ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏYİMİN EHTİYACI

Fəridə RƏHİMLİ

17360    |   2017-06-09 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Allah insanı tək yaratdı. Baxdı ki, tək darıxır insan, ikinci bir insanı da yaratdı. Amma bir az fərqli, bir az birincidən zərif, bir az ondan gözəl, incə, biz az ondan cazibədar, bir az ondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı, biri o birindən ayrı qalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədilər o gündən. Darıxdılar, göz yaşı tökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini. Əvvəllər adını bilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdən xəbərləri yoxdu hələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olan ayrılığı həyatın ən çəkilməz dərdi sayırdılar...

Hər şey rahat, mənalı, quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələr onların ixtiyarında idi. Dünya qovulduqları Cənnətdən o qədər də fərqlənmirdi...

Onların cütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindən fərqləndi, ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladları bir-birinə düşmən kəsildi. Biri o birini öldürdü. Sevgi, gözəllik sözünün yanında paxıllıq, həsəd, hərislik də peyda olmağa başladı. İnsan çoxaldıqca problemi də çoxaldı, yaşamaq daha da çətinləşdi. Və bu çətinliyi bir-birinə yaşadan da insan özü oldu. Açıq ürəklilik, mehribanlıq, sadəlik şəraitində rahat yaşamaq varkən bir-birinə zəhər etdi dünyanı insan. Hər dəfə də bir-birini suçladı, bir-birini qınadı.

Çox keçdi o zamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi münasibətlər. Artıq ailədən, qəbilədən, tayfadan daha geniş üfüqlərə üz tutdu insan. Daha çox öyrəndi, daha çox təcrübə topladı və bu təcrübənin əksəriyyəti yanlış yöndə oldu. Silahlar kəşf olundu vəhşi heyvanlardan qorunmaq üçün, amma o silah yanlış insanların əlinə keçincə daha böyük fəlakətlər baş vermiş oldu. Əməyi, zəhməti yüngülləşdirmək üçün atom kəşf edildi, amma o kəşflə dünyanı alt-üst etdilər, dağıntılar, ölümlər, heyvanın belə edə bilməyəcəyi vəhşiliklər ixtiraçını peşman etdi. Qalan ömrünü özünü lənətləyərək yaşamağa vadar etdilər onu. Dəqiq yəqin etdi ki, elm inkişaf etdikcə insanı vəhşiliyə doğru aparır. Daha çox maddiyata sahib olmaq, hakimiyyət hərisliyi insanı insanlıqdan çıxardı. Bir-birinə həyatı zəhər etməyə başladılar. Amma əvvəlki halıyla yaşayanlar da qaldı. Yəni insan həyatı yaşayanlar da. Dünyanı, həyatı, insanları sevərək yaşayanlar da tükənmədi. Yaxınlarıyla, ətrafla, bütün dünya insanları ilə dostluq etmək istəyən, xeyirxah əməllərlə məşğul olan, sevgini baş tacı edən, irqi, dini, milli ayrı-seçkiliyə yol vermədən, yalnız insan olduğu üçün onları sevən insanlar hələ də var, olacaq. Hansı təbəqə azdır, hansı çox, söyləmək çətindi, amma bəzən yaxşılar daha az kimi görünür. Olsun, yetər ki, tükənməsin...

İnsanın daim bir-birinə ehtiyacı var. Bu ehtiyac maddiyat üzündəndirsə, ödəndikdən sonra unudula bilər, amma mənəvi ehtiyac ömür boyu tükənməz. Bu, insanın ömürü boyu sürən, davam edən bir istəkdir.

İllər, əsrlər keçsə də, bəzən insan doğulduğu gündən ölümə doğru getdiyinin fərqində belə olmur. Sanki əbədi yaşayacaqmış kimi dörd əllə yapışır bu dünyadan. Yaşadığı dünyanı cəhənnəmə çevirir, insanları əzaba işgəncəyə düçar edir. Son zamanlar dünya çox qarışıb. İnsan ölümünü qarışqa ölümü qədər əhəmiyyətsiz, mənasız sayanalar var.

İndiyə qədər olanlar azmış kimi bir də vahiməli görünüşlü saqqallı, gödək şalvar canilər, insan qəssabları artmağa başladı. Sanki bunların beynini silib, yerini insana qarşı nifrətlə, ölüm hərisliyi ilə, təcavüz hissi ilə... doldurublar. Buna necə nail olurlar, bunun bir çox versiyaları var və maddiyat da ön sırada dayanır. Amma heç bir maddiyat bu qədər vəhşicəsinə insan qətlinə səbəb ola bilməz. Bu işdə tam anlamadığımız daha məchul məsələlər var və bunun dinlə əlaqəsi belə yoxdu. "Allahu Əkbər!" deyib insan başı kəsən vəhşinin dinlə nə işi ola bilər ki?

İnsanlar, xüsusi ilə də türk dünyası çox parçalandı, dinimizi məzhəblər, təriqətlər, axirətini dünya həvəsinə dəyişən "dindarlar"ın rəhbərliyi bərbad günə saldı, elmimizi elmdən bixəbər, haqqı olmadan başqasının yerində əyləşənlər, təhsilimizi millətin gələcəyini deyil, şəxsi maraqlarını düşünənlər, səhiyyəmizi doktorçuluq oynayanlar korladı. Təbii ki, bu yalnız bizdə deyil, bütün türk dünyasını əhatə edən bir bəladır və təbii ki, bu özbaşına baş vermədi. Bütün bunların vahid bir idarəetmə mexanizmi tərəfindən müsəlman dünyasına qarşı yönəldiyi artıq hər kəsə məlumdu.

Lap ilk gündəki kimi, hələ yalnız ikisinin yarandığı zamandakı kimi, indi də insan bir-birinə möhtacdır.

Bu gün türk dünyasının, Turan elinin bir-birinə daha çox ehtiyacı var. Zülmə, qətllərə, dinsizlərə qarşı mübarizədə birləşmək ən qaçılmaz, zəruri ehtiyacımızdır. Parçalayaraq əzmək daha asan olduğundan, çoxdan işə düşmüş bu mexanizm öz məqsədinə yaxınlaşmaqdadır. Artıq bu, insanın insana olan ehtiyacından ötə - ölkələrin bir-birinə ehtiyacıdır və bu ehtiyac təmin olunarsa, yəni türk dünyası birləşərsə, qarşısında durmaq müşkül məsələdir və bunu o "barmaq" sahibləri çox gözəl bilirlər. Təəssüf ki, türkün səbri geniş olur. Amma səbr kasası doldumu, düşməni qarşısında kölə edər. İnşallah bu təskinliklə o günü gözləyirik - türkün yuxudan ayılacağı günü...




İmza:

YAZARIN ARXİVİ

2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK