ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜNYA QƏFİL İŞIQLANSA…

10070    |   2018-03-02 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bax onda görəsən nə olar?! Bax onda biz çox şeyin şahidi olarıq. Ki nələri görürük, nələri bilirik və nələri eşidirik. Və bu nələr çox vaxt əvvəl selin gətirdiyi ilk çör-çöpə oxşayır. Çör-çöpdən sonra isə o sel o qədər zir-zibili, kol-köməci ağzına götürüb aparır ki…

Dünyamız bu gün elə gündədir ki, hər an, hər dəqiqə adam səksəkə içində yaşayır. Və hər an, hər dəqiqə qorxursan ki, nəsə bir şey olar. Axı, gözümüzü açıb dünyanın çox yerində - şəhərlərin, kəndlərin, qəsəbələrin bombalandığını görürük. İnsanların axın-axın özünə yeni yurd-yuva axtardığını eşidirk. Şükür olsun ki, biz indi bundan bir az uzağıq. Düzdü, bizim də erməni işğalçıları tərəfindən 20 faiz torpağımız işğal olunub. Bir milyondan çox məcburi köçkün və qaçıqınlarımız var. Dövlətimiz onları öz himayəsi altına alıb, arxa durub. Bunların hamısı çox gözəl.

Amma elə nazirlərimiz, elə icra başçılarımız, elə rəsilərimiz var ki, onların nə gözləri doyur, nə də əlləri nəsə almaqdan yorulur. Bax, onda dünya qəfil işıqlansa, çox şeyləri görmək olar. Böyük şair Ramiz Rövşənin «Dünya qəfil işıqlansa» şeiri sanki bu günümüzün qaranlığına bir işıq salsa, bir nur ələsə, onda görün milləti incidən, onun başına min bir oyun açan, rüşvət almaqdan doymayan məmurların iç üzü necə açılar? İcra başçısı var ki, hər hansı adam ev tikdirən kimi onun yaxınları qartal kimi həmin insanın başının üstünü kəsdirir. Və o dəqiqə başlayırlar o ev tikdirəni sağdan, soldan sıxmağa. Başçının adamları başlayır qiymət «oxumağa». Xüsusən də Bakı şəhərində qanuni surətdə ev tikmək belə o qədər də asan deyil. Evin mərtəbəsindən asılı olmayaraq, beş min manatdan on min manata qədər kimlərəsə «şirinlik» verməlisən. Bu «şirinliyi» verməsən, daşı daş üstə qoysan belə, bir də görəcəksən ki, icra hakimiyyətindən gəlib daşı daş üstünə qoyduğun yeri buldozerin ağzına veriblər. Yəni o tikilinin altını üstünə çeviriblər…

Bax, burda o şeirin aşağıdakı misralarını xatırlamaq və yada salmaq lap yerinə düşər:


Qəfil gün doğsa bir gecə,

Min-min gizli günah görsək,

Üstünü örtə bilməsək,

Bu dünyanı çılpaq görsək,


Başımıza hava gələr,

ağlımız çaşar bəlkə də.

Hamı birdən baş götürüb

dünyadan qaçar bəlkə də…


… Onda biz bayaq dediyimiz kimi, çox şeyləri bu işıqda görə bilərik. Vallah, adam bu dünyanın işinə məəttəl qalır. Daha doğrusu, dünyanın işi deyil ey, ayrı-ayrı vəzifəli şəxslərin əməlləridir. Bu yaxınlarda istedadlı yazıçı-publisist Allahverdi Eminovun bizim qəzetdə gözəl bir yazısı dərc edilmişdir. Həmin yazıda müəllif Azərbaycan elminin altını üstünə çevirən, onu şikəst edən ayrı-ayrı vəzifəli şəxsləri tənqid atəşinə tutmuşdu. Bir gün belə elmi işlə məşğul olmayıb, tədqiqat aparmayıb, araşdırmalar etməyib əyri yollarla elmlər doktoru, professor və hətta akademiyanın müxbir üzvü olmağı bacaran dırnaqarası alimləri gündəmə gətirib. Hamıya gün kimi aydındır ki, elmi işlə məşğul olmaq elə də asan deyil. Amma bu gün bizim elmimiz həqiqətən də çox bərbad gündədi. Nazir, prokuror, rəis, hakim vəzifəsindən istifadə edərək kimlərəsə haqq ödəyərək qısa zamanda elmin yüksək zirvəsinə qalxır. Hansı ki, bu cür adamlarla hər yerdə, hər bir ali məktəbdə üzləşmək mümkündür. Qəribədir ki, onlar elmlə məşğul olmaya-olmaya gəlib kafedra müdiri vəzifəsini də tuturlar. Və hətta uzun illər elm sahəsində canını qoyan, ömrünü xərcləyən professorlara rəhbərlik də edirlər, göstəriş də verirlər. Bir ailə də necə olur ki, elmlə məşğul olmaya-olmaya üç-dörd professor var. Bütün bunların hamısı yazıçı-publisist Allahverdi Eminovun həmin yazısında öz əksini tapıb.

Tək elm sahəsi deyil, bu gün əksər sahələr qeyri-peşəkar adamlar tərəfindən qamarlanıb, zəbt olunub. İstər musiqi sahəsində, istər jurnalistika aləmində, istərsə də mədəniyyətin digər sahələrində istedadsız adamlar sözün həqiqi mənasında meydan sulayır, təmiz və vicdanlı ziyalılara «dərs keçirlər». Bu cür haqsızlıqlar və ədalətsizliklər davam etdikcə, həmin adamların yeri istedadlı şair Qabilin sözü ilə demiş olsaq, «səhv düşüb». Yer də səhv düşəndə həmin adamlar oturduğu kresloda insanlara, millətə yuxarıdan aşağı baxır, öz bildikləri kimi hərəkət edirlər.

Heç kim inciməsin. Bu gün cəmiyyətimizdə təmiz və vicdanlı adamın yaşaması, fəaliyyət göstərməsi çox çətindir. Çünki həmin insanlar ondan yuxarı vəzifədə əyləşmiş cahil və nadan vəzifəli şəxs tərəfindən əzilir, sıxılır, incidilir. Biz demirik ki, vəzifədə əyləşənlərin hamısı belədir. Xeyr, onların da içərisində millətini və xalqını sevən namuslu ziyalılar var. Və onlar da bu millətə, bu xalqa həmişə namusla xidmət ediblər və xidmət də eləyirlər.

Biz o adamları tənqid atəşinə tutmaq istəyirik ki, onlar əyləşdikləri kresloya layiq deyillər. Daha doğrusu, göstərilən etmadı doğrultmurlar. Bayaq dedik axı, doğruldanlar da var. Məsələn, bir neçə gün bundan əvvəl mənim yaxın qohumlarımdan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon şöbəsində olub. Deyir ki, orda hansı məmura yaxınlaşdım, məni çox yüksək mədəniyyətlə, nəzakətlə qarşıladılar. Sözün düzü, bu səmimiyyəti görüb təəccübləndim. Həm də sevindim ki, nə yaxşı bax, belə də məmurlar var. Onlar insanlarla çox səmimi və sadə rəftar edir, qayğı, diqqətlərini əsirgəmirlər.

İndi qayıdaq yenə bəzi qaranlıq mətləblərin və qəliz məsələlərin üstünə. O qəliz məsələlər ki, bu gün təhsilimizin ən axsayan və ağrıyan yeridi. Heç kimə sirr deyil ki, Bakıdakı tam orta məktəblərin əksəriyyətində 11-ci siniflərdə oxuyanların çoxu dərsə gəlmirlər. Amma biz demirik ha, bütün 11-cilər gəlmir. Yəni heç kimə sirr deyil ki, əksər 11-cilər repititor yanına getdiyinə görə, onların valideynləri direktorlarla əlaqəyə girərək müəyyən «şirinlik» hesabına uşaqlarını həmin repititorların yanına göndərirlər. İndi siz təsəvvür edin, bir orta məktəbdə 7-8 və bəzən daha çox 11-ci sinif şagirdi var. Onları da dəqiq hesablayanda məktəb direktorlarının aldıqları bu «şirinliyin» sayı-hesabı bilinmir. Bəzi müəllimlər isə dərs vaxtı məktəbə gəlmir və dərslər boş keçir.

Yaxşı, nəyə görə məktəb direktorları o məktəbin qapılarını mətbuata, televiziyaya, qəzetə bağlı saxlayır? Əgər hər hansı məktəbə jurnalist gedib bir yazı hazırlamaq istəsə, heç vaxt onu içəri buraxmayacaqlar. Hamını içəri buraxacaqlar, jurnalisti yox. Gərək gedəsən Nazirliyin mətbuat xidmətindən icazə alasan. Niyə qardaş?! «Mətbuat haqqında» Qanunla hər bir jurnalistin ilkin mənbədən informasiya almaq hüququ var. Qanunsa bütün əmrlərdən, təlimatlardan daha yüksəkdə durur. Nazirliyin də əmri var ki, gərək jurnalist gedib mətbuat xidmətindən icazə alsın.

Bunu ona görə ediblər ki, Bakı məktəblərində olan bu qanun pozuntularını və nöqsanları jurnalistlər görməsin, onu ictimaiyiləşdirməsin. Sovet dönəmində məktəblər həmişə mətbuatın və cəmiyyətin üzünə açıq idi. Onda biz totalitar rejimdə yaşayırdıq. Amma indi demokratik rejimdə yaşayırıq, jurnalist məktəbdən informasiya ala bilmir. Əgər ictimaiyyətin, jurnalistlərin iştirakıyla Bakı məktəblərində qəfil yoxlama keçirilsə, bax, onda o qədər nöqsanlar üzə çıxar ki, düz xirtdəyə qədər. Görünür, kimlərəsə bu cür sərf eləyir və bu cür də təhsilimizin başına ip atıb ora-bura sürüyürlər. Qoy sürüsünlər! Axırda bir gün bu cür sürümələrin elmimizə necə ağır zərbə vurduğunu o sürüyənlər də biləcək. Onda hər şey gec olacaq.

Axı, dünyanın işıqlanmasından danışırdıq. Bax, dünya qəfil işıqlansa, Azərbaycan məktəblərindəki nöqsanlar da bir-bir görünər. Hələ ki işıq lazım deyil, hələ ki elə bu cür sərf eləyir. Yazımızı istedadlı şairimiz Ramiz Rövşənin elə həmin şeirinin aşağıdakı bəndiylə də bitirmək istəyirik. Çünki nə qədər desən də, yazsan da, bir nəticə alınmır. Belə bir məsəl də var: «Dərman bildiyini eləyər, çax-çax baş ağırdar». Şeirin arxası belədir:

… Bu dünyada bəs kim qalar,

Kim böyüdər uşaqları?!

… Nə yaxşı ki, bu dünyamız

Yavaş-yavaş işıqlanır…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK