ANA SƏHİFƏ / YAZARLAR

DÜNYADAN GÖRÜNƏN KƏND

(Cocuq Mərcanlıdan reportaj)

24265    |   2017-05-31 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biz bura aprel ayının 30-da gəlmişdik. Onda mənim yanımda dostum Arif idi, oğlum Emin idi və bir də nəvəm Tunar idi. Və o vaxt Cocuq Mərcanlıda quruculuq, tikinti, abadlıq işlərinin daha qızğın vaxtı idi. Çünki tikinti yenicə başlamışdı və hər tərəfdə həyat bulaq kimi qaynayırdı…

Bu dəfə isə qohumum və Cocuq Mərcanlıdakı məscidin tikintisində çalışan Əbdürrəhim Əzizovla yenidən həmin kəndə baş çəkirik. May ayının 29-cu saat 17:10 dəqiqə. Horadiz şəhərindən keçərək yeni salınmış asfalt yolla Cocuq Mərcanlıya üz tuturuq. Yolun sağında və solunda taxıl zəmiləri adama gəl-gəl deyir. Hətta kəndin kənarındakı zəminin içində bitmiş lalələr, güllər və çiçəklər diqqətimizi cəlb eləyir. Onların ətri ətrafı bürüyüb. Sanki bura Allah-Təala bu yaz günündə bütün gözəlliklərini səpələyib. Və bu gözəlliklər yeni tikilən Cocuq Mərcanlıya yeni rənglər, yeni çalarlar gətirir…

Artıq maşınımız kəndin içinə doğru irəliləyir. Yeni tikilmiş 50-yə yaxın binanın hamısı tam hazır vəziyyətdədir. Hətta məhlələr arasında asfalt da çəkilib. Hər binanın ətrafı hasarlanıb və tam hazır vəziyyətə gətirilib. Kimlərsə bu evdə yaşayacaqsa halal xoşları olsun. Təbii ki, bu evdə məskan salacaq və yaşayacaq insanlar da cocuq mərcanlılar olacaq. Çünki onların yurd-yuvaları 1993-cu ilin avqustunda tamamilə işğal olunmuş və sonrakı aylarda yandırılmışdı. 1994-cü ilin yanvarın əvvəllərində Füzuli rayonunun Horadiz şəhəri və 22 yaşayış məntəqəsi geri qaytarılanda Cəbrayılın Cocuq Mərcanlı kəndi də erməni işğalından azad olunmuşdu. Kənd azad olunduqdan sonra orda yaşayan yeganə insan Elman adlı bir adam olub və o da ən ağır, ən çətin anlarda gəlib kəndinə sığınıb…

…Əbdürrəhim Əzizov yeni tikilmiş məktəbi mənə göstərir. Biz aprel ayında kənddə olanda o məkiəbin tikintisi sürətlə davam eləyirdi. İndi isə biz tam başqa mənzərənin şahidi oluruq. Məktəb tikilərək istifadəyə hazır vəziyyətdədir. Həyətində bir-birindən gözəl güllər, çiçəklər və ağaclar əkilib. Həmin güllər, çiçəklər, ağaclar da məktəbə daha bir gözəllik gətirir…

Məktəbin görüntüsünü kameramızın yaddaşına köçürürük. Ümumiyyətlə, biz Cocuq Mərcanlıda quruculuq, abadlıq işləri ilə tanış olanda çoxlu sayda şəkillər çəkdik. Çəkdik ki, onları çoxsaylı oxucularımıza çatdıraq…

Cocuq Mərcanlıdakı bu qədər qısa zaman kəsiyində möhtəşəm işlərin görülməsi ölkə Prezidenti cənab İlham Əliyevin çox böyük xidmətlərinin nəticəsidir. Cənab Prezident Cocuq Mərcanlının yenidən tikilməsi, qurulması üçün milyonlarla vəsait ayırıb. Həm də onu qeyd edək ki, tikintidə gedən bütün proseslər ölkə prezidenti tərəfindən xüsusi nəzartədə saxalnılır, elə məhz kənddə məscidin tikintisi də Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilir.

Məscidin tikintisində məsul işləri həyata keçirən Əbdürrəhim Əzizovla ətrafa diqqətlə nəzər yetirəndən sonra o məni tikinti işləri gedən salona dəvət edir. Salonda isə çox möhtəşəm işlər görülür. Əbdürrəhim müəllim bizi məscidin salonunda dekorativ işləri həyata keçirən iş icraçısı Hacısoltan İsmayılovla tanış edir. Biz Hacısoltan müəllimlə söhbət zamanı öyrənirik ki, o əslən Naxçıvandandır. Öz vətəninə, torpağına ürəkdən bağlı insandır. Elə oun da bura məhz bu sevgi, bu istək gətirib. Məscidin içərisində dekorativ bəzək işləri, boya işləri görülür. Hacısoltan müəllim deyir ki, biz 24 saat fasiləsiz olaraq işləyirik ki, tikintini vaxtından əvvəl yerinə yetirək. Burda bir neçə briqada fəalliyyət göstərir. Onların biri dekorativ işlərlə, digəri isə mebel işləri ilə məşğuldur. Avropadan gətirilmiş boya ilə kümbəzin içi rəssamlar tərəfindən rənglənir. Burda hər bir rəssamdan çox böyük istedad, peşəkarlıq və dəqiqlik tələb olunur. Ona görə də əl işlərini həyata keçirən bu insanlar son dərəcə tapşırılan işə diqqətlə yanaşırlar. Kümbəzin içi məxbər boyalarla boyanır. Öyrənirik ki, məscidin içində çalışan əməkdaşlar gecə-gündüz tapşırığı vicdanla yerinə yetirirlər. Zakir Allahverdiyev, Namiq Namiqov və digərləri hər işi səliqəylə görməyə çalışırlar.

Məsciddə bütün memarlıq və bəzək işləri milli memarlıq nümunələrinə uyğun həyata keçirilir. Eyni zamanda milli ornamentlərdən, naxışlardan tavanlarda geniş istifadə edilib. Hiss olunur ki, bu tarixi abidənin tikintisi çox möhtəşəm bir şəraitdə görülür. Yəni rəssamlar və memarlar ona çalışırlar ki, XXI əsrin 2017-ci ilində tikilən bu məscid əsl tarixi abidəyə çevrilsin. Məscidin salonu iki hissədən ibarətdir. Aşağı hissə 350 kvadrat metrdən ibarətdir və bura kişilər üçün nəzərdə tutulub. Yuxarı hissəsi isə 200 kvadratdır. Burda isə qadınlar ibadət edəcəklər.

Məscidin yanında isə iki möhtəşəm kompleks var və hər iki kompleksdə tamamlama işləri başa çatmaq üzrədir. Məscid demək olar ki, iyun ayının 5-də hazır vəziyyətə çatdırılacaq. Hələ ki, mayın 30-da onun üzərində son tamamlama üzlük işləri görülür, ətrafında isə yerə daş döşənirdi. Bir-birindən səliqəli və döşənən daşlar orijinallığı ilə seçilir. Əbdürrəhim Əzizov bildirir ki, məscidin tikintisində 95 faiz yerli tikinti materiallarından istifadə edilib.

Mais Məmmədov isə briqadirdir. O, Füzulinin Böyük Bəhmənli kəndindəndir. Briqadanın əməkdaşları daş və üzlük işlərilə məşğuldular. Ümumiyyətlə, burda çalışan insanların da çoxu Füzulidən və eləcə də Cəbrayıldandılar. Bu həm iş yeri deməkdi, həm də həmin insanların çörəkpulu qazanmasıdır. Deməli, burda görülən işlər bütövlükdə bu xalqa, bu millətə çox böyük xeyir gətirəcəkdir.

Bir neçə kəlmə də məscidin layihəsini vermiş Mənsur Hüseynov barəsində danışmaq istəyirik. Mənsur Hüseynov çox gəncdir və istedadlı bir memardır. Onun layihəsi əsasında ölkəmizdə neçə-neçə milli memarlıq abidələri inşa edilib. Bir həqiqəti də deyim ki, mən Mənsur Hüseynovun üzünü də görməmişəm. Amma gördüyü işlər istər-istəməz məni bir yazar kimi düşündürüb və maraqlandırıb. Onu da öyrəndim ki, Mənsur Hüseynov «Qolosium» MMC-nin icraçı direktorudur və əslən Laçındandır. Hər halda, o, Cocuq Mərcanlıya gələndə Laçına bir az da yaxınlaşır və onun ab-havasını duyur. Mənə elə gəlir ki, elə Mənsur Hüseynovu bu yerə bağlayan həm də Laçın sevgisi, Laçın məhəbbətidir. Onu da xatırladaq ki, bu məscid Şuşa məscidinin oxşarıdır.

Tikintinin bu tezliklə yekunlaşmasında baş nazirin müavini, Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da çox böyük xidmətləri var. Eşitdiyimizə görə, elə bir gün yoxdur ki, Əli müəllim tikinti ilə telefon əlaqəsi yaratmasın, öz tövsiyə və tapşırıqlarını onlara verməsin. Üstəlik də Əli Həsənov dəfələrlə özü Cocuq Mərcanlıya gedib və orda lazımi göstərişlər verib.

Hər halda, ölkə prezidenti cənab İlham Əliyevin böyük xidmətlərindəndir ki, Cocuq Mərcanlı qısa zaman kəsiyində yenidən möhtəşəm tikilib. Təbii ki, bu tikintinin, bu yeni kəndin açılışını nəinki biz, hətta xarici ölkələrdə də böyük səbrsizliklə gözləyirlər. Çünki Cocur Mərcanlını cənab prezident bütün dünyaya tanıtdırdı. Və indi Cocuq Mərcanlı dünyadan görünən bir kənddir…

Faiq QİSMƏTOĞLU

Bakı- Horadiz-Cocuq Mərcanlı-Bakı.



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK