı qardaşlarımız Aslandüzdən Bayraq meydanına baxıb sevinirlər ki, babam, ora necə gözəldir, baxmaqla doymaq olmur!..

Mamaoğlumdan soruşurlar:

- Orda restoran var?

- Var, niyə yoxdu!

- O restoranda araq, çaxır, pivə verirlər?

- Verirlər.

- Tay onda deyin ki, cənnətdə yaşayırsınız da. Biz isə burda pulumuz ola-ola həmin keyfi görə bilmirik.

Mamam oğlu Tehran deyir ki, onları gətirdim Bayraq meydanına. Gəzdilər, dolandılar, axırda da o restoranda o ki, var yeyib-içdilər. Heç getmək istəmirdilər…

… Axırıncı pilləkənləri qalxıb Bayraq meydanın çatırıq. Oturacaqda əyləşib dincimizi alırıq. Elə burda da ağacları suvaran orta yaşlı bir kişiylə söhbətləşirik. Deyir ki, hər gün ağacları suvarmaqdan ləzzt alıram. Biz ağaclara, güllərə, çiçəklərə qulluq edib böyüdürük. Amma bura qalxıb istirahət edən bəzi mədəniyyətsiz adamlar o gördüyünüz daş sütunları təpiklə vurub sındırıblar. Tumu çırtlayıb yeri zibilləyiblər. Üstəlik də ağacları suvardığımız şlanqı bıçaqla kəsib atıblar ağacların arasına. Ona görə də biz ağacları sulayandan sonra şlanqı götürüb burdakı bağlı otaqların birinə qoyuruq. Çöldə qalsa kimsə onu kəsib doğrayacaq.

… Günəş bir xeyli yüksəyə qalxıb. Və biz də bu yüksəklikdən Horadiz şəhərinə, Astandüzə tamaşa edirik. Hava burda çox sərindi. Həm də sərin bir meh əsir. Və bu sərin meh qəlbimizə, içimizə bir sərinlik gətirir. Bir azdan aşağı düşüb qızımgilə gedəcəyik və ordan da qudamın qardaşı oğlunun toyuna yollanacağıq. Çox gözəl, çox rahat bir ovtaqımız var. Düşünürəm ki, bu yüksəkliyə qalxmaqla bütün ağrımızı, acımızı, dərdimizi və kədərimizi arxada qoyuruq. Əsən sərin meh yenidən bizim qəlbimizə və ruhumuza sığal çəkir…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK