ANA SƏHİFƏ / YAZARLAR

MƏNİM EVİM MƏNİM QALAM... DEYİL

59712    |   2013-03-02 10:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə bir deyim var: mənim evim mənim qalamdır! Bu hər mənada doğrudu. Kimdənsə - işdən, qonşudan, qohumdan inciyib getdiyin yer evin olur. Qorxarkən sığındığın, ürəklə girə bildiyin, heç kimdən minnət götürmədən oturduğun, heç bir yerdə olmadığın qədər rahatlandığın məkan, qorunduğun, gizləndiyin, həm şahı, həm xidmətçisi olduğun qalandı evin.
Bunu qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxana haqda da demək istərdim. Çünki onların ev-eşiklərini, yurd - yuvalarını itirərkən sığındıqları yer məhz bura idi. Amma didərgin düşdüklərindən iyirmi ildən çox keçməsinə baxmayaraq bu binəvalar hələ də yaşadıqları məkanı özününkü kimi hiss edə bilmirlər, çünki buna imkan vermirlər...
1994-cü ildə ölkə prezidenti qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verdiyi fərmana əsasən onlar müvəqqəti məskunlaşdıqları yerdə özlərinə uyğun şərait düzəltməyə başladılar. Ümumi ayaqyoludan, sızqa axan krantdan, bir - iki gözü güclə yanan hisli qazdan istifadə üstə hər gün düşən dava-dalaşdan yaxa qurtarmaq üçün bu bir çıxış yolu idi. Qaçqınların öz maddi gücü hesabına başa gələn şərait düzənlənməsi, var - yoxunu qoyub gəlmiş bu insanlar üçün asan başa gəlmədi. Hər sahədə olduğu kimi burda da eyni fikrə gələ bilməyən soydaşlarımız pərakəndə halda qaz, su, kanalizasiya borularını yataqxananın balkonuna çəkməyə başladılar. Nəticədə kənardan hörümçək torunu xatırladan bir mənzərə yarandı. Əslində bunu da cavabdeh şəxslərin nəzarəti altında planlı şəkildə həyata keçirmək olardı.  Amma sözdə qaçqın problemini həll etməyin vacib olduğunu söyləyənlər bütün bunlara göz yumdular. Hətta "subaylar üçün nəzərdə tutulan yataqxananın balkonuna qaz, su, kanalizasiya çəkməyin qanunsuz olduğunu" deyərək, şirinlik alıb gedənlər də oldu. Prezidentin qərarını yada salanları isə demoqoq adlandırdılar. Nə isə, indi o günlərdən çox illər keçib...
Bu yaxınlarda yataqxana boyu tikinti işlərinə başladılar. Əvvəl tikintini lap pəncərələrinin ağzında tikmək istəsələr də, qaçqınların kütləvi etirazına əsasən iki metr aralıdan tikməyə məcbur oldular. Qanunla yolla binaların arasındakı məsafə beş metrdən az olmamalıykən həmin tikinti sahibi yataqxana ilə yol arasındakı məhz o beş metrdə tikinti işləri apardı və qaçqınların binasının havalanmasının qarşısını kəsdi. Şikayətlərdən sonra binanın qarşı girişinin qapısını bağlayan tikintidən iki metr giriş üçün məsafə alındı. Yəni, arxa girişdən istifadə edərsiniz, deyən tikinti sahibi qarşı qapını bağlamaq iqtidarına malik "adam" idi...
Bu gün yenə dava-dalaş səsinə yuxudan oyandım. Məlum oldu ki, o, iki metr yeri də tikmək istəyən oğul çıxıb ortaya və ağdamlı qaçqın da buna qeyzlənib, hörgü aparan fəhləni yeddimərtəbəli söyüşlərlə "başa salırdı". Fəhlə də yazıq - yazıq: mən neynim ey, çörəyimin yiyəsiyəm. Mənə deyiblər hör, hörürəm dəə. Qaşqın  yenə qızışdı: əə, səni bura göndərənin...  ə, ona xəbər ver, kişidisə, özü çıxsın ortaya... sözümüzü deyək də. Bəsdirin insanı heyvan yerinə qoydunuz. Heyvan onun özüdü.... yerbəyerdən onun sözünə qüvvət verənlər çoxaldı: A bala, qazı da gətirib evin içərisindən çəkdilər. İndi bir yanğın hadisəsi olsa, biz yazıq hardan qaçıb canımızı qurtaracağıq? Arxa dar qapıdan çıxınca külə dönərik ki...
Qaçqınların binasında kənardan pis görünməsin deyə və qaz sayğaclarını yoxlaya bilmək üçün xətt yataqxananın koridorundan keçirilərək otaqların içi ilə balkonlara aparıldı. Və sonra da ədəb-ərkanla hər bir sakinə təhlükəsizlik tədbirləri yazılmış vərəqələrə qol çəkdirdilər(!).
Su və kanalizasiya xətlərinin də eynilə bu cür, otaqlardan keçiriləcəyi xəbəri yayılıb. Əvvəl qaz barədə deyiləndə inanmırdılar ki, belə şey mümkün deyil. İndi inanırlar və bundan betərini də desələr, inanacaqlar. Çünki artıq qaçqınlar bu binanı özününkü hesab edə bilmirlər. Necə özünün ola bilər ki, kimin ağlına nə gəlirsə, onu bu binaya tətbiq edə bilir.
Kimin evi qalasıdırsa, o xoşbəxtdi. Qaçqının müvəqqəti məskunlaşdığı yer onun qalası olmur, ola bilmir! Qaçqın yurduna dönməsə, öz həqiqi qalasını geri almasa, həmişə, hər yerdə, hər işdə müvəqqəti sakin olacaq...  
Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK