ANA SƏHİFƏ / AVTOMOBİL

Maserati yeni GranTurismo təqdim edəcək

58241    |   2017-08-06 22:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maserati şirkəti 2020-ci ildə gələcək nəsil kupe GranTurismo istehsal edəcək. Bu barədə Car nəşriyyatı öz mənbəyinə istinadla xəbər yayıb.

Adalet.az auto.az-a istinadən bildirir ki, Maserati GranTurismo tamamilə yeni alüminium platformada yığılacaq. Bunun sayəsində avtomobilin konstruksiyası sələfinə nisbətən daha yüngül və sərt olacaq. Maserati gələcək modellərinin əsasını yeni şassi, yanacaqla işləyən mühərrik, o cümlədən hibrid və elektrik güc qurğuları təşkil edəcək.

İlkin məlumata əsasən, mühərriklər sırasına yüklənmiş aqreqatlar daxildir. Əvvəlki 6-pilləli avtomat sürət qutusunu indi ZF şirkətinin 8-pilləli sürət qutusu əvəz edəcək.

Xarici görünüşə gəldikdə isə, gələcək nəsil GranTurismo-nun dizaynında həm klassik cizgilərdən, həm də konsept-kar Alfieri-nin cizgilərindən istifadə ediləcək. Güman edilir ki, prototip kupe artıq gələn il debüt edəcək.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK