ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

17068    |   2018-04-19 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: "Yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır. Bu da təbii ki, süni sıxlığın yaranmasına səbəb olur. Bəy-gəlin cütlüyünün müşayiətində xeyli kobudluğa yol verilir, səs siqnallarından istifadə edilir, yol zolaqları lüzumsuz olaraq tutulur, şadlıq saraylarının qarşısında dayanma-durma tələbləri pozulur və həmin ərazidən avtomobillərin keçməsi mümkünsüz olur ki, bu da ictimaiyyətdə narazılıq yaradır. Bununla əlaqədar xəbərdarlıq edirik ki, yol boyunca kobud yol-hərəkət qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkarlandıqca onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək”.

V.Əsədov bəy-gəlin cütlüyünü müşayiət edən sürücüləri diqqətli olmağa çağırıb:

"Yol boyu avtomobili nizam-intizamla idarə edərək başqalarının da hərkətinə şərait yaradın. Bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etməsini tövsiyə edirik, səs siqnallarından istifadə edilməməlidir, sürücülər yolayrıclarının keçmə tələbləri üzrə hərəkət etməlidir və digər sürücülərin hərəkətinə süni maneə yaratmamalıdır. Həmçinin bəzədilmiş avtomobillərin dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. Dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Sürücülər düşünməsinlər ki, ərazidə yol polisi yoxdursa, istədiklərini edə bilərlər. Sürücülər unutmamamlıdır ki, kiçik bir səhv toy mərasimini yas mərasiminə çevirə bilər. Qeyd edim ki, ötən il 6 toy mərasi ilə bağlı yol-qəza hadisəsi baş verib ki, nəticədə bir neçə nəfər həyatını itirib. Biz yol polisi olaraq belə kobud xətalara yol verənlərə şərait yarada bilmərik. İnsanları belə halların qarşısını almağa dəvət edirik”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK