ANA SƏHİFƏ / YAZARLAR

SÖZ HEYKƏLİ

Əbülfət MƏDƏTOĞLU

8888    |   2017-07-28 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu, hər qələm sahibinə nəsib olmur

Hər bir söz, hər bir fikir elə-belə yaranmır, elə belə, necə deyərlər, Allah ümidinə doğulmur. Səbəblər və bir də insanın içindəki söz yaratmaq, fikir dünyaya gətirmək istəyi, istedadı həmin məramın çin olmasına yol açır. Və beləcə hər gün dünyaya saysız-hesabsız söz gəlir, fikir gəlir. Təbii ki, onların hamısı müəyyən bir zaman kəsiyi, məsafə keçə bilir, yaşaya bilir. Yəni sözün, fikrin ömrü olur. Bu ömrü haqq etmək, əbədiyaşarlıq qazanmaq hər sözə, hər fikrə qismət olmur. Doğrudur, "deyilən söz yadigardı" söyləyiblər. Amma yadigarların hamısı minilliklərə imza atmır. Təbii fəlakətə də tuş gələni olur, insan nadanlığına da. Bax, ona görə mən hərdən qələm dostlarıma söz ömrü arzu edəndə məhz o yadigar sözlərin ömrünü nəzərdə tuturam. Elə indi barəsində söz deyəcəyim SÖZün və MİSRAnın özünü də həmin sırada görürəm. Və öncədən xatırladıram ki, bu, bir oxucu olaraq mənim gəldiyim nəticə, mənim qəbul etdiyim reallıqdı. Ola bilsin ki, əbədi tənqidçilərimiz və yaxud da duyğusal oxucularımız mənimlə razılaşmasınlar, burda qüsurlu heç nə görmürəm. Axı, burda söhbət SÖZdən, MİSRAlardan və FİKİRlərdən gedir.


Aman Allah,

İllər keçir, yaddaş itir,

Torpaq itir.

Yaddaşımı bitirməyə

Təpər yetir.

Torpağımı qaytarmağa

Ümid yetir,

İgid yetir.

Əsir-əsir, yesir-yesir

Gedənimi qaytarmağa

əsirgəmə yollar

yetir.

Aman Allah, içimizdə

bu torpağı sevməyə

bir çiçək təpəri,

çiçək sevdası

bitir.


Bu şeiri bütünlüklə bir neçə dəfə oxumuşam. Və hər dəfə oxuduqca da mənə elə gəlib ki, təkcə gözlərimlə oxumuram bu sözləri, bu misraları. Mənə elə gəlir ki, bu sözlər, bu misralar Allaha ünvanlanmış duadı və mən o duanı eşidirəm. O dua mənim qulaqlarımda səslənir. Hətta mən Tanrıya açılmış əlləri də görürəm. Pıçıldayan dodaqlardakı kövrəkliyi də, həzinliyi də... Bunun içindəki işığı da, hərarəti də duyuram. Çünki gördüyüm, eşitdiyim həmin sözlər, misralar dipdiridi, ürək kimi döyünür. Bunu görməmək, duymamaq mümkün deyil. Üstəlik, bu hamıdan çox, bəlkə elə müəllifin özündən də çox mənim bir yurdsuz-yuvasız qaçqın kimi hər gün etdiyim duanın eynidi... hər gün Allahdan əl açıb istədiyim, hətta yalvara-yalvara ONDAN umduğum bir diləkdi. Bax, bu yerdə sözün, misranın, fikrin duaya çevrilməsi birmənalıdı. Deməli, bu söz, bu fikir, bu misra bir dua ömrü qazandı! Əgər biz arzularımıza qovuşana qədər yaşayacağımız zamanı dəqiq bilsək, deməli, həmin o dua ömrü qazanan SÖZün, MİSRAnın ikinci ömrü ondan sonra başlayacaq. Axı, bu millətin, bu məmləkətin Araz dərdi, Dərbənd dərdi, Göyçə dərdi sağalmayıb... Borçalı dərdi unudulmayıb!..

Qayıdıram sözə, qayıdıram misraya. Çünki əvvəldə dediyim dua ömürlü söz özü çəkib gətirir məni sözün yanına. Siz də diqqət yetirin, görün müəllif nə deyir.


Söz Tanrıdan gələn bir sirr,

Deyilməyən sözün əsir.

Səs haqq yolu, son görünmür,

Bu səs məni öldürəcək.


Səsdən yol toxuyaq, gedək,

Qəm evini yıxaq, gedək.

Sözdən çiçək göyərtməsək,

Bu səs məni öldürəcək.


Ayrılıq var, haqdan deyil,

Sınan tale bəxtdən deyil,

Mən ölməzdim vaxtı deyil,

Bu səs məni öldürəcək.


Elə buradaca xatırladım ki, bir hissəsini diqqətinizə çatdırdığım şeir xalq artisti İlhamə Quliyevanın şərəfinə yazılıb. Onun səsinə qoyulmuş heykəldi bu sözlər. SÖZ HEYKƏLİ! Bunu da bir oxucu cəsarətiylə deyirəm. Çünki sözün Tanrıdan gəldiyi bəllidi. Amma səsdən yol toxumaq, sözdən çiçək göyərtmək heç də adi, necə deyərlər, elə-belə qalaq-qalaq olmuş, unudulmuş söz, fikir deyil. Bu, ürəkdə doğulan, vəhlə gələn, bu canda-qanda çiçək açan sözdü, fikirdi, misradı. Və çox qəribədi ki, bu sözləri qışqırmadan, reklam etmədən, eləcə heyranı olduğu səsin işığında yazır. Və o səsin işığı da bu sözləri, bu misraları həmin səsin özünə abidə kimi ucaldır. Və...

Bir oxucu olaraq sözdən çiçək göyərdən müəllifin dünyasında daha tər, daha maraqlı, necə deyərlər, üstünün şehi qurumamış digər günlərə tərəf üz tuturam. Bu rəngarəngliyin içərisində bir anlıq susuram.


Mən laylay eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşın möcüzə, Vallah,

Görsən inanmazsan - çəhrayı rəngdə!


Adətən insanlar ağ rəngi tərənnüm edir. Bəyaza daha çox üz tutur. Amma elə yer, elə məqam gəlir ki, özündən asılı olmadan o birrənglik gözü yorur, səni özündən uzaqlaşdırır. Və sən yorulan gözünü, səni özündən uzaqlaşdıranı bir anlıq yaddaşından, baxışının önündən uzaqlaşdırmaq, silmək istəyirsən. Bax, onda çəhrayı rəng və ümumiyyətlə, rəngarənglik necə deyərlər, yerinə düşür. Çünki o çəhrayı rəngdə cəlb etməklə yanaşı, həm də insanın içində düşünmək, özünü bir az rəngarəng məkanda hiss etmək, hətta mən deyərdim ki, özünü rənglər aləmində görmək istəyi yaradır. Axı çəhrayı rəng (əgər gözünüzün qarşısına gətirsəniz - Ə.M) bütövlükdə tam bir rəngi ifadə etmir. Onun qarışıq damarı bu həyatın, bu dünyanın özünə tutulan bir güzgüdü. Orda qırmızı da var, yaşıl da var. Deməli, burda bir məntiq də ortaya gəlir - yaşıl rəngin həyat eşqi, qırmızı rəngin ürəkdəki əksi, yəni damarlara qovulması... və bir də təbii ki, həmin o SÖZ, FİKİR, MİSRA!

İnsan, xüsusilə valideyn missiyasını yaşayan, onu həyatının ayrılmaz hissəsinə çevirən Allah bəndəsi hər şeyin yaxşısını övladı üçün tapmağı, qurmağı arzulayır. Bunun üçün bütün çətinliklərə sinə gərir. Xüsusilə ANA hər zaman bir əli, bir gözü övladının üstündə olmaqla yaşadığı ömrü də özü üçün sərf etmir. Soyuqda da, istidə də, yağışda da, günəşdə də, bağda da, dərədə də, kənddə də, şəhərdə də. Deməli, təbiətin butün məqamlarında, bütün güşələrində, yəni bütünlüklə hər yerdə, hər durumda ANA övladını bir anlıq da olsun unutmur və xüsusilə qurduğu nağıllar, ürəyindən keçən arzular övlada şamil edilir. İndi oxuyacağımız şeir də Dədə Qorqud boylarından gələn bir dilək kimi səslənir.


Dili şirin nağılım, noğulum,

Oğuz soylu xan oğlum.

İçimdəki pöhrə-pöhrə, arzum- muradım,

Sənsən mənim öyünəsi güvənc yerim,

Qala baxdım,

Bu gün şıltağım, dəcəlim

Sabahkı səngərim, qalam, Şamxal balam.

Adının mənasını boyundan yuxarı tutmağı öyrən,

Əqidəsindən bir misra enməyən Nəsimi kimi,

Dilinin, torpağının şahı Xətai kimi,

Dərbənddən Zəncana sərhəd dedi

O, dayandı ərən kimi, ər kimi,

Həyat tarix, hünər də mülk, söz də mülk.

Əbədidir, qalandır.

Azadlığı zərrə-zərrə, qram-qram istəmədi

Ulu Türk.

Oğul getsə, ana getsə, ata getsə Vətən dedi, qalandır.

Sən Tanrının Vətənə "yanvar" payı

Gedənlərə əvəz, elə gərəksən, oğlum.

Sən azadlıq aşiqlərinin Xələfi, gələcəyisən,

qurbanın olum.

Sən düşmən çəpərim, Vətən sərhəddim

Əlincə qalası - Vətən balası, Şamxal balam.


Zənnimcə, bu, övladın təkcə boyunu sevmək, onu oxşamaq deyil. Bu həm də oğulun çiyinlərinə hələ kiçik yaşlarından vətəndaşlıq missiyasını qoymaqdı. Ona kimliyini, hardan gəlib hara gedəcəyini, hansı yolu tutacağını əzizləyə-əzizləyə, sevə-sevə bir layla kimi pıçıldamaqdı. Və yanvarda doğulduğunu vurğulamaqla həm də onu xalqını, məmləkətini, millətini faciəsinə biganə qalmamağa, tarixi gerçəklikləri acı da olsa bilməyə səsləməkdi. Çünki bu xalqın hər gün səbirsizliklə gözlədiyi bir müjdə var. O müjdəni məhz bu cür oğullar gətirməlidi, bu cür oğullar xalqına yetirməlidi. Elə ona görə də müəllif yazır ki:


Vətən deyib yola varan,

Zülümdə də haqq axtaran,

Şuşaya ilk bayraq asan,

Könlümə qardaş düşübdü.


Kaş ki, bu təkcə könlümüzə düşən, fikrimizdən keçən arzu, dilək deyil, həm də bir gerçəklik, bir reallıq olaydı. Doğrudur, hər arzu, hər dilək insan ürəyinin tələbidi, onun qovuşmaq istədiyi məqamdı. Bu mənada şeirdəki Şuşaya bayraq sancmaq arzusu isə tək bir ürəyin qovuşmaq istədiyi sevinc deyil. Bu əslində bütün millətin içindən gəlib keçən, amma bir ürəkdə söz, fikir, misra kimi doğulan arzudu. Bunu da müəllif o qədər səmimi və rahat bir şəkildə oxucuya pıçıldayır ki, ona qoşulmamaq əslində ən böyük günahlardan biri olar.

Mən sözlər, misralar arasında dolaşarkən gördüm ki:

Gülüşümə hicran kilid,

Xatirələr bölük-bölük.

Gəl dünyamı özün kirit,

Sənsiz keçən hər günümdə.


Zənnimcə, şeirin bu fikir yükünü də bütün oxucular, yəqin ki, rahatlıqla qəbul etdilər. Axı, hər birimizin özəl dünyası isti ələ, isti nəfəsə ehtiyac duyur. Ona görə də həmin o ehtiyacımız olan insanın yanımıza gəlməsi, yanımızda olması bizi təkcə təklikdən xilas etmir. O həm də Vətənin əsgəri kimi dünyamızı rahat, ağrı-acısız, təhlükəsiz olmasında sözünü deyir, nəfəsimizə nəfəsini qatır. Və bu yerdə diqqətimi çəkən sarı çiçək həmin o çəhrayı rəngin qarşısında öz məna yükünü, öz alt qatını gizlədə bilmir. Axı şair özü pıçıldayır bizə:


Sevda yolçusuyuq yolu bitməyən,

Sevinsin mələklər göydən gətirən.

İçimdə göyərən, içimdə bitən,

Solan sevdaların sarı çiçəyi.


Bilmirəm, təsadüfdən oldu, yoxsa elə diqqətimi çəkən son şeirlər hardasa səs-səsə verdi, hardasa bir-birini sanki tamamladı. Çünki həsrətin bitməsi üçün o həsrətə səbəbkar olan sənin dünyana gəlməlidi. Sənin dünyanın qapısı da yalnız onun addım səsinə, onun sevgisinə açıqdı. Doğrudu, bəzən sarı rəngi ayrılıq təmsilçisi kimi təqdim edirlər. Amma unutmaq lazım deyil ki, bütün çiçəklərin bir missiyası var. O da ətrini bağışlamaqdı, təqdim etməkdi. Onu qəbul edənin içi, dünyası, düşüncəsi hansı səviyyədədirsə, o rəngi, o ətri də həmin düşüncənin səviyyəsində qəbul edir. Bax, bu yerdə sarı çiçəyin içimizdə göyərən həsrətimizin, sevgimizin rəngi ilə harmoniyası danılmazdır.

Bəli, SÖZün, MİSRAnın, FİKİRin əlindən tutub gəzdiyim bu çəhrayı dünyada bir anlıq dayanıb öz-özümə dedim:

- Mənə bu anları yaşadan, bu çəhrayı dünyada özümlə həmsöhbət olmağa imkan verən müəllifə, yəni Sona xanım Vəliyevaya mütləq oxucu təşəkkürünü yetirməliyəm. Elə həmin təşəkkürlə də çəhrayı rəngli dünyamda qalıram.





İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK