ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: Elşad Paşasoy, Aznaurla Osseyni yəqin tanıyırsan?!

77081    |   2017-05-23 19:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostum, «Yeni Müsavat»da Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı keçmiş böyük qardaşlarımızın ölkəsində yaşayan məşhur ziyalılarla, iş adamlarıyla bağlı bir gileyli məktubunu oxudum. Onluğa vurmusan. Uşaqlara tapşırdım ki, bizim də saytda yerləşdirsinlər yazını.

Vaxtilə it ilində Şarl Aznaurla Rober Osseyni müqayisə etmişdim. Şarl Aznauru, dünyanı tullayıram kənara, Azərbaycanda it də tanıyır, amma Rober Osseyni yəqin ki, ölkəmizdə çoxları tanımır.

Bilməyənlər üçün. Rober Osseyn Şarl Aznaurdan dünyada daha şöhrətlidi və daha pulludu. Şarl Aznaurun beşincimi, ya altıncımı babası ermənidi. Yəni uzaq bir keçmişdəki kökü ermənidi, amma Rober Osseynin atası, yəni beşinci, altıncı babası yox ha, atası, cılxa azərbaycanlıdı.

Şarl Aznaur düşüb dünyaya erməni təbliğatı aparır, bir tərəfdən də dünyanın bir çox ölkələrində konsertlər verir, qazandığı milyonları bağışlayır İrəvana.

Amma bu günədək Rober Osseyn nəinki xeyirimizə bir söz alıb ağzına, heç Azərbaycana bir şirniquş da göndərməyib.

Yavaş-yavaş gələk mətləb üstə. Bir «otxod» söhbəti çıxmışdı. Amma bəzilərinin «otxod» adlandırdıqları Qarabağ savaşı başlayanda Rusiyada və keçmiş SSRİ məkanının başqa respublikalarında min bir əziyyətlə qazandıqları pulları ərzağa, silah-sursata verib göndərirdilər Qarabağda döyüşən igidlərimizə. Özü də hansı çətinliklərlə. Hələ çoxları da Rusiyadakı işlərini buraxıb gəlib qoşulmuşdular könüllü döyüşçülərimizə, bu millətin, bu vətənin uğrunda vuruşurdular və nə qədəri də şəhid oldular.

Gələk indi «otxod» olmayanlara, yəni sənin irad tutduqlarına. Məsələn, Rüstəm İbrahimbəyov günahı Rusiyanın apardığı siyasətdə deyil, ÜAK-ın özündə görür. Həm də onu da xüsusi vurğulayır ki, ÜAK-dan ziyalılar ona görə qaçırdı və dağıldı ki, Azərbaycan iqtidarı bu diaspor təşkilatını idarə etməyə çalışırdı. Sözündən belə çıxır ki, diaspor təşkilatı Azərbaycanı idarə etməlidi. Necə ki Azərbaycan müxalifəti ilə birləşib 2013-cü ildə buna cəhd etdilər, bacarmadılar. Çünki xalq da arxalarınca getmədi, Rüstəm İbrahimbəyov Tiflisdən əli ətəyindən uzun qayıtdı Moskvaya və sonra da ordan da çıxdı getdi deyəsən Vaşinqtona.

Baxıram, bir nəfər sənə irad tutub ki, niyə Tahir Salahovun adını yazmısan və sonra da qeyd edir ki, Tahir Salahov öz etirazını bildirib və Azərbaycanın hansısa kanalında intervyü verib bununla bağlı. Azərbaycanın hansısa kanalında nənəm də Rusiyaya etiraz edə bilər. Özümüz deyib, özümüz eşidirik. Gərək etirazı Moskva telekanallarında bildirəsən ki, sözünün də bir kəsəri olsun.

İndi sənin də yazını, mənim də yazımı bizimkilər oxuyacaq. Yəni nə sənin, nə də mənim səsim gedib Rusiyaya çatası deyil. Uzaqbaşı, o ciddi yazına görə sənə boş-on dost zəng edib təşəkkür edəcək, bir də Yardımlıda hörmətin bir az da artacaq. Necə ki mənim bəzi yazılarıma görə Qarabağa gedəndə hamı bağrına basır ki, yaman yazmışdın ey, ya da televiziyada yaman danışdın ey.

Və sonda. Dostum, deyirlər Əzrayıl bala paylayır. Bir nəfər də qayıdır ki, Əzrayıl mənim balama dəyməsin, payladığı bala qalsın özünə. İndi biz o Rusiyadakı məşhurlardan heç nə ummuruq, elə bizə bəla göndərməyə çalışmasınlar, bəsdi.

Və lap sonda. Həm müharibənin şıdırğı, həm də müharibədən sonrakı dövrlərdə tez-tez yazırdım, bu gün də həmin fikrimdə qalıram.

Yazırdım ki, Ağdam azad olunandan sonra İmarətdə böyük bir məhkəmə quracağıq, xüsusilə də Ağdamdan milyonlar qazananlara. Məhkəmə quracağıq ki, Ağdamın ağır və dar günlərində sən bu şəhər, bu camaat üçün nə etmisən? İndi azad olmuş Ağdamda yaşamağa haqqın çatır, yoxsa yox.

Dostum, darıxma, gün gələcək torpaqlarımız azad olacaq, onda da bir haqq-hesab sorulacaq: sən Azərbaycanın ağır günlərində Vətənin üçün nə etmisən?

Bir də eşitdim ki, Rüstəm İbrahimbəyov səni aşağılayıb. Yadına düşür, uşaq vaxtı belə bir söz vardı: bir uşaq o biri uşağı söyəndə əlinə tez bir dəmir parçası alırdı ki, əlimdə dəmir var, söyüş getmir ha, qayıdır özünə!

Jurnalistin də əlində qələm var, əlində ədalətli qələm olana nə söyüş gedir, nə də aşağılanma. Qayıdır özlərinə! Sənin də əlindəki qələm ədalətli qələmdi.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK