Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ADAM KİŞİ OLAR - Faiq QİSMƏTOĞLU Adalet.az | ADAM KİŞİ OLAR - Faiq QİSMƏTOĞLU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADAM KİŞİ OLAR - Faiq QİSMƏTOĞLU

7882    |   2018-08-01 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bu sözləri biz tez-tez eşidə bilərik. Və bəzən də deyirlər ki, əşi, indi kişi var? Mənim həyat yoldaşımın bir rus rəfiqəsi vardı – Lyudmila. O deyirdi ki, hər əyninə şalvar geyinənə kişi demək olmaz. Yadıma «Kişi sözü» filmindəki Qasım (Əməkdar artist Əjdər Həmidov) düşür. İstədiyi qızın atası ona deyir ki, get, ali məkəbi oxu gəl, qızı sənə verəcəm! Qasım da ali məktəbi oxuyub gəlir, qız onu bəyənmir başqası ilə sevişir. Qasım da görür ki, qızın atası sözünün yiyəsi deyil, onu aldadır və o da filmin axırına qədər qızın atası ilə məzələnir. Düz də eləyir...

Kişi sözünün heç də Tarif Şurasına dəxli yoxdu. Onlar qiyməti qaldırıblar, yaxşı da eləyiblər. Metropolitenin sözçüsü deyir ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Bax, buna biz sevinməliyik ki, nə yaxşı metroda gediş haqqını 50 qəpiyə qaldırmayıblar, nə yaxşı avtobuslarda gediş qiyməti 30 qəpik olub. Guya 50 qəpik olsaydı, yaxud da 40 qəpik müəyyənləşdirilsəydi nə olacaqdı? Heç nə olmayacaqdı. Mən Tarif Şurasının qiymət artımını alqışlayıram. Ancaq mən də elə-belə oğlan deyiləm. Tarif Şurasının acığına səhər-səhər Yeni Günəşlidən metronun «Xalqlar dostluğu» stansiyasına kimi piyada gəlmişəm, «Elmlər Akademiyası»ndan da «Azərbaycan» nəşriyyatına öz ayaqlarımla gəlib çıxmışam. Beləliklə, əvvəllər 40 qəpik verirdimsə, bu gün onlar məndən 60 qəpik gözələsələr də bir qəpik də pulum çıxmayıb. Qoy indi qalsınlar qiyməti artıranlar yana-yana. Məsləhət bilirəm ki, siz də mənim kimi eləyəsiniz. Həm qabağa düşərsiniz, həm də bu işi görənləri qızardarsınız!..

Adam kişi olar ey! Həm də kişi də adam olar. Adam kişi deyilsə, kişi də adam olmursa, bu çox ağlamalı bir şeydir. Kişiliyi insanlarda axtarmaq heç də duzgun deyil. Elə heyvanlar var ki, bəzi kişilərdən daha mərddir. Məsələn, heyvanlar aləmində bir dişi aslan meymunu parçalayıb yeyir, onun balasına dəymir. Və başqa vəhşi heyvanlardan da onu öz balası kimi qoruyur, əmizdirir, təhlükəsizliyini təmin edir. Bax, bu asalanın ən böyük mərdliyi və kişiliyidir. İstəyirsiniz məni söyün, istəyirsiniz məni döyün!..

Heç kişilikdirmi ki, yolu təmizləyən halal, zəhmətkeş bir qadını maşınla vurasan, onu al qan içində qoyub qaçasan?! Buna nə ad vermək olar, bax, onu bilmirəm. Son bir ildə Bakı şəhərində səhər-səhər avtomobil yollarını süpürgə ilə təmizləyən üç qadını müxtəlif vaxtlarda maşınla vurub qaçıblar. Hansı ki, həmin vaxt sürücü vurduğu qadına kömək etsə, onun həyatını xilas etmək mümkün olar. Amma Sabunçu rayonunda bir il bundan qabaq süpürgəçini vurub qaçan sürücü ona kömək etmədi, qadını al qanın içində qoyub aradan çıxdı. Sonra onu polislər kamera vasitəsi ilə axtarıb Şəmkirdə gizləndiyini bildilər və tapıb cinayət məsuliyyətinə cəlb etdilər.

O süpürgəçi qadınlar var ey, hər gün səhər saat 5-də yuxularına haram qatıb həyatlarını təhlükə altında qoyaraq küçələri, avtomobil yollarını təmizləyirlər. Bəziləri də onlara qul kimi və ən axırıncı insan kimi baxırlar. Amma çox qələt eləyib, başlarını daşa döyüb onlara o gözlə baxırlar! O qadınlar min dəfə pulu və varlı olan, maşınla o qadınları vuran adamların xanımlarından daha ləyaqətli, daha namuslu, daha halal insanlardılar. Düzdür, o qadınların elə arxası yoxdur, imkanları məhduddur. Ancaq bu o demək deyil ki, bu cür halal zəhmətlə çörəkpulu qazanan, qışın oğlan çağında şaxtada, yayın istisində günün altında yana-yana işləyən o qadınları hansısa harın adam maşınla vurub aradan çıxmalıdır. Dedik axı, o halal, zəhmətkeş qadınların var-dövləti yoxdur, amma onların da Allahı var. Və onların qanı heç vaxt batan deyil.

Bir neçə gün bundan əvvəl isə Yasamal rayon, Mənzil Kommunal Təsərrüfatı Birliyinin yolu süpürən süpürgəçisi Telli Babayevanı hansısa harınlamış sürücü maşınla vurub. Bilmirəm tay, o hadisə yerindən qaçıb-qaçmayıb, amma bir onu bilirəm ki, həmin qadın xəstəxanaya aparılsa da, həyatını həkimlər xilas edə bilməyib.

Heç cürə anlamaq olmur. Sanki bəzi sürücülər nə Allahdan qorxur, nə də qanundan. Piyadanı vurub aradan çıxırlar. Amma onu fikirləşmirlər ki, indi Bakı şəhərinin bütün avtomobil yollarında kameralar quraşdırılıb. Və nə yaxşı ki, quraşdırılıb. Onu quraşdıranların Allah ölənlərinə rəhmət eləsin! Çünki bu cür harınlamış sürücülər süpürgəçini və eləcə də digər piyadanı vurub qaçarkən izi itirə bilmirlər. Kamera görüntüsü ilə onu gec-tez tapmaq mümkün olur.

Və bir də dəfələrlə həm hüquq-mühafizə orqanlarının məsul şəxsləri, həm də «Ədalət» qəzeti olaraq biz bildirmişik ki, sürücü piyadanı vurarsa və ona kömək edərsə, qanunla onun cəzası yüngül ola bilər. Ancaq piyadanı vurub aradan çıxmağa görə, onun barəsində iki maddə ilə cinayət işi qaldırılır. Birincisi, yol-nəqliyyat hadisəsi olduğu üçün, ikincisi də piyadanı vurub hadisə yerindən qaçdığına görə. Bu cür cinayətlər baş verəndə həmin sürücü beş-altı il həbs cəzasına məhkum edilir. Əgər sürücü vurduğu piyadaya vaxtında yardım göstərirsə və zərərçəkmişin adamları da ondan şikayətçi deyilsə, həmin şəxs islah işlərlə cəzalandırılır. Yəni ona el dilində demiş olsaq, yüngül cəza verilir.

Yazımızın əvvəlində qeyd elədik ki, adam kişi olar, kişi də adam! Ona görə də kimlərsə bu hadisələri təkrarən görərlərsə, bax, dediyimiz bu məsələni yaddan çıxarmasınlar. Və heç kəs yol-nəqliyyat hadisəsindən sığortalanmayıb. Ancaq adam kişi olanda, kişi də adam olanda bu hadisə zamanı hər şey mərdi-mərdanə öz həllini tapır. Düşünmək lazımdır ki, günahlı və günahsız bir piyadanı maşınla vurmusansa, ona kömək eləmək hər bir şəxsin öncə insanlıq, sonra da kişilik borcudur. Gərək biz kişilik borcunu heç vaxt yaddan çıxarmayaq. Çünki kişilik borcunu yaddan çıxarmağımıza görə, başım


İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK