ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: … ÜRƏYİ PARTLAYA BİLƏR…

11888    |   2018-05-18 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Təkcə insanların, adamların, canlıların ürəyi olmur. Sözün də, şeirin də, sənətin də ürəyi və qəlbi var. Və bu ürəyi, bu qəlbi bir balaca narahat eləyəndə, incidəndə səndən həmişəlik küsə bilər. Elə bəlkə də incitdiyimizə görə o şeirlər, o hikmətli sözlər, o bədii dəyəri olan ifadələr artıq bizdən qaçaq olub…

Çünki sözü, şeiri, kitabı elə urvatdan salıblar ki, çətin ki, bir də o əvvəlki şirinliyinə, koloritin, məlahətinə qayıda bilə. Dünən axşam tanınmış bir alim qonşum mənə şeirlər kitabı verdi. Dedi ki, qonşuluqda hamıya paylamışam, bircə sən qalmısan. Kitaba baxıb gördüm ki, həddindən artıq qalındı. Nə az, nə çox, düz 400 səhifədən ibarət şeirlər toplusudu. Ərinib - eləmədən evə gələn kimi kitaba göz gəzdirdim. İnanın, o 400 səhifəlik kitabın içində bir misra olsun obrazlı ifadə, poetik söz tapa bilmədim. Necə əsəbləşdimsə, kitabı cırıq-cırıq eləyib tulladım…

İstedadlı şair Zəlimxan Yaqubun bir deyimi var: «Çalışma ki, kitabın qalın olsun, çalış ki, kitabın qalan olsun». İndiki kitabların 80-90 faizinin kitabdan xəbəri yoxdur. Və 80-90 faizi kitabların çoxuna baxıb görürsən ki, o ancaq maklatura təsiri bağışlayır. Və bu kitabları da soyuq qış havalarında odun tapıb sobasını yandıra bilməyən adamlar elə ocaqda yandırıb qızınsalar daha yaxşı olar...

Kitab deyəndə mənim yadıma müqəddəs kitabımız olan «Qurani-Kərim» düşür. Kitab deyəndə mənim yadıma Nizaminin, Füzulinin, Nəsiminin, Mirzə Cəlilin, Axundovun, Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın bir-birindən gözəl şeirlər kitabı düşür. O kitablar ki, onun hər misrası, hər sözü, hər ifadəsi insana təravət gətirir, sevgi bəxş edir və qəlbində, ürəyində yaşamaq eşqi oyadır…

Bəyənmədiyimiz sovet hökumətinin vaxtında hər hansı bir şairin kitabı ən azı beş-altı mərhələdən keçərdi. Hətta gənc şairlərin deyil, xalq şairlərinin də kitabları, poemaları, povestləri müxtəlif redaktoruların süzgəcindən ələnəndən sonra işıq üzü görürədi. Və bu kitablar da 30-40 min tirajla çap olunardı. Məsələn, Hacıbala Əlizadənin «İtgin gəlin» romanı 40 min tirajla çap olunmuşdu, amma onu tapmaq olmurdu. Sonradan Mərkəzi Komitənin tapşırığı ilə o kitab yüksək tirajla çap edildi. Çünki o kitablar kitab idi, o kitabların bədii dəyəri vardı və o kitablar on minlərlə oxucular tərəfindən sevilə-sevilə oxunurdu.

Bu yaxınlarda hansısa saytların birində Ali Sovetin sabiq sədri Yaqub Məmmədovun bir müsahibəsini oxudum. Jurnalist ondan soruşur ki, siz hansı kitabları oxuyursunuz? O sizə cavab verir ki, ən çox klassikləri oxuyuram. O cümlədən Cabir Novruzu, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni həmişə oxumuşam və yenə oxuyuram. Jurnalist ona ikinci sualı ünvanlayır. Soruşur ki, bəs gənc şairləri oxumursunuz? Məsələn, bir gənc şair var, deyir ki, mən Səməd Vurğundan da böyük şairəm. Bax, bu suala Yaqub Məmmədovun cavabı çox sadə olub. İnsan nə qədər istedadlı olsa da, gərək təvazökarlığını itirməsin…

Bizdə bəzi gənc istedadlı şairlər var. Gözəl şeirlər yazırlar. Amma onların yeganə qəbahəti ondan ibratədir ki, klassikləri və keçmiş istedadları tənqid yox, söyməklə gündəmdə qalmaq istəyirlər. Bax, bunun özü o gənc istedada bir balaca yox, elə böyük mənada kölgə salır. Əgər sənin istedadın varsa, hər hansı klassikdən də yaxşı yazı ortaya qoya bilirsənsə, təbii ki, səni arayıb-axtaracaqlar. Tay kimisə yıxıb sürüməklə yox!

Axı bayaq dedik, söz də insan kimidir, onun ürəyi var. Ancaq biz bu ürəyi tez-tez sındırmaqda davam edirik. Məsələn, çox tanınmış elmlər doktorları, professorlar zəif bir şair haqqında elə təriflər yağdırırlar ki, şəxsən həmin tərifi yağdıranda bir ədəbiyyat həvəskarı kimi mənim ayağımın altından yer qaçır və ətim tökülür. Məmməd Araz barəsində, Bəxtiyar Vahabzadə haqqında, lap Ramiz Rövşən yaradıcılığına dair deyilən sözlər həmin zəif şair haqqında səsləndirilir. Bax onda sözün, şeirin ürəyi tapdalamasın, neyləsin?

Bir dəfə mənim bir yerlim vardı, xanım idi. Şeirlər kitabı çıxmışdı. Çox yalvarıb-yaxarırdı ki, kitabı haqqında bir neçə kəlmə fikrimi söyləyim. Mən də onun özü haqqında danışdım, şeirləri haqqında bir kəlmə də söhbət açmadım. Ancaq şeirlərinin adını çəkdim. Dedim bunun yaxşı və pis olmasını oxucular dəyərləndirə bilər. Həmin yazıdan sonra o xanım məndən küsdü və indiyə qədər də mənimlə kəlmə kəsmir…

Sözə, şeirə, ifadəyə xəyanət etmək olmaz. Çünki söz çox müqəddəs bir varlıqdı. İndi əli qələm tutan şeir yazır və beş-on gündən sonra da qalın bir kitab çap elətdirir. Biz üniversitetdə oxuyanda çox istedadlı və savadlı müəllimimiz vardı. Aydın Əbilovu deyirəm. Azərbaycan dilinin qrammatikasından bizə dərs deyrədi. O vaxtlar da zəif kitablar olurdu. Amma indiki kimi çox deyildi. Bu zəif kitabları təhlil edəndə rəhmətlik Aydın Əbilov yana-yana bildirərdi ki, mən də şeir yaza bilərəm. Qafiyəni, ölçünü, vəzinlərin hamısını o şeir yazanlardan daha yaxşı bilirəm. Amma mən şeir yazsam, o şeir olmaz. Olar söz yığını. Şeir odur ki, onu Allah-Təala sənə gönədirir, sən də kağıza köçürürsən…

… Bax, beləcə bir oxucu olaraq şeirimizin bugünkü vəziyyəti məni çox narahat eləyir. Çünki şeirə çoxları söz yığını kimi baxır. Və söz yığınını da hazırlayıb kitab halına salırlar. Bəs ədəbi tənqid hara baxır? Sanki bu gün Azərbaycanda ədəbi tənqid yox, ədəbi tərif var. Kim bir balaca bəzi tənqidçiləri «görürsə», «bığını yağlayırsa» o da həmin cızma-qaraçının tərifini göyün yeddinci qatına qaldırır. Tənqidçilər məndən inciməsinlər. Bu gün məmləkətimizdə Məmməd Arif Dadaşzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi obyektiv, hər hansı bədii əsəri təhlil və aşkarlayan tənqidçilər gözə dəymir. Bəlkə də var biz tanımırıq…

Elza Seydicahan çox gözəl bəstəkar, gözəl də müğənnidi. Hətta deyərdim ki, çox gözəl də xanımdı. Ancaq onun şeirə, poeziyaya heç bir dəxli yoxdur. Əksinə, yazdıqları o cızma-qaralarla böyük istedadının üstünə kölgə salır. Hardasa istedadlı şairlər Qulu Ağsəs və Dayandur Elza xanımın şeirlərinə iradlarını bildiriblər. Elza xanım da bu fikirləri səsləndirir ki, nə Qulu Ağsəs şairdi, nə də Dayandur. Mən onlardan yaxşı şairəm. Qulu Ağsəsin poeziyası qədər səmimi, şeirləri qədər doğma olduğu kimi özü də çox saf, büllur və təmiz insandır. Bir dəfə onunla Vaqif Bəhmənliylə bir yerdə oturub çörək kəsəndə tanış olmuşam. Vaqif dedi ki, Faiq mənim əmimoğuldu. O da «tanıyıram» deyə fikrini bildirdi. Ümumiyyətlə, bu gün poezİyamızda Vaqif Bəhmənli kimi, Qulu Ağsəs kimi şairlər barmaqla sayılır. Çünki onlar şeirə, poeziyaya öz balaları kimi baxıblar. Və heç vaxt qələmə, sözə, şair vicdanına xəyanət etməyiblər. Nə isə...

Çox danışıb baş ağrıtmaq istəmirəm. Çünki deyə bilərlər ki, sən şair deyilsən, niyə belə fikirlər səsləndirirsən? Ancaq şair olmasam da, yaxşı və pis şeirin nə olduğuna az-çox dəyər verməyi bacarıram. Və elə bir axşam olmur ki, kitab rəfimdən Ramiz Rövşəndən, Vaqif Bayatlı Odərdən, Vaqif Bəhmənlidən bir neçə şeir oxumayım. Klassikləri də oxuyuram. Ancaq bu üç şair mənim ruhuma, qəlbimə yaxın olduğuna görə, hər axşam bir şeir də olsa oxumalıyam. Və bundan sonra qəlbim sakitlik tapır…

… Sözün də, şeirin də bayaq dediyimiz kimi, ürəyi, qəlbi var. Və bu ürəyi, qəlbi biz çox incidirik. O qədər çox incidirik ki, o sözlərin, o şeirlərin axı ürəyi partlaya bilər. Şeirin ürəyi partlayarsa, biz insanların ürəyi çoxdan partlayar. Gəlin, şeirimizin və poeziyamızın ürəyini qoruyaq. Əgər onu qoruya bilsək, elə öz ürəyimizi də qoruyacağıq…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK