ANA SƏHİFƏ / YAZARLAR

O BİR QAYA

Faiq QİSMƏTOĞLU

14316    |   2017-12-15 13:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… 1974-cü ilin isti avqust günlərindən biri. Mən də digər abituriyentlər kimi ADU-nun (indiki BDU) jurnalistika fakültəsinə qəbul imtahanı verirəm. Həddindən çox həyəcanlıyıq. Və bizi binadakı auditoriyaya dəvət edirlər. İlk imtahan Azərbaycan dili və ədəbiyyat fənnindən yazılı imtahandır. Biz yerimizi tuturuq. Mən də orta yerlərdən birində əyləşirəm. Artıq qəbul imtahanını götürən müəllimlər ağlama, qaralama vərəqlərini bizə paylayırlar. Müəllimlərdən biri orta yaşlı, dolu və köhnə kişilərə bənzəyən bir professordur. Digəri isə ondan nisbətən arıq, bəstəboy bir müəllimdir. Sonradan biləcəyik ki, dolu, qarayanız kişi professor, yazıçı-publisist və böyük alim Qulu Xəlilovdur. Digəri isə Mirzə Ələkbər Sabirin nəvəsi Qasım müəllimdir.

Artıq mövzu da bəllidir. Mən Nizami Gəncəvinin əsərlərində «Əməkçi insan surətləri» mövzusunu seçirəm. İnşa yazmağa başlamamışdan öncə lezvanı çıxarıb kənara qoyuram ki, səhv eləyəndə pozum. Bəxtim gətirmir. Barmağım lezvaya ilişir və kəsilir. Özümü itirirəm, barmağımdan axan qan həm ağlama vərəqin, həm də qaralamanın üzərinə düşür. Bunu görən qarayanız, dolu kişi mənə yaxınlaşır və deyir ki, hələ sən yazı yazmamışdan dünyanı öz qanına bələdin. Bir göz qırpımında qolumdan tutub qonşu otaqdakı tibb işçilərinin yanına aparır. Onlar barmağımı sarıyırlar və geri qayıdıram. Nə illah eləyirəm, əlim qələm tutmur. Qarayanız kişi yenidən mənə baxır və dillənir: «Nooldu, niyə başlamırsan? Bəlkə sənin əvəzinə inşanı mən yazacam».

Onun bu sözlərindən sonra həyəcanım bir anın içində itir və əlimə qələmi götürüb yazıya başlayıram. Artıq imtahandan 30 dəqiqə keçib. Və yarım saat içərisində inşanı başa çatdırıb həmin qarayanız, ortaboylu dolu kişiyə verirəm. O da elə bilir ki, inşanı yazmadan auditoriyanı tərk edirəm. Ancaq görəndə ki, inşanı yazmışam, hər şey də yerindədir, gülümsəyir və deyir: «Tay mənim sənə sözüm yoxdur».

Yazı imtahanından yüksək qiymət alıram və sonra digər üç imtahandan da yüksək qiymət alıb tələbə adını qazanıram. Sentyabr ayında dərsə başlayanda həmin professoru yenidən görürəm. Bax, onda o mənə diqqətlə baxır, deyir ki, ay cüvəllağı, sən istedadlı oğlansan, indi çıx danış görüm Hüseyn Caviddən nə bilirsən? Təbii ki, böyük şair və filosof Hüseyn Cavid poeziyası sonu görünməyən bir ümmana bənzəyir. Və mən də bildiklərimi danışdım. Deyəsən cavabım professor Qulu Xəlilovu qane elədi.

ADU-da çox böyük ziyalılar, alimlər, şəxsiyyətlər bizə dərs deyirdi. Mir Cəlal Paşayev, Qulu Xəlilov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Şamil Qurbanov… bax, bu böyük insanlar, böyük kişilər bizə düz yol göstərirdilər və biz də bu böyük kişilərin, böyük ziyalıların göstərdiyi yolla gedirdik. Və görürdük ki, bu yol haqqa, ədalətə, işığa doğru gedir… və görürdük ki, bu yol bizi elmin dərinliklərinə aparır… və görürdük ki, bu yol elə də asan deyil… Çünki o yolu getmək, o yolla addımlamaq üçün yuxusuz gecələr keçirməli idin, çoxlu kitab oxumalı idin və gəlib bu böyük alimlərin, bu böyük kişilərin qarşısında əyləşib bildiklərini danışmalı idin. Əgər onları qane eləyə bilsəydin, bax, onda elə bil dünyanın ən varlı adamıydın

Qulu Xəlilov filologiya fakültəsinin professoru idi. Amma biz onu jurnalistika fakültəsinin müəllimi kimi tanıyırdıq. Auditoriyaya girəndə 90 dəqiqə o qədər şirin, o qədər gözəl danışardı ki, həmin anların necə gəlib keçdiyini hiss eləməzdik. Hiss eləməzdik ki, vaxt niyə getmir? Hiss eləyərdik ki, Qulu Xəlilovun danışığından, sözlərindən bal damır. O bizə bu bal mühazirələriylə Hüseyn Cavidi sevdirdi, Mikayıl Müşfiqi sevdirdi, Süleyman Rəhimovun nəhəng nəsrini öyrətdi və bizə həm də Azərbaycanın ən dəyərli Sovet dövründə yaşamış yazıçılarını oxutdurdu. «Oxutdurdu» sözünü ona görə deyirəm ki, o həmişə bizə qarşı çox tələbkar idi. Yəni tələbəyə dərs vaxtı, seminar zamanı güzəşt eləməzdi və bizi qorxudub oxutdurardı. Ancaq imtahan gələndə tamamilə başqa bir Qulu Xəlilovu görürdük. Həlim, ürəyiyumşaq və tələbəyə böyük sevgisi olan Qulu Xəlilov.

O deyərdi ki, əgər tələbəni kəsmək istəsəm, Süleyman Rəhimovun «Şamo» romanının hamısını oxumağı tələb edərəm. Görüm, tələbənin qısa vaxtda onu oxumağa gücü çatacaqmı? Sol əlinin ovcunu açıb sağ əliylə oranı döyəcləyə-döyəcləyə bildirərdi: əgər siz Hüseyn Cavidi oxumasanız, Müşfiqi duymasanız, Süleyman Rəhimovdan xəbəriniz olmasa, içinizdə heç vaxt vətənpərvərlik hissi olmaz.

İkinci kursda Sovet ədəbiyyatından imtahan verirdik. Dedilər ki, Qulu Xəlilov xəstəxanaya düşüb, başqa bir müəllim imtahan götürəcək. Yanvar ayı idi, qar da yağırdı. Bir də gördük Qulu müəllim əynində qalın palto, boynunda şarf fakültəmizə gəldi. Bax, onda gözümüzə nur, qəlbimizə işıq ələndi. Əyləşib biletləri stolun üstünə qoydu. Elə birinci məni çağırdı. Suallardan üçü də gözəl idi. Hüseyn Cavid və Mikayıl Müşfiq yaradıcılığı düşmüşdü. Danışdım, axırda Qulu müəllim dedi ki, Mikayıl Müşfiqin «Yenə o bağ olaydı» şeirini əzbər bilirsənmi? Təbii ki, şeiri əzbər bilirdim. Və o şeirin birinci misrasından tutmuş sonuncu misrasına qədər dedim. Gördüm Qulu Xəlilova ləzzət elədi. Güldü və dilləndi: «Xəstəxanada və bura gələndə ürəyim ağrıyırdı. Amma şeiri o qədər gözəl dedin ki, tay ürəyim ağrımır. Sənə yağlı bir beş yazıram»…

Ola bilər universitetdə Qulu Xəlilov kimi savadlı, istedadlı alimlər çox olsun. Amma universitetdə Qulu Xəlilov kimi cəsarətli, sözü adamın üzünə deyən və Allahdan başqa heç kimdən qorxmayan professor barmaqla sayıla bilər. O adam nə rektordan çəkinərdi, nə də Mərkəzi Komitənin məsul işçilərindən. Əgər haqsızlıq görsəydi, ədalətsizlik hiss eləsəydi, vulkan kimi püskürərdi. Və o püskürən vulkanın da qarşısını heç kim ala bilməzdi…

Bu cür kişilər, bu cür cəsarətli ürək sahibləri həmişə haqqı, ədaləti, namusu, qeyrəti hər şeydən üstün tutublar. Onları kimsə əymək istəsə də, sındırmağa çalışsa da, sındıra bilməyiblər. Çünki Qulu Xəlilov elə bir sal qayadı ki, ona heç bir qüvvə təsir göstərə bilməzdi. O ucalıq, o möhkəmlik Qulu Xəlilova bilmirəm kökdən gəlmişdi, qandan gəlmişdi. Amma bir onu bilirəm ki, onun əzəmətli görünüşü, dağdan ağır yerişi, qaya kimi möhkəm iradəsi həmişə bu kişini ucalığa aparırdı. Və bu kişi öz cəsarəti, öz böyük ürəyi ilə necə insan olmağı sübut eləmişdi.

O, həyatda çox çətin anlarla üzləşmişdi. Nə az, nə çox, beş-altı dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişdi. Və biz Qulu Xəlilovun «Yaşamaq istəyirəm» povestini oxumuşduq. Və povest bizə hər cür çətinlikdən, hər cür əzab-əziyyətdən çıxmağın yolunu göstərirdi. Qulu müəllimin bu povesti məşhur amerika yazıçısı Cek Londonun «Həyat eşqi» hekayəsinə çox yaxındı. Çünki bu hekayədə də insan ölümlə mübarizə aparır. Çalışır, vuruşur, əziyyəti və əzabı hesabına sağ qalır. Amma digər dostu ona xəyanət etdiyinə və mübarizə apara bilmədiyinə görə canavarlara yem olur…

Professor Qulu Xəlilov yazıçıların «Bakı Soveti» (indiki «İçərişəhər») metrosunun yaxınlığındakı binasında yaşayırdı. Bir gün bizə dedi ki, hazırlaşın, sizi bağıma aparacam. Orda bir balaca iş görəcəyik. Qırmızı rəngli «Jiquli»si vardı. Tələbə dostlarımdan Rəhman Salmanlı, Şünasib Məmmədov, Loğman Rəşidzadə və rəhmətlik Qismət Babayev maşına əyləşib onun Şağandakı bağına getdik. İşləməmişdən qabaq yaxşı bir hinduşqanı doğradıq, kabab çəkdik. Araq da vardı. Uşaqlar yeməyə necə girişdisə, bir də gördük ki, günortadan keçib. Beli əlimizə alıb yeri qazaraq ağacı basdırmaq istəyəndə bir leysan yağış başladı ki, gəl görəsən. Qulu müəllim güldü, dedi ki, bax, burda da sizin bəxtiniz gətirdi. Gəlin keçin içəri, ağac əkmək qalsın başqa vaxta. Bir sözlə, bizim bağ təəssüratımız belə bir sonluqla bitdi…

Hər dəfə Qulu Xəlilov auditoriyaya girəndə bizi təəccübləndirərdi. Təbii ki, biz çox istedadlı alimlər, müəllimlər, ziyalılar görmüşdük. Və biz onu da görmüşdük ki, elə də savadı olmayan müəllim biz tələbələrin başına olmazın müsibətini gətirir. İncidir və «iki» yazmaq üçün bəhanə axtarırdı. Ancaq qıraqdan gələn müəllimlər fakültənin dekanı Şirməmməd Hüseynovdan çəkinirdilər. Yəni Şirməmməd müəllim biləndə ki, kənardan gələn müəlim tələbəyə qarşı qərəzçilik edib, haqqını tapdalayıb, bax, onda aləm bir-birinə qarışardı. Şirməmməd müəllim kafedradan başqa müəllim gətirdərdi, yenidən imtahan götürdərdi. Və həmin imtahandan da bizim tələbə yoldaşlarımız yüksək qiymət alardılar. Şirməmməd Hüseynov da ədazıllıq eləyən, tələbənin haqqını tapdalayan müəllimi fakültədən qovardı.

Qulu müəllim də həmişə savadlı, istedadlı tələbənin yanında olardı. Yadımdadır ki, bir müddət o, filologiya fakültəsində dekan vəzifəsini icra etdi. Bax, onda Qulu Xəlilovun «Ədəbiyyat və incəsənət» qəzetində çox möhtəşəm bir məqaləsi çap edildi: «Dekan dekan olsa…» Qulu müəllim bu yazısıyla tələbənin hüquqlarını qorudu. Və dedi ki, mən müəllimi tələbənin, tələbəni də müəllimin ayağına vermərəm. Hansı ədalətli, haqlıysa, onun tərəfində duraram. Elə-belə də hərəkət elədi.

Professor Qulu Xəlilov kəndə, elə-obaya, Azərbaycanın gözəlliklərinə çox bağlı bir ziyalıydı. O, kənddən, dağdan, meşədən, bulaqdan, çaylardan, göllərdən, yamaclardan… danışanda həmişə gözləri dolardı. Gözləri dolardı və o qədər gözəl danışardı ki, biz onun söhbətini eşidəndə o söhbətin şirinliyində, qanadlarında xatırladığı yerlərdə özümüzü hiss eləyərdik. Və hiss eləyərdik ki, hansısa dağın təmiz havasını uduruq… hansısa meşənin sərinliyini hiss edirik,.. hansısa bulağın diş göynədən suyunu içirik…

Bax, əsl alimlik, əsl ziyalılıq, əsl müəllimlik bu idi. O, özünü sevdirməyi bacardı… o minlərlə tələbəsinin qəlbinin sahillərinə adını yazdırmağı bacardı… o, bizə kişi kimi yaşamağı, mübarizə aparmağı və lazım gələndə ölümdən qorxmamağı öyrətdi. Və buna görə həmişə böyük alim və professor Qulu Xəlilovun ruhuna dualar oxuyuruq.

Yazımızın əvvəlində qeyd elədik ki, Qulu Xəlilov dağ vüqarlı, qaya əzəmətli bir kişiydi. Və o gələndə elə bilirdik ki, dünyanın ən ağayana, ən sanballı, ən cəsarətli kişisi gəlir. O, qayaları sevirdi, o, dağları sevirdi, o, bağları sevirdi… Və dünyasını dəyişəndə də elə sevdiyi o qayaların, o Şağanın qəbiristanlığında dəfn edildi. O məzarı görməmişəm. Amma Qulu Xəlilov mənim kimi minlərlə tələbəsinin ürəyində özünün çox əzəmətli və böyük abidəsini ucaldıb. O abidə ki, onu heç vaxt nə zamanın fırtınası, zəlzələsi, nə də hər hansı bir təbii fəlakəti uçura bilməyəcək. Çünki Qulu Xəlilov kimi böyük ziyalılar, böyük alimlər və cəsarətli kişilər həmişə bu xalqın, bu millətin tarixində yaşayacaq və çoxlarına örnək olacaq. Kişiliyi, cəsarəti, elmi, mədəniyyəti və vətənpərvərliyi Qulu Xəlilov kimi böyük ziyalılardan öyrənmək olar.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK