ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda avtomobillərin qiyməti ucuzlaşır

5023    |   2018-08-08 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi: "Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu - avqust ayının əvvəli qiymətlər düşməyə başladı”.

Ekspertin sözlərinə görə, qiyməti 15 min manata qədər olan avtomobillərin qiyməti 12-20 faiz, dəyəri 15 min manatdan yuxarı olanlarda isə qiymət 10 faizə qədər azalıb.

V.Hüseynov bildirib ki, hazırda bazarda durğunluq var, bu da onunla əlaqədardır ki, yay aylarında insanlar məzuniyyətə çıxır, bazarda tələb azalır.




İmza:
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK