ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏK İSTİ OLSA...

Faiq QİSMƏTOĞLU

15500    |   2017-12-01 14:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... 1975-ci ilin iyun ayıydı. Biz onda jurnalistika fakültəsinin ikinci kursunda oxuyurduq. Və "Bakı-Baku" axşam qəzetində təcrübə keçirdik. Təbii ki, bu təcrübə bizim ilk təcrübəmiz idi və çox şeyi də bilmirdik. Bir həftədən artıq idi ki, qəzetə gəlib-gedirdik, hələ bir məqaləmiz də çap olunmamışdı. Qəzetin redaktoru, sevimli müəllimimiz Nəsir İmanquliyev "letuçka" keçirəndə əməkdaşlardan soruşdu ki, jurnalistika fakültəsinin tələbələrinin neçə yazısı çap edilib. "Letuçka"da iştirak edən şöbə müdirləri və ədəbi işçilər dedilər ki, hələ heç birinin yazısı hazır deyil. Rəhmətlik Nəsir müəllim bundan çox əsəbləşdi və şöbə müdirlərinə ciddi tapşırıq verdi ki, bugünkü axşam qəzetində onların yazılarını çapa hazırlayırsınız. Nəsir müəllim deyəndən sonra kimin cəsarəti çatardı ki, onun sözünün qabağına söz desin və yazıları hazırlamasın.

"Letuçka"dan çıxıb şöbələrə qayıtdıq. Onda mən və bir neçə tələbə dostum qəzetin "Partiya həyatı" şöbəsində təcrübədəydik. Şöbə müdiri Əlabbas Əliyev ezamiyyətdəydi. Onu qəzetin ədəbi işçisi Mail Cəbrayılov əvəz edirdi. Mail müəllim özünəməxsus bir təbəssümlə mənə dedi ki, bu dəqiqə sənin yazılarına baxacam. O, mənim qələmə aldığım bir neçə yazıya göz gəzdirdi və 10-15 dəqiqə ərzində iki yazımı redaktə edib qəzetin axşam nömrəsinə hazırladı. Həmin yazıların hər ikisi ardıcıl olaraq çap edildi...

Və onda mən Mail Cəbrayılovu yavaş-yavaş tanımağa başladım. Düz 3 ay bu qəzetdə təcrübədə olduq. Və 3 ayda nə az, nə çox 10-15 yazım dərc olunmuşdu. Qonorara da baxdım sevindim. 200 manata yaxın qonorarım vardı. Ha istədim ki, bu qonorarla Mail müəllimə bir qonaqlıq verim, o bundan daha da əsəbləşdi. Dedi ki, tələbə adamsan, alın təriylə pul qazanmısan, get, pullarını özünə xərclə! Bir neçə dəfə də təcrübədə olanda redaksiyanın birinci mərtəbəsindəki yeməkxanada Mail müəllim bizim pulumuzu vermişdi...

Elə o vaxtdan Mail Cəbrayılovla aramızda dostluq münasibəti yarandı. Çöhrəsində həmişə bir nur vardı. Özü də çox cəld və çevik idi. "Bakı-Baku" qəzetinin pilləkənlərini sürətlə qalxıb enərdi və yorulmazdı. Amma mənim o pilləkənlərlə qalxıb enməyimə Mail müəllim məəttəl qalardı və sonra da deyərdi ki, cavanlıq belədir də...

... Onunla daha yaxından "Ədalət" qəzetinə gələndən sonra dostluğumuz başladı. Mail müəllim əvvəllər "Təşviqatçı" jurnalında, "Respublika" və "Azərbaycan" qəzetlərində məsul vəzifələrdə işləmişdi. O heç vaxt cavanların yanında özünü təkəbbürlü aparmazdı. Əksinə, bizə elə bir nümunə olardı ki, ondan öyrənməyə çalışardıq. Bir qədər də yaxınlıq eləyəndən sonra gördüm ki, Mail müəllimin mənim həyat yoldaşımgilnən qohumluğu da varmış.

Baldızım Səkinə xanımı iki dəfə ölümdən qurtarıbmış. Qayınatam da zəhmətkeş və halal adamıydı. Rayonda həkimlər baldızıma kömək edə bilməyiblər və onlar da Mail müəllimi axtarıb tapıblar. Mail müəllim də xəstəxanalardan birinin baş həkiminə zəng eləyib və onlar da baldızıma qarşı çox diqqətli olublar. Mail müəllimin zənginə görə, baldızımdan bir qəpik də pul almayıblar. Qayınatam da Mail müəllimin xəcalətindən çıxmaq üçün ona kənddən qoyun kəsib gətirib və Mail müəllim də bunu götürmür. Deyir ki, tay mənimlə yad adamın nə fərqi oldu?! Apar o payı ehtiyacı olan qohumuna ver! Qayınatam da kəsdiyi qoyunu kəndə qaytarmır. "Gənclik"də yaşayan imkansız qohumuna verir...

Mail Cəbrayılov çox böyük ziyalıydı, çox böyük jurnalistiydi və sözün həqiqi mənasında çox böyük ürək sahibi idi. Onun ürəyinə bütün dünya sığardı. Və həmişə də çalışardı ki, yıxılana arxa dursun, ayağı büdrəyəni yıxılmağa qoymasın, çətin vəziyyətdə olana "qorxma!" desin...

Bir gün də mənə bir dəvətnamə verdi. Onda "Respublika" qəzetində işləyirdi. Dedi ki, səni Alimlə Vaqifin toy məclisinə dəvət edirəm. "Allah mübarək eləsin!" dedim. Və sonra da sözün açığı təəccübləndim. Sən demə, Mail müəllim oğlanları Alimlə Vaqifin toy məclislərini bir yerdə eləyirmiş. Heç yadımdan çıxmaz, həmin toyda da məclisi Mail müəllimin tələbə yoldaşı Rəfael müəllim aparırdı. Rəfael müəllim də elə-belə adam deyildi. O vaxt Mərkəzi Komitədə məsul vəzifədə işləyirdi. Amma o qədər sədaqətli, o qədər yaxşı dost idi ki, Mail müəllim bu təklifini yerə salmamışdı. Toy çox gözəl keçdi. Bütün tanıdığımz jurnalistlər, qələm dostlarımız hamısı orda iştirak edirdi. Və o gün heç yadımdan çıxmaz ki, Mail müəllim elə bil göyün yeddinci qatındaydı. Axı o, iki oğul evləndirirdi və evə də eyni vaxtda iki gəlin gətirirdi...

... Onun qədər nikbin, onun qədər zəhmətkeş hər adam ola bilməzdi. Və onun qədər də isti ürəyi tapılan az adam olardı. Həmişə də çalışardı ki, ürəyinin istisini, sevincini, fərəhini hamı ilə bölüşsün. Həmişə çalışardı ki, kiməsə yaxşılıq eləsin, kiminsə qəlbinə işıq salsın...

O, bizim qəzetdə də uzun müddət külüng çalıb, yazı yazıb və öz imzasını bir daha böyük oxucu kütləsinə tanıtdırıb. O yazılarla Mail müəllim həm də özünə çoxlu dostlar, vəfalı sirdaşlar tapmışdı. Mail müəllimi bir dəfə görən adam heç vaxt ondan əl çəkməzdi. Çünki çöhrəsindəki nuranilik, hərəkətindəki ziyalılıq, oturub-durmağındakı ağayanalıq onunla bir stəkan çay içən adamın həmişə diqqətini çəkirdi.

... Günlərin bir günü Mail Cəbrayılovla bazara getdik. O, 15 kilo ət aldı və buna təəccübləndim. Dedim ki, ay Mail müəllim, yoldaşın, bir də özünsən, bu 15 kilo əti neynirsən? Dedi ki, qulaq as, deyim:

- Bunun 5 kilosu Vaqifgilindi, 5 kilosu qızımgilin, 5 kilosunu da ki, evimizə aparacam. Sonra gülümsəyib əlavə elədim:

- Ay rəhmətliyin oğlu, sən qızını da köçürmüsən, Vaqifi də evləndirmisən, hamısının da işi-gücü var. Tay bundan sonra onlara nə kömək? Özünəməxsus bir təmkinlə dilləndi:

- Allah qoysa, qızını köçür, oğlunu evləndir, görüm evə aldığın bazarlıq sənin boğazından keçir, keçmir?! Bax, onda görəcəksən ki, Mail müəllim nə çəkib?!

Mən də 12 ildir qızımı köçürmüşəm. Və indi-indi hiss edirəm ki, rəhmətlik Mail müəllim hansı əziyyətlərə qatlaşıb. Gərək bir əlin sənin qızının üstündə olsun... gərək bir əlin nəvələrinin yanında olsun... gərək bir əlin o biri evlənmiş oğluna da kömək eləsin... Yoxsa belə olmasa ilan vuran yatar, sən yata bilməzsən və yediyin də boğazından keçməz. Hər dəfə həmin anları xatırlayıb Mail müəllimə qəni-qəni rəhmət olsun deyirəm...

O, bizdə işləyəndə hamımız ona "polkovnik" deyərdik. Elə çoxları da ona "polkovnik" deyirdi. Yəqin siz "Baharın on yeddi anı" rus filminə baxıbsınız. Həmin filmin ssenari müəllifi məşhur rus yazıçı Yulian Siminov idi. Film 41-45-ci il müharibə dövründən bəhs eləyir. Orda bir alman zabiti var: polkovnik Şelenberq. Bax, o polkovnik Şelenberq rəhmətlik Mail müəllimə oxşayırdı. Hərəkətləri, münasibətləri, insanlarla ünsiyyət qurmağı da tamamilə rəhmətlik Mail müəllimə bənzəyirdi. Və onu da deyək ki, Şelenberqlə Şterlis yaxın dost idilər. Sözümün canı odur ki, Mail müəllim insanları ətrafına yığmağı, onlarla duz-çörək kəsməyi, dostluq eləməyi bacarırdı...

Rəhmətlik Mail müəllim, Lətif Süleymanlı, Məhəmmədəli Mustafa, Babək Yusifoğlu və mən bir otaqda əlyəşərdik. O bizdən yaşca böyük olsa da, bizimlə övladı kimi davranırdı. Hətta tez-tez süfrə açar, araqdan, konyakdan gətirər Məhəmmədəli Mustafa və Babək Abıyevlə bala-bala vurardılar. O, bizimlə yoldaşlıq, dostluq eləsə də, səhvimizi də deyərdi və tez-tez bizi danlayardı. Xüsusilə Məhəmmədli Mustafa ilə yoldaşlıq elədiyinə görə, ona xatırladardı ki, adam dəqiq olar. Çünki rəhmətlik Mail müəllim görüş yerinə gələrdi və görərdi ki, Məhəmmədəli hələ gəlib çıxmayıb. Məhəmmədəli də bir saatdan sonra həmin yerə gəlib çatardı. Bax, onda Mail müəllim əsəbləşər və Məhəmmədəlini o ki var sıxıb-sıxışdırardı.

Çox səliqəli, çox dəqiq, çox da intizam sevən adamıydı. Otağa girən kimi hər şeyə fikir verərdi. Bizim ağzımız nəyiydi ki, stolun üstündə, ya da yerdə bir səliqəsizlik yaradaydıq. Bax, onda hövsələdən çıxardı. Biz də bunu bildiyimizə görə, səliqə-səhmana və oturuşumuza-duruşuma diqqət yetirərdik. İstəyərdik ki, yazı yazmağa, hər hansı adamla müsahibə almağa onunla gedək. Çünki Mail Cəbrayılov yüksək səviyyədə qəbul edilən, hörmətlə xatırlanan jurnalist idi. O, bizim qəzetdə şöbə müdiri işləyirdi. Çox vaxt da Lətif Süleymanlı, Məhəmmədəli Mustafa və mən özüm onu qabağa verərdik. Çünki o nuru, o kişini görən adam onu sevgiylə qarşılayırdı. Hətta Aqil Abbas kimi əsəbi bir adam Mail müəllimə görə yanındakılara bir söz deməzdi. Aqil Abbas da yaxşı bilirdi ki, Mail Cəbrayılov necə ağsaqqal, ağayana, təmiz bir ziyalıdır.

Ömrünün son illərində şəkər xəstəliyinə tutulmuşdu. Və həmişə də bizə deyərdi ki, bu xəstəliklə zarafat eləməyin. Mən zarafat elədim, ayağım kəsildi. Amma Lətifə demişəm ki, pəhrizini saxlasın, dərmanını içsin.

Xəstə olanda ən azından ayda bir dəfə ona baş çəkərdik. Sədaqətli xanımını, övladlarını, nəvələrini görüb bir qədər sevinərdik. Çünki hər xanımın işi deyil ki, ağır xəstəliyə düçar olmuş həyat yoldaşına sədaqətlə xidmət eləsin. Mail müəllimin dörd övladı var. O, dörd övladın dördu də çox tərbiyəli, çox savadlı, çox ziyalı uşaqlardı. Böyük oğlu Alim Respublika Prokurorluğunda məsul vəzifədə çalışır. Rövşən bizneslə məşğuldur. Vaqif isə bacardığı işin qulpundan yapışıb. Səhv eləmirəmsə, Mail müəllimin qızı da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Mail Cəbrayılov barəsində həftələrlə, günlərlə danışmaq olar. Və onun haqqında roman da qələmə almaq mümkündür. Çünki bu adam başdan-ayağa yaxşılıqdan, insanlıqdan və işıqdan ibarət idi. Və bu adam inanmıram ki, kiminsə qəlbinə toxunardı. Hətta toxunsaydı belə, özünəməxsus təbəssümlə onun ürəyini ələ alardı və bir dəqiqənin içərisində hər şey yaddan çıxardı...

Mail müəllim dünyasını dəyişəndən sonra onu Şabran rayonunda dəfn elədilər. Biz də yasdan qayıdanda çox hüznlüydük. Çünki uzun müddət dostluq elədiyimiz, ağsaqqal bildiyimiz böyük bir jurnalisti, böyük bir ziyalını itimişdik. Onda mən Alimi də, Vaqifi də, Rövşəni də bağrıma sıxdım və dedim ki, sizin kimi övladı olan ata heç vaxt ölməyib. Ən azından ona görə ki, sizin hər birinizdə atanızın bir nişanəsi var. Məhəmmədəli Mustafa yasda ağlaya bilməmişdi. Elə dolub qalmışdı. Bulud necə dolub qalırsa, o da o vəziyyətdəydi. Maşına əyləşdik, bir qədər aralandıq. Onda Məhəmmədəlinin hönkürtüsünü eşitdik. O qədər hönkürdü ki, axırda sakitləşdi. Dedi ki, o, mənim ən yaxın dostumuydu. Bayaqdan ağlaya bilmirdim ürəyim partlayırdı. İndi ağladım ürəyim sakitləşdi...

Mail müəllim kimi insanlar həmişə yaşayırlar, həmişə xatırlanırlar. Və mən də bir neçə gün əvvəl onu yuxumda görmüşdüm. İki-üç gün özümə gələ bilmədim. Ruhuna salavat çevirdim, Yasin oxudum. Sonra da düşündüm ki, onun ruhunun şad olması üçün elə bu yazını qələmə alım. Çünki Mail Cəbrayılov nəinki bizim, çoxlarının qəlbində, ürəyində özünə əbədi iz qoyub. O, hər kişinin eləyə bilmədiyi kişilikləri eləyib. Mail Cəbrayılov elə bir kişi ömrü yaşayıb ki, bu ömürlə onun övladları, nəvələri həmişə qürur duyacaq. Elə biz də qürur duyuruq ki, elə bir kişiylə bir yerdə işləmişik, duz-çörək kəsmişik, dostluq eləmişik...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK