ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ZİRVƏYƏ DOĞRU

Sənədli film haqqında isti-isti düşüncələrim

7302    |   2018-04-30 17:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, nə o film barəsində xəbərim var idi, nə də onun harada təqdim ediləcəyindən. Sağ olsun İqbal müəllimi, tələbə yoldaşımı deyirəm, Dövlət Universitetinin kafedra müdiri və həm də gözəl bəstəkar İqbal Ağayevi nəzərdə tuturam. O, zəng vurdu və bildirdi ki, tələbə yoldaşımız İlqarın atasının həyat yolu barəsində sənədli film çəkilib və onun Mətbuat Mərkəzində təqdimatı olacaq, dəvətlisən...

Bizim tələbə yoldaşlığımızın yaşı çox qədimdi və bu illər ərzində biz həmişə bir-birimizin yanında olmuşuq. Amma İqbal müəllim "İlqarın atası barəsində sənədli film təqdim ediləcək” deyəndə anladım ki, söhbət Azərbaycanın çox dəyərli ziyalısı, böyük alimi, aydını, nurlu pedaqoqu, həm də sözün bütün mənalarında cəsarətli kişilərindən biri olan Xalid Əlimirzəyevdən gedir. Ona görə də birmənalı şəkildə "Vaxtında orda olacam” dedim və oldum da. Elə buradaca onu da vurğulayım ki, mətbuat konfransı keçirilən filmin təqdim edildiyi zalda ayaq üstə durmağa da yer yox idi. Tək-tək hallarda təqdimatların belə gur keçirildiyinin şahidi olmuşam. Doğrudur, bizdə incəsənət adamlarıyla bağlı tədbirlər daha təmtəraqlı keçirilir, çünki oraya çal-çağır adamları daha çox yığışır. Amma ciddi, torpaqla, elmlə, siyasətlə bağlı tədbirlərimizdə təəssüf ki, bu çevrəni görmək hələ ki, mümkün deyil. Bax, bunu düşündüyüm anda ağlıma gələn ilk fikirlərdən biri o oldu ki, bu auditoriyadakıların böyük əksəriyyəti Xalid müəllimin tələbələri, dostları, pərəstişkarları, həmkarları idilər. Filmin təqdimatına başlamazdan öncə bildirildi ki, ssenari müəllifi Elşən Qəni olan və "Zirvəyə doğru” adlanan bu sənədli əsər böyük bir alim, ağır taxtalı kişi, sözü və şəxsiyyəti bir-birini tamamlayan insan barəsindədir...


Filmin nümayişi başlayır. Zalda qəribə bir sükut var. Hamı gözünü ekrana zilləyib. Çünki, ordan bu zala burda oturanların böyük əksəriyyətinin əbədiyaşarlığına inandığı Xalid Əlimirzəyev üz tutub danışır. Açığını deyim ki, filmin xronoloji ardıcıllığı bir-birini tamamlayır. Zaman öz axarıyla gedir. Hadisələrin baş vermə anları yerindədir. Necə deyərlər, əlaqələr qırılmayıb. Elə görüntülərin özləri də bu dediklərimin arxa plandan da olsa reallığını təsdiqləyir, ona kölgə salmır. Filmdə mətni oxuyan, səsləndirən aktyor Azad Şükürovun səsi də adamı yormur, amma şəxsən mən burda bir rəngarənglik görmək istəyərdim. Tutaq ki, təbiətlə, dağlarla, uşaqlıqla bağlı düşüncələrdə bir həzin səsə ehtiyac duydum. İstərdim ki, filmin həmin hissələrini fərqli bir ifa səsləndirəydi, monotonluqdan çıxaydı. Bu yanaşma təbii ki, tamaşaçı olaraq mənim istəyimdi. Amma o da var ki, filmin ssenarisi daha çox Xalid müəllimin dürüstlüyü, mərdanəliyi, mübarizliyi, qətiyyəti və bir də bütöv kişi cəngavərliyi üzərində qurulduğundan ssenari müəllifi də, yaradıcı qrup da daha çox sanballı səsə üstünlük veriblər. Bu da onların öz yanaşmasıdır. Bütövlükdə isə filmdəki hər bir detal Xalid Əlimirzəyevi ifadə etmək üçün seçilib. İstər onun müharibə illərinin sonlarına düşən uşaqlığı, istər Dəmiryolu Texniki Peşə Məktəbi həyatı, istər tələbəliyi, istərsə də alimliyi, yazıçılığı, ədəbiyyatşünaslığı və bütün bunların hamısının içərisində də anbaan böyüyən kişi obrazı...


Burda bir haşiyə çıxım. Mən Xalid müəllimi üzbəüz tələbəlik illərindən tanıyıram. Onun Dövlət Universitetinin ikinci, üçüncü mərtəbədəki dəhlizlərdə ağır, amma qətiyyətli addımları, qarşılaşdığı tələbələrlə özünəməxsus təbəssümlə görüşməsi tələbə salamını alması heç gözümün qabağından getmir. Ucaboylu, enlikürəkli, pəhləvan görünüşlü bir kişi, bir alim idi Xalid Əlimirzəyev. Bəzən adama elə gəlirdi ki, ona yaxınlaşmaq, söz soruşmaq olmaz. Amma yaxınlaşanda o qədər mehriban, mülayim bir halla qarşılaşırdın ki, bu görkəmlə o münasibəti uyğunlaşdıra bilmir, heyrət içərisində qalırdın. Filmdə də bu detallar qabardılaraq göstərilib.


Mən Xalid müəllimi Xalq Hərəkatının önündə də gördüm, müharibənin ağır anlarında ön cəbhədə də. Hətta onunla Ağdamda, Qubadlıda da qarşılaşdım. Yaxınlaşıb görüşdüm. Özünəməxsus şəkildə dedi:

-Deyəsən bizim tələbələrdənsən, mənə tanış gəlirsən?

-Mən də bir az cəsarətlə - Həm də oğlunuz İlqarın tələbə yoldaşıyam, -dedim.

Bəli, Xalid Əlimirzəyev haqqın, kimsəsizin, arxasızın yanında dayanan, əlindən tutan alim idi, kişi idi. O, professor-alim kimi bir müddət çalışdığı Təhsil Nazirliyinin müavini kimi də dəyişmədi, necə vardı elə də qaldı. Xalid müəllim bütün yaradıcılığında, istər ədəbi-tənqid araşdırmalarında, istər teatr tənqidində, istər bədii əsərlərində, xüsusilə dram əsərlərində heç nəyi birtərəfli ortaya qoymadı. Hər şeyə həqiqət prizmasından baxdı və özünün güvəndiyi, inandığı, əmin olduğu həqiqət şəklində də əsərə səhnə ömrü verdi, onu tamaşaçı qarşısına çıxardı. Filmin özündəki məqamlardan da aydın olur ki, Xalid Əlimirzəyev əqidəsi ilə əməli üst-üstə düşən alimdi, insandı, kişidi. Onun özünün yazdığı və filmdə də səsləndirildiyi kimi, onun böyük dayaq nöqtəsi, həyatının ən böyük xeyirxahı Mir Cəlal Paşayev olub. Öncə tələbə kimi Mir Cəlal Paşayev ona yol göstərib, sonra onun elmi rəhbəri olub, namizədlik və doktorluq işlərinə rəhbərlik edib. Bir kafedrada çiyin-çiyinə işləməsinə xeyir-dua verib. Bütün bunları filmdə həm Xalid müəllim barəsində danışan Xalq şairi Nəriman Həsənzadə, həm akademik Arif Paşayev, həm filologiya elmləri doktoru,professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvüNərgiz Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən, eləcə də Xalid müəllimin ailə üzvləri, tələbələri və digərləri ekrandan bir daha bizlərə çatdırdı. Tamaşaçı gördü və inandı ki, Xalid müəllim həm öz müəlliminə layiq tələbə, həm öz xalqına layiq oğlu, həm də öz tələbələrinə layiq müəllim olub.


Bəli, film Xalid müəllimin həyat və fəaaliyyətinin müxtəlif məqamlarını da, yəni ayrı-ayrı vaxtların çəkilişlərindən götürülmüş epizodlarla cilalanıb. Onun musiqisi də çox həzindi və Xalid müəllimin öz vəsiyyətinə uyğun bir şəkildə doğulduğu kənddə dəfn olunması, qəbrinin də arzusuna rəğmən dağa tərəf olması çox mətləblərdən xəbər verir. Bu, hardasa zirvənin bitmədiyini, üzü Tanrıya doğru yüksəldiyi anlamını da tamaşıçıya çatdırır. Elə filmin müzakirəsi zamanı gözəl sənətçimiz, Xalq artisti Flora xanım Kərimovanın, Xalid müəllim haqqında kövrək çıxışı onun tələbələrinin, filmi səsləndirən Azad bəyin, həmçinin bu sətirlərin müəllifinin ilkin təəssüratına görə film alınıb. Yəni, "Dünya” musiqili Teleradio Şirkətinin istehsalı olan "Zirvəyə doğru” sənədli filmi həyata vəsiqə alıb. Bu münasibətlə filmdə əməyi olan hər kəsə yaradıcılıq uğurları arzu edirəm.





İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK