Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | XƏYAL QURMAQDANSA... Adalet.az | XƏYAL QURMAQDANSA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XƏYAL QURMAQDANSA...

20969    |   2013-03-08 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəb illərində bu bayramı sevərdim. Martın 8-i yaxınlaşdıqca qəlbim izaholunmaz xoş duyğularla dolardı. Əslində, kənd yerində bu bayram dəbdə deyildi. Kimsə anasını, bacısını, arvadını, qızını hədiyyə-gül nədi, heç quruca sözlə də təbrik etməzdi. Məni də həmçinin. Qadınlar bayramında sinif oğlanlarından bəziləri açıqca, ya da kitab verərdilər qızlara...

Bayramı gözləməyimin səbəbi təbriklər, hədiyyələr deyil, 8 Martdan 3-4 gün əvvəldən başlanan televiziya verilişləri, qəzet-jurnallarda gedən yazılar idi. O zaman deyilənlərə, yazılanlara inanardım. İnandığıma görə də təsirlənər, xəyallara dalardım. Haqqında oxuduğum, ekranda gördüyüm qadınlarla müqayisədə kəndimizdəki qadınların həyatı o qədər bəsit, cansıxıcı görünərdi ki, qüssədən boğulardım. Səhər-axşam ər qulluğunda dur, ilin bu başında da, o başında da uşaq doğ, inək-camış sağ, toyuq-cücə saxla, saca-təndirə çörək bişir, arxlardan, çaydan su daşı, bağ-bostan becər, xalça-palaz toxu... Hələ saya bilmədiyim nə qədər yorucu, bezici işlər... Əvəzində nə qədir-qiymətin olsun, nə də qulağın bir qılıqlı söz eşitsin. (Bəlkə eşidirmişlər, mən bilməmişəm). Onlardan ötrü sabahın açılmasıynan günün batması arasındakı zaman məsafəsi o qədər az sürürdü ki, qocalıb-qarımaqlarından belə xəbərləri olmurdu. Başqa cür yaşamağı təsəvvür də eləmirdilər, yəqin... Dünya da elə axmazla iri su arxı arasında yerləşən kəndimiz boydaydı gözlərində... Rəhmətlik Vahid Əlifoğlunun vaxtilə dəftərçəmə yazdığım bir bənd şeiri yadıma düşür. Şeir başqa ovqatda olsa da, mənə həmin illəri xatırladır...

Mətbəxdə, yataqda xoş keçən ömrün,

Guya ki, ləzzəti, tamı belədi.

Təsəllisi birdi boş keçən ömrün-

Adam elə bilir hamı belədi...

Mənə görə, onların ömrü boş keçirdi. Yaxşı ki, özlərinin bundan xəbəri yoxdu. Hamının beləcə ömür sürdüyünə inanırdılar...

***

Amma mən... belə yaşamayacaqdım! Ekrandakı, qəzet-jurnallardakı, kitablardakı qadınlar kimi olacaqdım. Fərqli, dolğun, mənalı-məzmunlu bir ömrüm olacaqdı. Başqa cür mümkün də deyildi. Dərslərimi "əla" oxuyuram, nümunəvi şagirdəm. Orta məktəbi bitirəndən sonra da o biri qızlar kimi evdə oturub elçi gözləməyəcəm. İnstituta daxil olacaq, orada da özümü nümunəvi tələbə kimi göstərəcəm. Hər şey öz əlimdə deyil?! Hələ bir görsünlər, işləyəndə nələr edəcəm?! Hamı məni barmaqnan göstərəcək. Qiymətləndirəcəklər, yuxarı başa çəkəcəklər. Niyə də olmasın?.. Axı, birinci sinfə gedəndən yorulmaq bilmədən oxumuşam, yuxusuz gecələr keçirmişəm, çox zaman kitab əlimdə yuxulamışam. Nəm divarlı, kif qoxulu kitabxanalarda saatlar keçirmişəm...

(Fərqli, mənalı-məzmunlu, dolğun saydığımız ömrün nə bəsit bir düsturu varmış!..)

...Ağlım kəsmirmiş... (Görəsən, indi kəsir?! Sanmıram...) Yaşasam, 20-30 il bundan sonra indiki düşüncələrimə görə qınamayacağam ki özümü?!.. "Nə avam olmuşam" deyib təəssüflənəcəm, yəqin...

Barmaqla göstərilmək, yuxarı başa çəkilmək üçün gecə-gündüz çalışmaq, nümunəvi əxlaq sahibi olmaq, tamahsız, təmənnasız yaşamaq gərək deyilmiş. Sən demə, adamlar bu keyfiyyətlərdən bezməyə, iyrənməyə başlayıblarmış... (Əsəbimdən yazıram bu sözləri. Üstəlik, qəsdən pafoslu kəlmələr seçirəm. Şöhrətpərəstlik qədər insanı çaşdıran, azdıran ikinci bir hiss tanımıram. Həm də darıxdırıcı bir duyğudu. Nəsə, sənin olmayan bir ömrü yaşamağa bənzəyir bu... Bizi heç öz yerimizi tutmağa da qoymadılar, axı... Öz yerində olmamağın acısını bizə, gülünclüyünü özlərinə yaşatdılar...)

Sevinməyin, bəxtəvərliyin də öz vaxtı, öz yaşı varmış. Bir dəfə yanıldınmı, gözləntilərin doğrulmadımı, o zaman ürəyini açacaq hər şeyin müşkülə dönməsi qaçılmazdı...

Ağlımın bir şeylər kəsdiyini duyanda çox gecikdiyimi anladım. Bütün başlanğıc nöqtələr tutulmuşdu...

Dayaq nöqtəsi olmadan nəsə eləmək... mümkünsüz bir şeydi...

Sonra səhvimi anladım. O da nə imiş? Sən demə, insan qəlbində elə bir nöqtə varmış ki, məna, məzmun, dolğunluq deyilən anlayışlar ora qədər işləmirmiş. Ora isti nəfəs, hərarət, qılıq istənilirmiş. Əgər bunlar varsa, çoxbilmiş nənələrimiz demişkən, samanlıq da seyranlıq olurmuş.

Yoxsa,... o boşluğu uydurmalarla doldura bilməzsən...

***

Daha kənddə yaşayan qadınların əvəzinə darıxmıram. Günəşin nə zaman çıxıb, nə zaman batdığını hiss eləmək onların nəyinə lazımmış ki?!. Düşünmədən, anlamadan yaşamaq daha xoş bir şey deyilmi?! Ömrün dadı da elə bundaymış. Məna axtardığımız şeylərin mənasızlıqdan başqa bir anlamı yoxmuş. Xəyal qurmaqdansa, həyat qurmaqdan sarı əlləşmək gərəkmiş...

"Bir də dünyaya gəlsəydim, elə bu cür yaşardım" deyənlərin səmimiyyətinə inanmıram. Bu mümkün olsaydı... o qədər şeyləri dəyişərdim ki...

Niyə qadın qəlbi həmişə Xilaskar axtarır?! Ehtiyac üzündən deyil... Hər şeyi olsa belə, qəlbi Qoruyucu Mələk eşqiynən döyünür. Gözləri yol çəkir -Qəlbinin Sultanı olacaq kəsin yolunu gözləyir. O,... gəlmir. Gözlərin çəkdiyi yollar gətirə bilmir Onu. Bəlkə heç yoxdu O?!

Varsa da, hamı üçün deyil...

Bəlkə... özxoşuna deyil O Mələk?!.

Niyə düzgün hesablanmır hər şey?!.

Deməli, gözlərimizi torpaq üstdəki yollardan ayırıb, göylərə dikməliyik... Bütün yollar oradan başlanırmış...

Qəribə də olsa, bu yerdə yadıma ingilis fiziki Pol Dirakın sözləri düşdü: "Allah çox yüksək ranqlı riyaziyyatçıdır. O, Kainatın yaradılmasında ali riyaziyyatdan istifadə etmişdir..."

Kainatın yaradılmasında... Bəs, talelərin yazılmasında?!.

İnsanların öz yerini, öz tayını tapmasında dəqiq hesablamaya o qədər ehtiyac var ki...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK