ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AZƏR BƏY, MƏŞHƏDƏ DƏMİRYOL TƏBRİZDƏN KEÇİR

33090    |   2018-01-10 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostumuz Azər Həsrət sosial şəbəkədə bir paylaşım edib və «Azərbaycan Dəmir Yolları» QSC-ni qınayıb ki, niyə Naxçıvandan Təbrizə deyil, Məşhədə dəmir yol çəkir, özü də 1700 kilometr. Statusunun altında da çoxlu şərhlər yazılıb. Bir neçə nəfəri çıxmaq şərtilə, əksəriyyət Azər bəyin fikirlərinə dəstək verib.

Əvvəla, bu yolu «Azərbaycan Dəmir Yolları» QSC çəkmir, Azərbaycan hökuməti çəkir. Və hökumət də bir işə imza atanda yüz ölçüb bir biçir. İkincisi, Azərbaycan Məşhədə 1700 kilometrlik dəmir yolu xətti çəkmir.

Və üçüncüsü də, Məşhədə gedən dəmir yolu Təbrizdən keçir. Naxçıvan Təbrizə bağlanır, özü də artıq bağlanıb. Qalan yolları İran hökuməti əvvəlcədən çəkib. Eyni zamanda Naxçıvandan Məşhədə gedən qatar Cənubi Azərbaycanın neçə-neçə şəhərindən keçir.

Və blokadada olan Naxçıvan üçün bu dəmir yolunun çox böyük önəmi var. Bundan başqa, Naxçıvanı Qarsla da birləşdirəcək dəmir yolu xəttinin layihəsi də hazırdır. Və beləliklə, Naxçıvan blokadadan çıxıb dünyaya açılır. Bunun siyasi tərəfini bir kənara qoyuram, amma Naxçıvan üçün nə qədər iqtisadi önəm daşıdığını hesablamaq çətin deyil.

Ölməz şairimiz Söhrab Tahir yazır:

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə.

İndi şairin ən böyük arzularından biri həyata keçir, həm Astara bir-birinə tikilir, həm də Naxçıvanla Təbriz. Şairin iki qolunu indi bu iki dəmir yolu əvəz edir.

Azərbaycan Astara dəmir yolu xətti ilə şimalla cənubu, Bakı-Tbilisi-Qars və Naxçıvan-Məşhəd dəmir yolu xətləri ilə də şərqlə qərbi birləşdirərək bu iki qitənin mərkəzinə çevrilməlidir. Bu da Azərbaycanın dünyada söz sahibi olmasında mühüm bir rol oynayır. Eləcə də gələcəkdə ölkə iqtisadiyyatına milyonlarla deyil, milyardla ölçüləcək iqtisadi səmərə vermək deməkdi.

Hələ şərhlərdə buna dini don geyindirənlər də var ki, bu da lap ağ oldu.

Azər Həsrət kimi həm siyasəti, həm də iqtisadiyyatı çox gözəl bilən bir ziyalının Naxçıvan-Məşhəd dəmir yoluna belə bir münasibət göstərməsi bir az anlaşılan olmadı.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK