ANA SƏHİFƏ / YAZARLAR

BAKININ DƏRDİ VAR...

Şəfiqə ŞƏFA

42244    |   2018-04-28 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Napaleon deyib: "Dahilər kəndlərdə doğulur, şəhərlərdə ölürlər”. Göründüyü kimi, kənd-şəhər söhbəti Napaleona qədər gedib çıxıb, yəni heç də təzə söhbət deyil, heç də təkcə azərbaycanlıları əhatə etmir. Bütün dünyada – istər inkişaf etmiş, istərsə də inkişafdan qalmış ölkə olsun, hamı baş şəhərin sakini olmaq istəyir. Bilərəkdən paytaxt yazmadım, çünki bəzi şəhərlər var ki, paytaxtı kölgədə qoyur. Hər halda heç kim İstanbulu qoyub Ankarada, Nyu-Yorku qoyub Vaşinqtonda yaşamaq istəməz. Siyahı çoxdu: Mumbay Dehlini, Rio de Janeyro Brazilianı öz şöhrəti ilə keçib. Və insanların da əsas dərdi məhz bu şöhrətli şəhərə düşmək, oranın sakini olmaqdı. Əslində hamımız da yaxşı bilirik ki, məqsəd heç də sosial təminat, daha yaxşı şərait deyil, sadəcə insanın içindəki həmin şöhrət qurdudu. Hindistanın bölgələri münbir torpaqlar, çaylar, təmiz iqlimlə zəngindi. Amma həmin bölgələrdə kimdi yaşayan?! Hindistanın yarım milyonu böyük şəhərlərdəki zibilxanalarda yaşayır. Hindistanı qoyaq bir kənara. Azərbaycanın bölgələri Bakıyla yarışacaq qədər gözəlləşib, təmin olunub. Rayonlarda məktəblər var ki, Bakıda bəlkə də 10 ildən sonra belə məktəb olar ya olmaz. Nə də əvvəlki kimi odun sobası ilə, palçıqlı yollarda yaşamırlar. Yeri gəlmişkən, yağış yağanda Bakının elə küçələri var, qayıqla keçmək olmur. Buna baxmayaraq, kəndlərdə ikimərtəbəli, yaşıllıq içində olan evini qoyub Bakının rütubətli, darısqal gecəqondusunda kirayə qalırlar. Yəni söhbət göründüyü kimi təminat, şərait, işsizlik məsələsi deyil. Bu sadəcə bəhanədi. Dava yorğan davasıdı. Napaleonun sözündəki o nüansa diqqət – "dahilər”. Əlbəttə o insan ki, özündə və ya övladında istedada, elmə, incəsənətə maraq və gələcək görürsə onun ucqar bölgədə qalmağı günahdı. Çünki bu insanlar öz gələcəklərini qurmaqla, həm də Vətənə, onun təbliğinə birbaşa xidmət edəcəklər. Belə insanlar dünyanın hər yerində qızıla bərabər tutulur.

Təbii ki, Azərbaycan insanının vətənin hər bir daşında haqqı var. Ürəyi istədiyi, özünü yaxşı hiss etdiyi hər bir guşəsində yaşaya bilər, necə ki yaşayır. Azərbaycanın on milyonluq əhalisinin tam yarısı Bakıdadı. Olsun, Bakı bir xörəkdisə, bölgələr onun duzu, ədvasıdı. Duz olmasa xörəyin dadı olmaz. Ancaq duzun çoxluğu da yaxşı deyil. Bakının abı onsuz da şorandı, bir az da şor olsa, duz gölünə düşərik. Amma Bakının dərdi başqadı, Bakının suyu duzlu olsa da, çörəyinin duzu yoxdu. Bu şəhərdə təhsilini artırıb, vəzifə, pul qazananın sonda təşəkkür əvəzinə "Nə var e Bakıda, heyif deyil buz bulaqlı kəndimiz? Meşəsi, havası...” deməyi həqiqətən də ağrıdıcıdı. Təsəvvür edin, birinin evinə qonaq gəlirsən, yeyib-içib, dincini alıb, gününü gün edirsən. Sonda təşəkkür etmək əvəzinə adamın evinə, süfrəsinə lağ eləyirsən. Təsəvvür eləyəndə ağır gəlir, hər halda təsəvvür qabiliyyəti olanlara. Yediyinin, içdiyinin, qazandığının haqqını vermək lazımdı – əməyinlə, xidmətinlə, ən azından təşəkkürünlə. Hamımız heç olmasa bu qədərini Bakıya borcluyuq.

Dediyim kimi dünyanın hər yerində şəhər-kənd söhbəti var. Moskvada salam əvəzinə adamdan soruşurlar "gəlməsən, ya moskvalı?” Hətta efirlərə qədər bu sual gedib çıxıb. Sosial proqramlarda dərdini danışmağa çıxan adama verilən ilk suallardandı. İstanbulda "doğma-böyümə istanbulluyum” cümləsini quranların sözündən öncə sinəsi qabarır. Xatırlayırsınızsa, bir Hollivud filmi vardı "Çirkin Koyot”. Filmin qəhrəmanlarından biri uğurlu iş qadınıdı. Səmimi münasibətdə olduğu bır qıza deyir ki, "Hamı məni nyu-yorklu bilir, amma əyalətdən gəlmişəm. Sən də mənim bu sirrimi heç kimə vermə”. Yəni şəhər şöhrəti istənilən ölkədə hamını öz cazibəsi ilə çəkir. Bu cazibəyə düşənlər də, əhatə dairəsindən kənarda qalanlar da danışır, danışacaq da. Çünki insanın ən yaxşı bacardığı cəhətidi danışmaq. Dil əldən daha qabiliyyətlidi. Sadəcə mövzu da külək kimidi, haçan əsdi, hayandan əsdi bir himə bənddi. Bu dəfə bir dövlət qurumunun rəsmisi sözü Bakı küləyinə verdi. Ona qədər ictimai yerlərdə, elə sosial şəbəkələrdə, iş yerlərində hər fürsətdə danışılmırdımı? Bəs niyə həmin xanımın təhqirdən uzaq, sadəcə bir gileyi bu qədər tikanlı oldu?! Rəsmi şəxs olduğuna görə? Gəlin etiraf edək ki, yox. Ürəyimizin dərininə enək, vicdan çox vaxt oralarda "takılır”. İnsanları qıcıqlandıran bu gözəl, bərli-bəzəkli xanımın gənc yaşında tutduğu mövqe, üstünlük verdiyi dil və yaşadığı lüks həyat idi. Kimi dindirsən, deyəcək ki, xalqın pullarıdı, sənin, mənim yerimi tutub. Camaatı da saymır, öz dilini bəyənmir. Nahaq danışdığını hər kəs bilir. İnanın rusdilli insanlar var, Azərbaycan üçün əlindən gələni edib, edir də. Xaricdə də ölkəni təmsil edənlər elə poliqlotlardı. Üstəlik rusdilli insanları qınayanların qarınağrısı heç də vətənpərvərlik deyil. Özləri bu dili bilsələr, bir kəlmə Azərbaycan dilində danışmazlar. Necə ki, Türkiyə türkcəsində danışmağa üstünlük verənlər, qardaş ölkə təəssübkeşliyində deyillər. Sadəcə hansısa bir dili, dəbdə olan şivəni bilib, özümüzü bir-birimizə göstərməkdi bizim dərdimiz. Hər bir baş şəhərin dillə bağlı öz tələbi var. Biri öz dilini qoyub ingilis dilinini tələb edir, digəri qərb sözləri ilə qarışmış əcaib türkcə istəyir, Bakınınkı də rus dilidi. Bu bineyi-qədimdən belədi, Bakıya gələndə bunu yaxşı bilirdiniz. Bakının çaldığına oynayanlar qazandı, havanın ritmini tuta bilməyənlər də "ana dili”nin ətəyinə bükülüblər. O ki qaldı qazanmağa, ingilis demiş: "Ağıllı adam kasıb olmur”. Vallah düz deyir, kimsə, kimsənin yerini tutmur, lap tutursa da tez oyanan qazanar. Fələyin dəyirmanında oturub çarxına tamaşa eləməkdənsə, o çarxın istiqamətini dəyişmək lazım idi. Əgər bacarmadınsa, günahı başqasında axtarma. Əlbəttə insan özünü təmizə çıxarmaq üçün özündən başqa hər kəsi günahlandırır. Yolda gedərkən ayağına daş ilişər yıxılarsan, durub daşı söyərsən, amma ayağının altına baxmaq, diqqətli olmaq ağlına gəlməz. Mənim bir tələbə yoldaşım var. Bir şəhərdə böyümüşük. Eyni məktəbdə, universitetdə təhsil almışıq. Ali məktəbə girərkən də ballarımız təxminən eyni idi, eyni müəllimlərdən də dərs alımışıq. Amma indi mən yerimdə sayıram, o isə Böyük Britaniya kimi bir ölkənin əsas şirkətlərindən birində rəhbər vəzifə tutur. Londonun tən ortasında yaşayır. İndi o mənim yerimi tutubmu? Mən bilirəm o bu yerə çatmaq üçün dişiylə-dırnağı ilə necə mübarizə aparıb. Mən isə o mücadilə apararkən sadəcə şeir yazırdım. Məğlubiyyəti də qəbul etmək lazımdı ki, səhvlərini görüb, gücünü toplayıb yenidən cəhd edə biləsən. Amma istənilən halda bəzi şeyləri unutmaq olmaz – harda olursan ol, mədəniyyəti, ədaləti və minnətdar olmağı.





İmza:

YAZARIN ARXİVİ

2016-05-01 : 1 may xatirəsi
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK