ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ƏLLİ BEŞ MANATA DOLANMAQ OLAR?!

6890    |   2018-06-06 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sualı mənə psixoloji xəstəlikdən əlilliyə görə təqaüdə çıxmış, ikinci qrup əlil olan 33 yaşlı bir gənc verdi. Sözün düzü, bu sualdan sonra onun gözlərinin içinə baxdım və yalan danışmayacağıma and içərək dedim ki, əlbəttə, 55 manata dolanmaq olmaz! Hələ üstəlik də bu cür xəstələr dava-dərmana hər ay pul verməlidilər. Hələ biz onu demirik ki, onlar geyinib- geçinməli, yeyib-içməli, xeyir-şərə getməlidilər. Bunları da onun üstünə əlavə eləyəndə heç bu pul həmin o ikinci qrup əlil üçün bir həftə də bəs eləməz!...

Deyək ki, bu pula onlar bir həftəni birtəhər yola verdilər. Bəs həmin xəstə ayın qalan üç həftəsini necə yaşamalıdı? Bax, elə məsələnin də qaranlıq və ürəkağrıdan tərəfi dediyimiz bu məqamlardı. İndi siz təsəvvür edin ki, ölkəmizdə hər ay 55 manat təqaüd alan minlərlə ikinci qrup əlil var. Onların yaşayışı, dolanışığı, rifah halı təbii ki, çoxlarımızı düşündürməlidir.

Səhv eləmirəmsə, həmin məsələ ilə bağlı Milli Məclisdə bir dəfə millət vəkili Araz Əlizadə öz etiraz səsini ucaldıb. O da deyib ki, 55 manat təqaüdlə bir adam bir ay dolana bilməz. Biz burda heç də Amerika açmaq istəmirik. Sadəcə olaraq, biz burda bir daha minlərlə ikinci qrup əlilin yaşadıqları problemləri gündəmə gətirmək istəyirik ki, qoy əlaqədar qurumlar onların maddi durumları ilə maraqlansınlar və bu problemi müəyyən zaman kəsiyində yoluna qoysunlar.

Tutaq ki, həmin xəstələrin valideynləri sağ-salamatdı, hələ onlara arxa dura bilir. Heç kim bu dünyanı tutub getməyəcək. O valideynlər də nə vaxtsa haqq dünyasına qovuşacaqlar. Bəs onda 55 manat təqaüd alan o insanların taleyi necə olacaq? Şükürlər olsun ki, son vaxtlar Azərbaycan neftinin qiyməti daha da yüksəlib. Bu da imkan verir ki, gələcəkdə bu cür imtiyazlı xəstələrin təqaüdləri artırılsın.

Çox qəribədir ki, 40-50 il bu dövlətin, xalqın və millətin yolunda xidmət eləmiş hər hansı bir ziyalı təqaüdə çıxanda 180-190 manat, üzaqbaşı 200 manat təqaüd alır. Amma elə də savadı olmayan, xalq, millət qarşısında xidməti ondan çox olmayan şəxslər isə 500-600 manat, bəzən də daha çox təqaüd alırlar. Bir dəfə Tibb Universitetinin dosenti, çox hörmət elədiyim Rəşid Mahmudov televiziya çıxışlarının birində dedi ki, mən uzun illər elm sahəsində çalışmışam, xalqıma və millətimə namusla xidmət eləmişəm. Mən 180 manat təqaüd alıram, heç bir xidməti olmayan, rüşvətxorluq edən, onu-bunu aldadan adam təqaüdə çıxanda 500-600 manat pul alır.

Buna da sözümüz yoxdur. Amma sözümüz ona var ki, bu gün həqiqətən də 55 manat təqaüd alan ikinci qrup əlillər çox böyük əziyyətlə üzləşirlər. Biz onların valideynlərinin, özlərinin durumunu, sıxıntısını başa düşməliyik. Ən azından bu məsələlər bir daha Milli Məclisdə gündəmə gətirilməli və həmin insanların durumu dəyərləndirilməlidir. Milli Məclisin üzvləri iki daşın arasında öz maaşlarını artırmağa nail oldular. Bu insanlar da o millət vəkillərinin seçiciləridir. Onlara isə bizim fikrimizcə, nəinki millət vəkilləri, cəmiyyətimiz laqeyd qalmalı deyil. Bu insanların həyatı, yaşayışı və sabahı hamını narahat etməlidir. Heç kim sinəsinə döyməsin ki, onun övladı belə ağır xəstəliyə düçar olmayacaq?! Ona görə də bir daha bu barədə vəzifəsindən asılı olmayaraq çoxları dərindən düşünməlidir.

Xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür xəstə insanların gələcəyi barəsində daha dərindən düşünmək imkanına malikdir. Çünki bu quruma gənc bir insan nazir təyin edilib və o da çox böyük ümidlər yaradır ki, bu cür xəstə insanların taleyi haqqında mühüm məsələləri yuxarı təşkilatlar qarşısında qaldırsın. Çünki yeni nazir fəaliyyətə başladığı ilk gündən islahatlar aparır və bu sahədə şəffaflıq yaratmağa çalışır.

Sizi inandırım ki, ayda 55 manat xəstəliyə görə təqaüd alan insanları sevindirməkdən gözəl heç bir hədiyyə ola bilməz. Onlar sevinərsə, o sıxıntı, o xəstəlik və o ağrı-acı da bu insanların çiyinlərindən götürülər. Bu insanların valideynləri də atılacaq bu addımdan çox şad olarlar.

Ən azından ona görə ki, bizim millət həmişə ağır xəstə olana, sıxıntı keçirənə arxa durub və kömək olub. Ən nəhayət, bu cür xəstə insanların özləri və ailələri ölkə prezidenti cənab İlham Əliyevə həmişə inanıblar və böyük ümid bəsləyiblər. Və biz də inanırıq ki, bu ümid nə vaxtsa göyərəcək, o insanlar da sevinəcəklər.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK