ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU:ÜRƏK DEYİR YAŞA HƏLƏ…

19465    |   2018-06-29 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biz tələbə olanda ən çox qorxduğumuz iki-üç fənn vardı. Onlardan biri Sov.KP tarixi, biri fəlsəfə, biri də məntiq idi. Çünki bu fənnlərdən həmişə biz «axsayardıq». Daha doğrusu, ixtisasa və Azərbaycan dili, ədəbiyyata çox diqqət yetirdiyimizdən bu fənnləri yaxşı oxumağa bir o qədər də vaxtımız qalmazdı. Ona görə də həmin fənnlərdən olacaq imtahalardan çox qorxurduq…

Sov. KP tarixi fənnindən bizə tarix elmləri namizədi, dosent Çimnaz Qafarova dərs deyirdi. Daha doğrusu, mühazirəni oxuyurdu və imtahanı da özü götürürdü. Birinci kursun ilk semestrində, yəni yanvar ayında bu fənndən imtahan verirdik. Mənim də atamın çox yaxın dostu, tarix elmləri namizədi, dosent İsgəndər Quliyev həmin imtahana gəlməliydi. Ancaq o gələnə qədər mənim adım öndə olduğuna görə, imtahana çağırdılar, bileti çəkib əyləşdim. Sualların hamısına çox yaxşı cavab verdim. Çimnaz xanım qiymət kitabçama «əla» yazıb mənə qaytardı. Elə bu vaxt İsgəndər müəllim imtahan otağına daxil oldu. Gördü ki, «əla» almışam, çöhrəsində təbəssüm yarandı. Sonra keçib Çimnaz xanımın yanında əlyəşdi. Tələbə yoldaşlarımız bir az qorxuya düşdülər. Amma bir müddətdən sonra gördülər ki, Çimnaz xanımın yanında əyləşmiş müəllim çox obyektiv və ədalətlidir. Yəni kimin savadı vardısa, suallara cavab verirdisə, İsgəndər müəllim onlara yüksək qiymət yazılmasını təklif edirdi. Tələbə yoldaşlarımız da deyirdi ki, bu müəllim çox ədalətli və obyektiv bir ziyalıdır. Elə çoxlarının da yaddaşında İsgəndər Quliyev belə qalmışdı: vicdanlı, ədalətli və obyektiv.

O, bizim fakültədə yuxarı kurslara dərs də deyirdi, imtahan da götürürdü. Onun tələbələrindən indi tanınmış juranlistlərdən olan Müzəffər Məlikməmmədov, Sədaqət Kərimova, Əminə Yusifqızı və adları yadıma düşməyən digər qələm sahibləri bu gün də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) «Sov.KP tarixi» kafedrasının müəllimi, tarix elmləri namizədi, dosent İsgəndər Quliyevi yaddan çıxarmırlar. Söhbət düşəndə deyirlər ki, İsgəndər Quliyev kimsəsizin, arxası olmayan tələbələrin həmişə yanında olub və onlara kömək edib.


Biz ADU-da oxuyanda çox böyük alimləri, ziyalıları, şəxsiyyətləri görmüşük. Biz Mir Cəlal Paşayevi görmüşük, Bəxtiyar Vahabzadəni görmüşük, Qulu Xəlilovu görmüşük, Şamil Qurbanovu görmüşük, Şirməmməd Hüseynovu görmüşük, Nurəddin Babayevi görmüşük, Nəriman Zeynalovu görmüşük və öz böyüklüyü, ziyalılığı, işığıyla tələbələrin qəlbində özünə yer tapmış İsgəndər Quliyevi görmüşük…
O İsgəndər Quliyev ki, ADU-da (BDU-da) ən hörmətli, ən vicdanlı və ən obyektiv müəllim və ziyalı kimi tanınır. Və bu gün də tam məsuliyyətlə deyərdim ki, İsgəndər müəllim elə belə də yadda qalıb: sadə, səmimi və heç kimə əyilməyən bir insan kimi…

… Mən çox ziyalılar, çox şəxsiyyətlər və çox böyük alimlər görmüşəm. Bu barədə yuxarıda qeydlərimi elədim. Və atamın da yüksək vəzifəli dostları kifayət qədər olub. Bu dostların arasında nazir də vardı, birinci katib də, prokuror da, rəis də. Ancaq onun dostlarının arasında bizim ən ağır günümüzdə yanımızda olan, arxa duran və heç kimə bənzəməyən İsgəndər müəllimi görmüşük. O İsgəndər müəllim ki, dostluqda, qonşuluqda, yoldaşlıqda onun kimi tək-tük adam sədaqətli ola bilər. O çox yaxşı babadır, çox yaxşı atadır, çox yaxşı dostdur və çox yaxşı da qonşudur. Bir adamla bir tikə çörək kəssə, ömrü boyu onu unudan deyil. Və elədiyi yaxşılığın da əvəzini heç vaxt gözləməz. Yalnız Allah-Təaladan kömək umar və Allah-Təala da ona arxa durar…

Onun ömür yolundan: «Quliyev İsgəndər Həsən oğlu 1938-ci ilin iyul ayının 1-də Astara rayonun Artupa kəndində anadan olub. Atası Həsən Qulam oğlu Şahverdiyev Böyük Vətən müharibəsində həlak olub. Anası Raziyə Mirzəağa qızı Kazımova vəfat edib. Böyük Vətən müharibəsi illərində Astara rayonu, Ərçivan kəndindəki uşaq evində yaşayıb. 1945-ci ildə Artupa kəndində 1-ci sinifə daxil olub, 1955-ci ildə A.S. Puşkin adına Ərçivan kənd orta məktəbinin 10-cu sinifini bitirib, bir il Ərçivan kəndində sıravi kolxozçu işləyib. 1956-cı ildə partiyanın çağırışına qoşularaq könüllü olaraq xam torpaqlara gedib. 1960-cı ilin iyul ayına kimi Qazaxıstan SSRİ-nin Cumbul vilayətinin Sarısu sovxozunda fəhlə işləyib. 1960-cı ildə S.M.Kirov adına ADU-nun (indiki BDU) tarix fakültəsinə qəbul olub. 1965-ci ildə universiteti bitirdikdən sonra təyinat üzrə Astara rayonuna göndərilib. 1965-66-cı tədris ilində rayonun Səncərədi kənd 8 illik məktəbində tədris hissə üzrə direktor müavini işləyib. 1966-cı ilin sentyabr ayından isə məktəbin direktor vəzifəsinə irəli çəkilib və 1967-cı ilin dekabrına kimi həmin vəzifədə çalışıb. 1967-ci ilin dekabr ayında S.M.Kirov adına ADU-nun «Sov.KP tarixi» kafedrası üzrə aspiranturaya qəbul olub…»

O, həmişə başqalarına olan diqqəti və ciddiliyi ilə seçilib. Və özündən yaşca böyük müəllimlərə, professorlara çox böyük sevgiylə yanaşıb. Ona görə də çox vaxt bu böyük ziyalını qəbul imtahanlarına salırdılar. Ona görə yox ki, İsgəndər Quliyev çox səmimi, çox sadə bir ziyalıydı. Həm də ona görə ki, o çox ədalətli, obyektiv və vicdanlı müəllimdi. O, heç vaxt istedadlı, savadlı tələbənin qiymətini başqa müəllimləri kimi qəbul imtahanı zamanı kəsməzdi. Bunu qəbul imtahanı vermiş tələbələr də deyirlər. İstedadlı şair Vaqif Bəhmənli deyir ki, məndən SSRİ tarixindən universitetə qəbul olarkən jurnalistika fakültəsində İsgəndər Quliyev imtahan götürüb. Onun yanındakı müəllim mənə «beş» yazmaq istəmirdi. Amma onun təkidlərindən sonra mənə «beş» yazıldı. Sonradan gördüm ki, mənə «beş» yazan İsgəndər Quliyevdi. Elə o vaxtdan mənim ürəyimdə bu müəllimə qarşı çox böyük məhəbbət yarandı.
İsgəndər müəllim xalqına, millətinə, vətənin həmişə zamanından və məkanından asılı olmayaraq, namusla xidmət edib. Dövlətə və dövləçiliyə sədaqətilə seçilir. Ölkənin ən ağır vəziyyətində Heydər Əliyevi müdafiə edən və hakimiyyətə gətirən «91-lər»dən biri olub. O «91-lər» ki, onları ölümlə hədələyirdilər. Ancaq İsgəndər müəllim də elə ürəkli, cəsarətli adamdı ki, haqq, ədalət yolunda ölümə belə getməyə hazır olan insandı. O insanı heç vaxt hədə-qorxuyla, ölümlə haqq yolundan döndərmək olmaz…

Ömür yolundan: «…1972-ci ildə «Azərbaycan KP-nın partiya-dövlət nəzarəti orqanlarının fəaliyyətinə rəhbərliyi (1962-1965-ci illər)» mövzusunda namizədlik disertasiyası müdafiə edib, tarix elmlər namizədi, alimlik dərəcəsi alıb. 1970-ci ilin dekabr ayından BDU-nun «Sov. KP tarixi»nin kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, dosent vəzifəsində çalışıb. Hazırda isə «Diplomatiya və müasir inteqrasiya prosesləri» kafedrasında fəaliyyətini davam etdirir. İndiyə kimi 100-dən çox elmi, kütləvi kitab və məqalələri çap olunub. Bu müddət ərzində yaxşı işlədiyinə görə, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin və universitet rəhbərliyinin Fəxri Fərmanlarına layiq görülüb. 2000-ci ilin fevralın 11-də Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin fərmanı ilə ölkəmizin ali mükafatı, «Şöhrət» ordeni ilə təltif edilib. 2001-2005-ci illərdə Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. «91-lər»dəndir. Ailəlidir, 4 övladı, 8 nəvəsi var».

İyulun 1-də İsgəndər Quliyevin 80 yaşı tamam olur. Atamın dostu, bizə çətin gündə arxa duran gözəl bir ziyalının gözəl bir günüdür. Elə mənim özüm də iyulun 1-də anadan olmuşam. Bu ayda dünyaya gələn insanlar xərçəng bürcü altında olurlar. Xərçəng bürcündə olan insanlar isə istedadlı, zəhmətkeş sayılırlar. Və İsgəndər Quliyev çox ağır, çox çətin, məşəqqətli və əzablı bir yol keçib. Heç bir arxası və söykəyi olmadan gəlib indiki İsgəndər Quliyev olub.

… 80 yaşdan geri boylananda onun əzablı, əziyyətli, ancaq şərəf və qürur gətirən illəri görünür. O illərin içərisində aman Allah nə yoxdur? O illərin içərisində yetimçilik var, göz yaşı var və axırda da sevinc var. Bax, İsgəndər Quliyevin övladları, nəvələri, doğmaları bu illərə baxanda bir daha onunla fəxr edəcəklər, qürur duyacaqlar. Və deyəcəklər ki, bizim babamız belə bir şərəfli ömür yaşayıb.
Bir neçə gün bundan əvvəl İsgəndər müəllimin bacısı oğlu, tanınmış jurnalist Yadigar Məmmədliylə «İçəri şəhər» metroçsunun yaxınlığında təsadüfən görüşdük. Dedim xəbərin var, iyulun 1-i dayının ad günüdür. Dedi ki, hə, xəbərim var. Sonra da bir hadisəni onun yadına saldım. Biz tələbə olanda İsgəndər müəllimgilə tez-tez gedirdik. Yadigar isə çox vaxt onlarda qalırdı. İsgəndər müəllimgil rayona gedəndə evi ona tapşırıb gedir. Yadigar da siqareti çəkib külqabında qoyur, atmağı unudur. İsgəndər müəllim gəlib görür ki, kül qabında siqaret kötüyü qalıb. Deyir bunu sən çəkmisən? Yadigar isə qorxusundan boynuna almır. Bildirir ki, Faiq çəkib. Bir gün elə oldu ki, İsgəndər müəllim soruşdu ki, sən siqaret çəkənsən? Dedim ki, yox! Dedi ki, buna bax e, gör köpək oğlu məni necə aldadır, siqareti çəkir, sonra da sənin üstünə atır...

Bir dəfə də mən barmağıma üzük taxmışdım. İsgəndər müəllim bunu görüb əsəbləşdi. Dedi ki, kişi barmağına üzük taxmaz. O vaxtdan üzüyü atdım. Heç nişanlı olanda da üzük taxmadım. Çünki İsgəndər müəllim nə deyirdisə, düz deyirdi. Elə mən özüm dəqiqliyi də, zəhmətkeşliyi də, haqqın, ədalətin yanında olmağı da o kişidən öyrənmişəm. Və bu gün az-çox bu həyatda nə qazanmışamsa, o kişiyə minnətdaram.

… 80 yaşın mübarək, İsgəndər müəllim! Amma sənin 80 yaşın olsa da, maşallah, çox cavan görünürsən. Səni cavan saxlayan ürəyinin təmizliyi və bir də Allaha yaxın olmağındır. Çünki İsgəndər müəllim, siz əməli-saleh və gün işığı kimi təmiz insansınız. Və yazımı da böyük musiqiçi, xalq artisti Əlibaba Məmmədovun ifa etdiyi aşağıdakı mahnının sözlərilə tamamlamaq istəyirəm:

İlləri yola salmışam,
Mahnı deyib, söz qoşmuşam.
Ömür deyir qocalmışam,
Ürək deyir yaşa hələ…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK