Adalet.az | SƏHİYYƏMİZİN ŞLAQBAUMU Adalet.az | SƏHİYYƏMİZİN ŞLAQBAUMU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏHİYYƏMİZİN ŞLAQBAUMU

Nicat Novruzoğlu

16212    |   2017-09-06 19:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlkə də kimsə fikirləşər ki, niyə məhz şlaqbaum (dəmir yolunu kəsib keçən şose yolunu qatar gələndə, yaxud adi yollarda hər hansı bir səbəbə görə onları açıb-bağlamaq üçün endirilib qaldırılan tir)? Qapı olsa olmazdımı? Olmazdı. Çünki səhiyyənin qapısı tamam başqadır və qismət olarsa o qapının da arxasında nələr baş verdiyini qələmə alarıq.

Haqqında söhbət açdığımız bu şlaqbaum isə hələ səhiyyə ocaqlarımızın içinə yox, həyətinə daxil olarkən üzümüzə açılır. Demək olar ki, dövlətin nəzarətində olan səhiyyə ocaqlarının əksəriyyətinin qapısında şlaqbaum var. Və hətta elə səhiyyə ocağımız var ki, orda iki şlaqbaum var. Məsələn, akademik M.Ə.Mirqasımov adına respublika klinik xəstəxanası. Bura üz tutan canıyla əlləşənləri həyət qapısında bir, həyətin içərisinin içərisində isə ikinci şlaqbaum qarşılayır. Bu şlaqbaumların bir-birindən fərqi odur ki, ikincidə xəstəxananın həyətinə daha çox girmək imkanı əldə edirsən. Xəsətəxana korpusunun tam qapısınadək getmək olur. Sözsüz ki, hər şlaqbauma görə də istək müxtəlifdi. İki şlaqbaumu keçən avtomobil geri qayıdarkən ən azı 1 manatından keçməlidir. Bu vacibdə olmasa hər halda üzümüz üzdən utandığından ikinci şlaqbaumun yükünü dartırıq.

Burada qapıçıya fəndlər işlətməkdə, hətta ona Hippokrat andını xatırlatmaqda yersizdi. Axı Hippokratın andında xəstəxana qapısını icarəyə verənlərə yer ayrılmayıb.

Bizə çox cüzi görünən və hətta heç müzakirə eləmədiyimiz bu mədəni və formalı "dilənçilər"in ümumi qazancları həm də ona görə müzakirəyə səbəb olmur ki, qəpik-qəpik və ya manat-manat yığılır. Biz ancaq böyük məbləğlərlə söhbəti sevirik axı. Qəpik-qəpik yığana həmişə dilənçi demişik. Topa yığana dilənçi demək olar? Adamı topa qoyub atarlar.


Bir də ona görə müzakirə olunmur ki, hamı bir ağızdan deyir "o qapıda duran günə 10-15 manat düşür". Yəni qapıçıya ilişmə.

Yaxşı ilişməyək. Heç fikirimizdə yoxdu. Qoy qapıçı xidmətində dayansın.

Ə.F.Qarayev adına 2 saylı uşaq klinik xəstəxanası, C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya institutu, 5 saylı şəhər klinik xəstəxanası, Azərbaycan tibb universitetinin tədris cərrahiyyə klinikası, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və digər şəkilini çəkmədiyimiz, ölümsüzləşdirmədiyimiz xəstəxanalarımızın qapısında səhnə acınacaqlıdır.

Təsəvvür edin ki, ölkəmizə gəzməyə gəlmiş bir əcnəbinin halı pisləşir və gedib çıxır xəstəxanalarımızın birinə, məsələn, elə respublika klinik xəstəxanasına. Dövlətimizin səhiyyə sahəsinin inkişafına, maddi texniki bazasının möhkəmlənməsinə çəkdiyi əziyyəti, əldə etdiyi nailiyyəti bir bazar adamı, bir dələduz xəstəxana qapılarımızda qurduğu utanc gətirəcək bir dilənçilik sistemi ilə, daha açıq desəm, 1 manatlıq tamahı ilə vurur yerə. Mən bilirəm və həm də əminəm ki, bu qapı dilənçiliyinin arxasında heç bir həkim dayanmaz. Çünki xəstəxana rəhbərlərimizin hamısı elm adamlarıdı. Elm adamıda insan həyatına şəfa veriləcək bir yerə bu cür ləkə salmaz. Bu təsadüfən bu sistemə düşmüş bir yaramazın yaramazlığıdır. Və o yaramaz bu virusu yaya-yaya gedir.

Ölkəmizə qonaq gəlmiş o əcnəbinin özü yox, övladı bir azca soyuqlasa və o bizim bu Ə.F.Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasına üz tutsa burda vəziyyət daha mürəkkəbdi. Qapının üstünə asılmış lövhəyə yazılıb - kənar maşınların girişi qadağandır. Bizim bu 1 manatımız ki, var haa bunda olan güc kənar maşınlardan ötəri o qapıları elə taybatay açdırır ki. Kənarı 1 manata özümüzünküləşdirəndən nə gözləyəsən?

İnsan bir restorandan və ya hansısa istirahət mərkəzindən çıxanda qapıda qarşısın kəsib pul istəyərlər. Niyə? Çünki kefdən gəlir. Day canını həyatda saxlamaq üçün bir qapıya üz tutandan pul unmaq nə indiki dövrə, nə də zəmanəmizə yaraşan iş deyil. Ümumiyyətlə dövründən və zəmanəsindən asılı olmayaraq birmənalı şəkildə OLMAZ.

İnkişaf etmiş ölkələrdə belə hal görmüsünüzmü? Mümkün deyil. Hansı ölkədə evində zəhərlənən adamı xəstəxanya çatdırandan xəstəxananı tərk edəndə həyət pulu alarlar?

Biz neynəsək də bu, bir qaçılmaz həqiqətdir ki, xəstəxanaya hər birimiz üz tuturuq. Və həm özümüz üçün həm də əzizlərimiz üçün xərcləyə biləcəyimiz nə varsa onuda xərcləyirik. Bu 1 manat o xərclədiklərimizin fonunda heç nədir. Amma bir misal var, deyərlər ki, milçək bir şey deyil, amma könül bulandırar. İndi belə dilənçiliklə könül bulandırmayın. Ən əsas da qapı dilənçiliyilə.






İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK