ANA SƏHİFƏ / YAZARLAR

MASAZIRDAN GÖNDƏRİLƏN İSMARIC

Əbülfət MƏDƏTOĞLU

25848    |   2017-05-19 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstəməsəniz ona qapı açmayın

… Heç özüm gələ bilmirəm. Təkcə ürəyim sıxılmır, gözlərim də darıxır. Çünki ətrafda tanıdığım bir kimsə yoxdu. Hər gün, hər axşam salamlaşdığım, hal-əhval tutduğum insanlar, 25 ilə yaxın gözlərimə köçürdüyüm sifətlər elə bil ki, bir qasırğa nəticəsində gözlərimdən silinib. Və bu «silinmə» prosesi ürəyimi də zədələyib, sıxıntılarımı artırıb. Və mən növbəti dəfə yaşadığım köçkünlüyün azacıq unutduğum ilk təəssüratlarını yenidən yaşamağa başlamışam…

Onda da belə idi. Daha doğrusu, belə oldu. Kəndim yağmalandı, evim yandırıldı və məcbur olub köç etdik, qaçqın düşdük. Füzuli şəhərində çox dəyərli dostum kordioloq Rafiq Yusifli evinin açarını verdi mənə. Bircə kəlmə dedi:

- Buyur, bu ev oldu sənin, yaşa ailənlə!

Belə də etdim. Rafiq həkim öz adına, öz imkanlarına uyğun gözəl bir həyət ev idə tikmişdi Füzuli şəhərində. Üçmərtəbəli binadakı üç otağını mənə bağışlayıb, özü köçdü həmin həyət evinə. Evin kəm-kəsirinə baxmayaraq söylədi ki, içərisində yaşaya-yaşaya qalan problemləri çözərəm! Bu ürək həkimi Rafiqin ürəyinin səsi idi. Mənə təsəlli verən səsi… Sonra Füzuli işğal olundu… Yenə yır-yığış, yenə itirə-itirə köçmək… Bu dəfə Beyləqana… Özü də uşaq bağçasına… Bu rayonun dəyərli ziyalılarından olan rəhmətlik Fazil müəllim (o, həmin illərdə Beyləqanın təhsil şöbəsinin müdiri idi – Ə.M.) və hörmətli Mehdiyev (o da təhsil şöbəsində müavin idi – Ə.M.) məsləhətləşib uşaq bağçasının böyük otaqlarından birini boşaldıb ailəmizi orada yerləşdirdi. İndi də bu həyata öyrəşməyə başladıq…

Mən bunları ona görə xatırladıram ki, bütün bu köç proseslərində uşaqlarım bir çaşqınlıq yaşayırdılar. Çünki təzə ev, təzə məhlə, təzə uşaqlar, görmədikləri mənzərələr, alışmadıqları məqamlar və s. və ilaxır. Hamısı da uşaqlara təsir edirdi. Mən bunu açıq-aşkar duyurdum, görürdüm. Ancaq heç nə edə bilmirdim. Çünki ellə gələn bəlanı yaşayırdım. Düşmənin vurduğu yaraları gəzdirirdik özümüzlə… Öyrəşdik bütün bunlara, alışdıq… Uşaqlar da uyğunlaşdılar şəraitə. Çünki onlar hələ həyatın nə olduğunu, yurd-yuva itirməyin ağrı-acısını anlamırdılar. İndi müəyyən qədər uşaqların həmin illərdə çox kiçik yaşda olmalarına sevinirəm. Ona görə ki, ürəkləri mənim ürəyim qədər zədə almadı. Sadəcə, bir müddət köhnə şərait üçün darıxdılar. Sonra təzə yurd onlara hər şeyi unutdurdu. İndi isə...

İndi isə hər səhər işə gələndə özümdən asılı olmadan dayanıb uçurulmuş, dağıdılmış yurduma baxıram. Daşı daş üstündə qalmayan evimin gülləri, ağacları tapdalanmış məhəlləmin mənzərəsini ağrıyla, sızıltıyla seyr edirəm. Və tam səmimi etiraf edim ki, tapdalanan qızılgüllərin, yasəmən ağacının, eləcə də digər meyvə ağaclarının qarşısında özümü həm günahkar, həm də aciz görürəm. Ona görə ki, mən o ağacları çubuq halında kimlərdənsə aldım, istədim və onları gətirib sevə-sevə əkdim. Sən demə mən onları ölümə daha sürətlə yaxınlaşdırmışam. Mənim sevgim onların sonu imiş. Ona görə də tapdalanıb, doğranıb məhv olan ağacların, güllərin qarşısında günahım çətin ki, yuyulsun, çətin ki, bağışlansın. Acizliyim isə onları köçürməyə yer tapa bilməməyimdi. Nə qədər çalışdım bir əl içi boyda yer tapa bilmədim ki, onları da köçürüm, onları xilas edim. Bax, bu iki səbəbdən hər səhər özümdən asılı olmadan dayanıram eyni nöqtədə və bir anlıq avtobus gözlədiyim dayanacaqdan "küllüyü qalan evimə baxıram. Məni doğru anlayın. Mən itirməkdən həmişə qorxmuşam, həmişə onun əziyyətini çəkmişəm. Bilmirəm nədəndisə sinirə bilmirəm itirdikdərimin acısını. İstər dost olsun, istər doğma, istərsə də bir qələm. Hansısa bir dostun, bir doğmanın mənə bağışladığı qələmi itirəndə də onu özümə dərd edirəm. Bəlkə də bu bir qüsurdu, bir xəstəlikdi və yaxud da hansısa bir anlamı var bunun. Lakin hər nədisə mən də belə bəndəyəm. Və belə olduğuma görə də yaxam dərdin, ağrı-acının əlindən qurtulmur. Hərlənib, fırlanıb döyür qapımı, özü də ikiəlli. Əlləri yorulanda, ağrıyanda yerdən daş götürüb daşla döyür ürəyimin qapısını. Ona görə də kağızla, qələmlə baş-başa qalanda misralarımın da yükü həmin dərd, kədər olur, ağrı-acı olur. Və öz-özümə pıçıldayıram:


Pərvanəsi dərd olan

Ürəyim şam tək sönür…

Üzü qara ümidlər -

Səssiz üstümə dönür…


Hə, bax, yazının əvvəlində dediyim kimi, Masazırda yaşamağa başlayan bir Bakı köçkünü olaraq hələ nə qonşuları tanıyıram, nə alış-veriş edəcəyim yeri. Doğrudur, ilk təmasda xoş olmayan bir ovqatla qarşılaşdım, daha doğrusu, bir xoş olmayan «sifət» çıxdı qarşıma. O Sifətin təəsüratı məni bir az da dərdə tərəf çəkdi. Belə ki, əşyalarımızı daşıyan maşın köçdüyümüz həyətə daxil olmaq üçün bir yer seçməli olduq. Təbii ki, divar qonşumuzun qapısının önündə, özü də geniş bir yerdə maşını saxladıq. Bir az keçmiş evin sahibi hay-küylü bir şəkildə üstümə gəldi:

- Xahiş edirəm bir də burda maşın saxlamayın! Mənim üç-dörd maşınım var… Sonra problemimiz yaranmasın…

Onun üzünə baxdım. Susdu. Nə fikirləşdisə:

- Ağsaqqal, mən xəbərdarlığımı etdim! Hə, bir də yəqin təzə qonşusunuz…

Məhəllədə eşitdiyim ilk söz, ilk «xoş gəldin» bu oldu. İndi bu ovqatla, özü də köçkün olan birisinin nələr yaşadığını, içindən nələr keçirdiyini yəqin siz də duydunuz. Mən onsuz da duyduğumu hər gün duyuram. Və ona görə də bu qısa müddət ərzində çalışıram ki, həmin sifətlə qarşılaşmayım. Axı bu ilk təmas onun kim olduğunu artıq mənə anlatdı. Və mən də bu qərara gəldim ki, bu cür sifətlərlə təmasda olmaqdansa, başını aşağı salıb öz yolunla getmək daha doğrudur. Zənnimcə sizlər də elə mənim kimi düşünərdiniz. Axı hər şeyin ilki təəsüratların başlanğıcı olur. Mən də bu təəsüratın diktəsilə yazdım ki:


Tez yola sal, tez öldür

Səndən doymadan gedim…

Bu ilan dərdlərimlə

Qabıq qoymadan gedim…


Qırıb qəmin, iradın

Neçə min yol sınadım…

Ruhum açıb qanadın -

Kəsib soymadan gedim…


Mən həm od, həm qor oldum

Dərd hördüyü tor oldum…

Elə et ki, yoruldum –

Sözün duymadan gedim…


***

İndi nəşriyyatın 6-cı mərtəbəsində bu yazını bilgisayara diktə edəndə dediklərimi kompüterin yaddaşına köçürən sevimli Gülər xanım üzümə çox qəribə nəzərlə baxdı. Və mən hiss etdim ki, hər şənbə təkrarlanan bu mövzu onda da müəyyən təəsüratlar yaradır, müəyyən fikir formalaşdırır. Və o bu mövzunu yazmaqdan yorulub, nə də mənim halıma acımaqdan. Özü də elə mənim durumuma düşübdü. Hətta baxışlarından hiss olunur ki, dərdi-kədəri daşıyıb onun iş otağına gətirmək onun ürəyincə deyil. Lakin bir məqam da var ki, sevimli Gülər xanım da müəyyən hisslərinə, xüsusilə ev dəyişmək, yurd dəyişmək duyğularına bir növü şərik çıxır. Onun da belə bir xatirəsi olduğundan məni anlayışla qarşılayır. Yazdıqlarımdan, diktəmdən yorulsa da, nə çəkdiyimi anlayır. Elə Gülərə də, məni anlayan hər kəsə minnətdar olmaqla yanaşı, demək istəyirəm ki, inciməyin, yazmaya bilmirəm. Deməyə bilmirəm. Sadəcə yazmaqla, deməklə heç nəyə çatmasam da, bir azacıq nəfəs alıram. Sanki bir udumluq hava qazanıram. Bu işin sonuna gəlib çatmaq üçün, lap elə bu yazının son nöqtəsini qoymaq üçün. Deməli, həyatın məndən və bizdən asılı olmayan bütün məqamları iki istiqamətdə hərəkətdə olur - gecədən gündüzə, gündüzdən gecəyə. Mən hardan hara getdiyimi, hardan hara hərəkət etdiyimi hələ də qavraya bilmirəm. Hətta yadıma rəhmətlik həmkarım, tələbə yoldaşım Zöhrab Əmirxanlının bir sözü düşür. O bir dəfə mənə telefonda təsəlli verib dedi ki, qardaş, dərdi çox silkələmə. Ondan tökülsə, yenə dərd töküləcək. Rəhmətlik Zöhrab bu fikrini sonra mənim internetdə paylaşdığım yazıma münasibət bildirərkən də xatırlatmışdı. İndi anlayıram ki, alma ağacından armud tökülmədiyi kimi, dərd ağacından da sevinc töküləsi deyil. Deməli, mənim içimdəki dərd ağacı ancaq dərd çiçəkləyir, dərd yetişdirir… Və mən də o dərd ağacının gövdəsinə söykənib hansı tərəfə baxıram baxım, gördüyüm ancaq gövdəsinə sığındığım ağacın çiçəkləri olur. Həmin çiçəklərə isə bu misraları pıçıldayıram.


Əlim çatmır özümə

Özüm özümdən uzaq…

Dəyir daha gözümə -

Gözüm gözümdən uzaq…


Sanki dəli bir külək -

Əsdirdi qəfil fələk…

Yaman düşdü, ay mələk -

Gözüm gözündən uzaq…


Bulud endi üstümə

Bülənd oldu tüstümə…

Alışmadı istimə -

Ocaq közümdən uzaq…


Hər gün şam tək sönürəm

Yarı yoldan dönürəm…

Gözün aydın, ölürəm -

Bitən dözümdən uzaq…


***

Gecənin tən yarısıdı. Səhərin açılmasına bilmirəm nə qədər vaxt qalıb. Ona görə tən yarısı deyirəm ki, saat 00:03 göstərir… Ona görə səhərin açılmasına nə qədər qalıbdı deyirəm ki, bu səhərin nə vaxt, necə və kimin üçün açılacağını da bilmirəm. Bax, bu mücərrədliyin içərisində bir balaca vahimələnirəm. Çünki Masazırda yaşamağa başladığım ərazidə çox dərin bir sükut var. Və yaşadığım evlə qəbiristanlığın arası da az qala beş iynə boyu yoldu. Burdan gələn bir sükut da var ətrafımda. Elə o sükutun içərisində düşünürəm ki, «Azərbaycan» nəşriyyatında iş otağımın pəncərəsi də Yasamal qəbiristanlığına baxır. Bilmirəm təsadüfdu, yoxsa bu mənim tale yazımın növbəti sətri. Təsadüf demişkən, hörmətli Fəridə Rəhimli ötən şənbə «Ədalət»də bir «Təsadüf» yazısı yazmışdı mənimlə bağlı. Qaçqınlığımı, gəlib «Qaçaq Nəbi» küçəsinə sınğınmağımı vurğulamışdı. Ona da, özümə də xatırladıram ki, Yasamal və Masazır qəbiristanlığına baxan pəncərələrim də görəsən təsadüfdü, yoxsa?..

Bəli, indi bu təsadüflərin, bu sükutun və nəhayət, bu düşüncələrin içərisində demək istəyirəm ki:


Bütün gecəni

ulduzları saydım

bütün gecəni

saydığım ulduzlardan

nə birini,

nə də birinin

qəlpəsini qopardım…

sadəcə

səhərə

bütün gecədən

yaddaşımda

və gözlərimdə

ulduz apardım…

götür gözlərimdən

onu sən

qoy bəxt ulduzun olsun…

***

Bu yazı Bakı köçkününün Masazırdan ilk ismarıcıdı. Mənə elə gəlir ki, bu ismarıcın döydüyü qapılar onun üzünə açılmayacaq. Çünki ismarıc sahibi dərdə öyrəşmiş, dərdə köklənmiş adamdı. Dərd isə heç vaxt nə özü, nə də sahibi üçün işıq yandırmır. Əksinə, kimlərinsə qanını qaraldır, əsəblərinə toxunur. Belə olan halda isə adam dəcəl, pis uşağa çevrilir. Mən də həmin o pis uşaqlardan biri kimi yazımın sonunda da kədərə xitab edirəm.


Bir kədər var içimdə

Kimisəyə xoş gəlməyən…

Hər tərəfi dolanıb -

Üstümə boş gəlməyən…


Mən yolun gözləmirəm

İsmarıc da etmirəm…

Özü açır qapımı -

Mən ardınca getmirəm…


Kədər olub ərköyün

Mən də üzüyumuşaq…

O halımla gözündə -

Pis uşağam, pis uşaq…


Sizlərə yaxşı, sevən və sevilən olmaq arzusuyla Masazırdan növbəti ismarıca qədər…




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK