Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İT GÜNÜNDƏ Adalet.az | İT GÜNÜNDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İT GÜNÜNDƏ

Nicat Novruzoğlu

7625    |   2018-04-20 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandır yoxa çıxmışam. Həm sizin üçün, həm də özüm üçün. Tapa bilmirdim özümü. Həmişə olduğu kimi tapılmaq itməkdən çətin olub. Axırı birtəhər tapıldım. Bu tapıntı barışıq sayəsində oldu. Beynimlə barmaqlarım barışdı. Milli Barışıq elan etdilər. Məni itirən də onlar olmuşdu. Yola getmirdilər. Beynimin düşündüyünü barmağım yazmırdı, barmağımın yazmaq istədiyini beynim qəbul etmirdi. Dil tapdılar. Və bu tapılan dilin tapıntısı da həm də mən oldum.

İtkin düşən günlərimdə başıma çox hadisələr gəlib. Qulağım çox sözlər eşidib, gözüm də şahid olub. Ən əsası o olub ki, qulağı da, gözü də, dili də, ümumilikdə özündə birləşdirən başım salamatdı. İndiki zamanda baş əsas məsələdi. Başsız ancaq atla gəzə bilərsən ki, o da bizdə hardandı. Heç atlı gəzdiyimiz el-obamız da bizdə deyil.

Maraqlı hadisələrdən biri vaqe oldu rayonlarımızın birində. Rayonda gec-gec olduğum səbəbindən camaatımızın güzəranından xəbərim olmur. Bu xəbərsizlik ucbatından köhnə tanışlardan kimisə gördükdə bir xeyli vaxt onu-bunu soruşmağa məcburam. O necədi, bu necədi, nə işlə məşğuldu, kim evlənib və s. Bu dəfə də belə suallarla birini salmışdım çənəmin altına. Tanıdıqlarımın hazırkı durumları barədə ondan cavablar alırdım. Əvvəl kasıb-kusubu soruşduqdan sonra keçdim bərk gedənlərimizə. Qaqa, bəs filankəs nağayrır, neynir, vəziyyəti necədi? - sualına "ə it günündədi" cavabını aldım. Filankəsin niyə it gününə düşdüyünü soruşmaq istəyirdim ki, çiynimə bir yumruq dəydi: "Qaqa, nətərsən?". Məni yumuruqlayan köhnə tanışlarım idi.

Març-murçdan sonra bunlarla təzəcə hal-əhval tutmağa başlamışdım ki, gördüm bir BMV babat səsi çıxan siqnalla bizi salamlayıb keçdi. BMV-ni sürən o bayaq mənə it günündə olduğu deyilən filankəs idi. Filankəsin günün itə oxşamadığını görüb məəttəlmi yazım, təəccüblümü yazım, bilmirəm, o sifətlə çönüb baxdım bayaqdan mənə millətin vəziyyəti barədə hesabat verənin üzünə. Yəqin ki, həmin an sifətimi ölümsüzləşdirən olsaydı, baxıb görərdiz ki, sifət sual işarəsindən ibarətdir. Nöqtə də düşüb çənəmin altına.

Hesabatcıl sualı görən kimi gülümsəyib dedi: "Qaqa, indi itin günü bizim gündən yaxşıdı". Çiynimə bir də yumruq dəydi: "Özün nətərsən ey?". Bu yumruq həm də it söhbətinə dəydi. Qayıda bilmədim o söhbətə. Hesabatcıl işi olduğunu deyib məni, məni yumruqlayanlarla buraxıb getdi. Az qaldım arxasınca it söhbətinə görə elə it kimi hürəm, alınmadı.

Sizdə bilmirəm necədir, məndə belədir ki, özüm özümlə tək qalanda və yaxud yorğanın altında gözü yumulu olub, amma ki, yatmayanda gün ərzində yaşadıqlarımı düşünürəm, çək-çevir edirəm. O gecə bu it məsələsi məni o qədər düşündürdü ki, səhər açılan kimi özümü verdim zoomarketə. Ki, bilim görüm o filankəsin vəziyyəti nə yerdədi.

Qapıdan içəri girən kimi özümü itirdim. Birinci dəfənin göstəricisi idi. Bunu satıcı da hiss etdi. Urusca nə isə dedi. Mən də salam verdim. Dedim, yəqin salamlaşır. Bəlkə də heylə imiş. "Salam"ın Azərbaycan dilində olduğunu görüb üzünü turşuda-turşuda bir zülümlə, kəkələyə-kəkələyə bizim dilə oxşayan dildə soruşdu ki, nə lazımdı?. Heç özüm də bilmirdim mənə, daha doğrusu itə nə lazımdı. Axı itim olmayıb. Ona görə də birtəhər onu başa saldım ki, mənə itlə bağlı sizin dükanda nə varsa qiymətlərini deyin. Bu dilini zülümlə başa düşdüyüm azərbaycanlı qiymətlərdən məni agah elədikcə elə bil, məni çıldağda yandırırdılar. Cız-bız edirdim.

Qardaş, bu it günündə olmaq nə yaxşı şey imiş. İtin yeməyinin kilosunun qiymətini soruşduğum zoomarketdə qiymətlər 13-20 manat arasında dəyişir. Mənim yediyim ətdən bahalı ət yeyirmiş it. Xanım bildirdi ki, it aya rahat bu yeməkdən 15 kilo yeyir. Sulu yeməklər isə bundan da bahadır, 20-25 manat.

İt üçün nəzərdə tutulan ortopedik yatağın qiyməti 330 manatdı. Mən o nənə döşəyində yatmaqdan onurğam yırtılıb. Özü də nə az, nə çox, 5 milli.

Heç vaxt boynumdan nə isə asmamışam. Heç boynumu da asmamışam. Amma itin xaltasını görəndə içimdəki maraq məni soruşmağa vadar elədi və məlum oldu ki, xalta 86 manatdan başlayır. 150 manatlığı da var idi. Özümü xaltalamaq istəyirdim ki, o əcaib dildə danışan qadın başa düşmədiyim bir söz dedi. Gözlərinin bərəltisindən anladım ki, xaltalanmağıma təəccüblənir.

Diş bərkidən xüsusi sümüklərin qiyməti 17-30 manat civarında. Kənddə dişimi plomplayan 20 manat istəyəndə az qalmışdım ki, onu dişləyəm. Sonra 15-ə razılaşıdıq.

İt üçün vitaminlər 220 manat. Vallahi də, billahi də mənə 220-lik vitamin vursalar 24 saat hürərəm, özü də gözümü qırpmadan.

Yemək qabı 100 manat. Barmaqlarımla başımı qarışdırmaq istəyirdim ki, satıcı gülümsəyib: "Şampundakı 20-30 manat" dedi. Barmağımı dişlədim. Ağzıma 75 faizlik qara sabunun iyi gəldi. Tez soruşdum ki, onda bunların tükünü neçəyə qırxırlar? Onu yazmayacam. Nifrət edərsiz insanlığınıza. İtə paxıllıq edərsiz.

Mən etdim. Niyə də etməyim?! İt məndən 5 dəfə yaxşı yaşayır. Ona torpaq da ayırırlar, evini də tikib verirlər, hələ üstəlik bir belə də pul xərcləyirlər. Nədir-nədir arada hürür. Bir belə xətir-hörməti mənə qoysalar nə var ki, gündə bir-iki ağız hürməyə.

Hələ ilimizin adı da it ilidi. Mənim xeylim yaşım var, hələ mənə it kimi etimad göstərməyiblər. Adıma heç zibil qutusu da yoxdu.

Qismət. Yarımadıq. Bizi də göstərib deyən olmadı ki, it günündə yaşayır.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK