ANA SƏHİFƏ / YAZARLAR

MÜBARƏK ÖLÜM

Faiq QİSMƏTOĞLU

17859    |   2017-08-18 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Kimə desən ki, «ölümün mübarək!», o sənin abrını ətəyinə bükər və dişinin dibindən çıxanları üstünə yağdırar. Tək-tük adam bəlkə bu sözü eşidəndə onu sakit qarşılayar və düşünər ki, onsuz da gec-tez hamı bu yolu keçməlidir. Necə olur ki, birinə deyirik: «ad günün mübarək!» xoşu gəlir, birinə deyirik «toyun mübarək!», onun da xoşu gəlir, birinə də deyirik ki, «evin mübarək!» bu da ona ləzzət eləyir. Bəs onda nə üçün «ölümün mübarək!» kəlməsinə çoxumuz dodaq büzür və hətta bu sözü kimsə bizə deyirsə, onu qınayarıq?!

… İnsan heç vaxt ölmür. Təəssüf ki, bunu hamımız anlaya və başa düşə bilmirik. Biz onu da başa düşə bilmirik ki, ümumiyyətlə, dünyada heç bir şey itmir. Yəni insan da bu dünyada yaşayır və sonra da Allahın dərgahına qovuşur. Fizikada belə bir qanun var: «Enerjinin itməməsi». Bu qanuna əsasən heç nə itmir və heç nə məhv olmur. Hər hansı bir şey bir formadan başqa bir formaya çevrilir. Və biz də Allahın dərgahına qovuşanda sadəcə olaraq bu fani dünyadan əbədi dünyaya köç edirik...

Bəlkə də bu yazımı oxuyanlar elə fikirləşərlər ki, mən din adamıyam. Düzdür, mən din adamı deyiləm, ancaq Allahın göndərdiyi 4 müqəddəs kitabdan : «Tövrat»dan, «İncil»dən, «Zəbur»dan və «Qurani-Kərim»dən az-çox xəbərim var. Az-çox ona görə deyirəm ki, bu gün başı çıxdı-çıxmadı, çoxları dindən, ilahiyyətdən və bilmədiyi mövzulardan söhbət açırlar. Ağızlarına gələnləri danışırlar, amma onların danışıqlarının içində bir kəlmə də işıqlı və nurlu söz yoxdu…

Bizim ən böyük bəlamız ondan ibarətdir ki, dini təbliğ edənlərin çoxu savadsız, cahil, nadan insanlardır. Mən dəfələrlə bir şeyin şahidi olmuşam ki, yas məclisini aparan bir çox mollanı görəndə onun danışığını eşidib ayağımın altından az qala yel qaçıb. Çünki o mollanın yağlı plov yeməkdən savayı heç nədən xəbəri olmayıb. Yas məclislərində o qədər plov, yağlı ət yeyib ki, boynu piy bağlayıb. Boynuna baxırsan, sifətinə diqqət yetirirsən, görürsən ki, bu mollanın insanlıqdan xəbəri belə yoxdur. Allahı sevən və dini təbliğ edən adam heç vaxt deməz ki, yas məclisini 200-300 manat aparıram. Allahı sevən və Allahı tanıyan adam deməz ki, mənə filan qədər pul verməlisən… Əgər vermirsənsə, gəlib məclisini aparmayacam…

Bax, bizim bəlamız da elə burdadı. Qəbirsitanlığa gedirsən, görürsən ki, adını, soyadını ərəbcə düzgün oxumayan adam «Yasin» surəsi oxuyur. Yaxud da dələduz bir molla deyir ki, 50 manat ver, gəlim evində atana bir «Quran» oxuyum. Başa düşmək olmur, «Quran»a kim qiymət qoyub? Allahdan qorxan və Allahı sevən din xadimi «Yasin» və «Quran» oxumaq üçün kimdənsə bir ətək pul istəməz…

İndi qayıdaq ölümdən sonrakı həyata. Bu barədə hər dörd müqəddəs kitabda xüsusi ayələr var. Və hər dörd müqəddəs kitabda insanlara bildirilir ki, bu dünya fani dünyadır. Əsas odur ki, əbədi dünya üçün özünə bir gün ağlayasan. Yəni yaxşı işlər görüb savab qazanasan. Bu yaxşı işləri görüb savab qazanmaq isə hər adama qismət olan deyil...

Böyük şair Məmməd Araz deyir: «Dünya sənin, dünya mənim, dünya heç kimin». Bax, budur bu dünyanın faniliyi. Yəni nə qədər əlləşsən də, vuruşsan da, varın-dövlətin başından aşsa da günlərin bir günündə mütləq rəhmətə gedəcəksən. Bəs səndən bu dünyada nə qalacaq?! Çünki o var-dövlətdən, o qızıl-gümüşdən, o pullardan o biri dünyaya heç nə aparmaq mümkün olmayacaq. Bu dünyada səni nə o var-dövlət yaşadacaq, nə oğul-uşaq, nə də qiyməti milyonlara dəyən bahalı villalar. Səni olsa-olsa yaşadan yaxşı və xeyirxah əməllərin olacaq. Və yaxşı və xeyirxah əməllərin varsa, dünyada izin qalacaq. Sən olmayanda deyəcəklər ki, bax, o adam Allahı sevən, Allahdan qorxan və insanlara əl tutan adamıydı. Əgər iz qomamısansa, mərdimazarlıq eləmisənsə, kimlərinsə evini yıxmısansa, çörəyini əlindən almısansa, balalarını yetim qoymusansa və haqqını yemisənsə bax, onda sənin günahların çox ağır olacaq!

Adam var ki, hər an, hər dəqiqə ölümünü çox böyük sevgiylə gözləyir. Çünki o insanların qəlbində böyük Allah sevgisi var və o insanlar əməli salehdilər. Adam da var ki, ölümü haqqında düşünəndə az qala qorxusundan ürəyi partlaya. Başqa cür da ola bilməz. Çünki bu cür adamlar yaşadığı müddətdə ancaq şeytana xidmət ediblər: ev yıxıblar, baş kəsiblər, kiminsə çörəyini əlindən alıblar və hətta namuslu, qeyrətli adamlara şər-böhtan deyiblər. Bax, belələri hər dəqiqə, hər an ölümdən it kimi qorxurlar. Bax, belələri heç qorxularından ölümü də yada salmaq istəmirlər… bax, belələri ölüm yada düşməməklə yanaşı atasını, anasını da unudurlar… çünki bax belələri ömrü boyu var-dövlət, pul haqqında düşünüblər və onu da qazanıblar. Ölüm anı gələndə isə hiss edirlər ki, onlara nə var-dövlət kömək edir, nə də bu dünyada qoyduqlar qiyməti milyonlara dəyən mənzilləri…

… Heç belələri qəbiristanlığa da getməyə qorxurlar. Qorxurlar ki, qəbiristanlığa gedərlər ölümləri yadlarına düşər… qorxurlar ki, qəbiristanlıqda ürəkləri yumuşalar, Allahdan qorxarlar və yanına gələn imkansız adamdan az pul alarlar… qorxurlar ki, birdən qəbiristanlığın xofu onları basar və bu qorxudan da ürəkləri partlayar…

Allah sevgisi, Allah məhəbbəti, Allah qorxusu olanda insan daha işıqlı və daha nurlu ömür sürür. Və insanın yaşa dolduqca onun əməlləri zaman-zaman sifətinə, çöhrəsinə çıxır. Yaxşı insanların sifətində, çöhrəsində nur görünür, zalım və zülmkarların isə sifətində şeytan hiss olunur. Axı şeytanla şeytanabənzər insanlar bir-birlərini çox yaxşı başa düşürlər…

Biri deyir ki, ölüm gözlə-qaş arasındadır. Biri də deyir ki, yox, ölüm ondan da insana yaxındır. Çünki ölüm elə bir andır ki, vaxt tamam olanda, məqam yetişəndə Allahın mələyi olan Əzrayıl gəlib yapışır sənin sinəndən. Nə illah eləyərsən , yalvararsan faydası olmaz! Çünki Allah-Təaladan yazılan əmr onun bildiyi anda da bitməlidir. Əməli-saleh insanlar dünyasını çox rahatlıqla, çox asanlıqla dəyişirlər. Zülmkar, əzab verən adamlarsa bu anları ağır və məşəqqətli keçirirlər. Dəfələrlə mən belə məqamların şahidi olmuşam. Görmüşəm ki, çox bir ədazıl, zülmkar insan həftələrlə, aylarla ağrıdan uluya-uluya qalıb. Canavar necə uluyubsa, o da elə ulayıb. Amma əməli-saleh insan bir saniyənin, bir dəqiqənin içində Allahın dərgahına qovuşub…

O adam xoşbəxtdir ki, hər an, hər dəqiqə ölümünü yada salır, xatırlayır. Daha doğrusu, mübarək ölümü gözləyir. Kim mübarək ölümü gözləyirsə, o ölüm də gəlib onu asanlıqla tapacaq. Kim də bu mübarək ölümdən qaçırsa, canını qurtarmaq istəyirsə, faydası yoxdur. Allah-Təalanın göndərdiyi mələk gəlib onun harda olsa canını alacaq. Mübarək ölümdən qorxmaq olmaz! Ona deyilməlidir: «Xoş gəlmisən mübarək ölüm!»…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-23
2018-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK