warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Həftəbecər” Adalet.az | “Həftəbecər” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Həftəbecər”

Vüqar Abbasov

106336    |   2017-04-26 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Niderlanddan yazacam, həm də növbəti dəfə. Bəzən ürəyimdən keçir ki, kaş Azərbaycanımızın hər tərəfinə, ordakı hər kəsə səsim çataydı və onlara bu ölkəni anladardım. Ancaq çatmır və mən buna həqiqətən təssüf edirəm. Bu ölkə haqqında bilməyimiz düşüncələrimizdə çox dəyişiklik edə bilər. Onu da bu başdan yazım ki, Niderland haqqında hər şeyi bir, yox heç yüz yazıya da sığdırmaq mümkün deyil.

Bir çoxlarımızın Hollandiya kimi tanıdığımız ölkənin rəsmi adı Niderland Krallığıdır. Niderland sözü Neder (aşağı) və land (ölkə) sözlərinin birləşməsindəndir və "aşağı ölkə” anlamına gəlir ki, bu da Niderlandın böyük bir ərazisinin dəniz səviyyəsindən aşağı olmasından qaynaqlanır. Hollandiya sözünə isə burda iki vilayətin adında, Cənubi Hollandiya və Şimali Hollandiya, rast gəlinir. Niderland Krallığı Avropanın Şimal Qərbində, Şimal dənizinin sahilində yerləşib. Ölkənin rəsmi paytaxtı Amsterdamdır. Ancaq ölkə, Azərbaycanda Haaqa kimi tanınan, Den Haaq şəhərindən idarə olunur. Niderlandın ərazisi 41.543 km2 - dir , yəni Azərbaycan ərazisindən təxminən iki dəfə kiçik. Burdakı əhalisinin sayı isə 17 108 071 nəfərdir, yəni Azərbaycan əhalisindən iki dəfə çox. Əhalinin 49,4 % - ni kişilər, 50,6% - qadınlar təşkil edir. Bu ölkədə kişilərin orta ömür müddəti 78,8 yaş, qadınlarda isə 82,7 yaş hesab olunur. Bu rəqəmlər isə getdikcə artmaqdadır. Məhz bu səbəbdən Niderlandda pensiya yaşını da 65 – dən 67 – yə qaldırdılar, ancaq bu da mərhələli şəkildə olacaq. Burda pensiyaların məbləgi hər kəsin ödədiyi soasial vergilərdən aslıdır. Bundan başqa isə hər kəsin yaşlılığa görə pensiya hüququ var. Yaşlılığa görə pensiyanın məbləği də duruma görə dəyişir, minimal məbləğ isə təxminən 795 avrodur. Məbləğ yenə də ailə vəziyyətindən və.s. aslı olaraq dəyişə bilər. Niderlandlılar sözün həqiqi mənasında işləkdirlər və pensiya yaşı çatdıqda onlar məmuniyyətlə pensiyaya çıxır və məhz bu yaşdan sonra daha rahat yaşamağa başlayırlar. Bütün bunlar barədə növbəti yazılarda yazacam.

Dövlətin rəsmi dili filan, pul vahidi filan və.s. yazıb siz dəyərli oxucuları yormaq fikrində deyiləm, bunları internetdən də asanlıqla tapmaq olar. Əgər bu yazıya marağınızı hiss etsəm, Niderland barədə silsilə yazılar yazmağı düşünürəm; iqtisadiyyatından, təhsilindən, mədəniyyətindən, maraqlı şəxsiyyətlərindən və.s. və sözsüz ki, burda yaşayan soydaşlarımızdan, diasporumuzdan. Bunlar isə bir-biri ilə o qədər bağlıdır ki, bəzən birindən yazandadigərinə də toxunmalı olursan və bəlkə də çoxları bunu "həftəbecər” kimi görəcəklər. Ancaq olsun, heç bir şeydənsə "həftəbecər” də yaxşıdır və mən çalışacam ki, "həftəbecər”im "dadlı” olsun.

Nə yazıq ki, məmləkətimizdə bir çoxları bu ölkəni ancaq "mavilər ölkəsi” kimi tanıyır və elə düşünürlər ki, burdakı kişilərin hamısı "mavi”dirlər. Bu da ondan irəli gəlir ki, Niderlandda eyni cinslərin ailə qurmasına icazə verilib, necə ki, dünyanın 21 ölkəsində, ABŞ – ın (Amerika Birləşmiş Ştatları) bir neçə ştatında və.s. buna icazə verilib. Sadəcə eyni cinslilərin ailə qurmasına ilk icazə verən ölkə Nidrland olub, 2001 – ci ildə. Buna son (2017 – ci ildə) icazə vermiş ölkələr isəSlovenya və Finlandiyadır və böyük ehtimalla "hələlik son ölkə” də deyə bilərik. Ancaq deyəsən bizimkilərin bəziləri 2001 – ci ildən bu tərəfə nə qəzet oxuyublar, nə də televizora baxıblar. Bir də ki, məsələyə fərqli də yanaşmaq olar. Məsələn, belə baxmaq da olar ki, Niderlandda hətta "mavilər” də öz hüquqlarını qoruya bilirlər. Yaxud, "Niderlandda "mavi”lərə də haqlı olaraq insan kimi yanaşılır” – da deyə bilərik. Bu ölkədə hər kəsin haqqı qanunla qorunur. Məsələn, birinin "mavi” olması onun işsiz qalması ilə nəticələ bilməz, sonunda o da bir insandır, həm də maddi ehtiyacları var. Ona görə də hər kəs olduğu kimi hərəkət edir, olduğu kimi görsənir, həmçinin "mavi” də "mavi” olduğunu gizlətmir. Odur ki, hamı kimin kim olduğunu bilir.Bizdə, Azərbaycanda isə durumfərqlidir. Bəlkə gündə dəfələrlə "mavi”lərlə üz-üzə gəlirik, bəlkə bir yerdə işləyirik, bəlkə birlikdə çay da içirik və.s. ancaq xəbərimiz yoxdur. Və bəlkə də sosial şəbəkələrdə, mətbuatda Niderlandı, bəzilərinin təbincə Hollandiyanı "mavilər ölkəsi” kimi təqdim etməyə çalışanların arasında nə qədər desən "mavi”lər var. Bəlkə də, bilmirik, tanımırıq axı və onlar da öz üzərlərindən diqqəti (bəlkə də şübhələri) yayındırmaq məqsədilə sosial şəbəkələrdə, mətbuatda Hollandiyanı hədəf seçirlər.

Niderlandlılar "Allah dünyanı, niderlandlılar isə Niderlandı yaratdı” deyirlər. Bu, əlbətdə ki, birbaşa mənada deyilmiş söz deyil. Niderlandlılar özləri ilə fəxr edirlər və haqsız da deyillər. Bu barədə bir qədər sonra. Bu günlərdə saytların birində (mənbə: http://news.lent.az/news/271799) jurnalist Səbuhi Məmmədlinin qələmə aldığı bir hekayəti, Vitalinin hekayətini oxudum. Bəlkə də bu, Vitalinin deyil, Neftçalanın, daha doğrusu Azərbaycanın acı bir hekayətidir. Zaman-zaman itirdiyimiz Vedi, Göyçə, Zəngibasar, Dərbənd, yaxud da hələ də işğalda olan ərazilərimiz azmış kimi, bu tərəfdən də dənizin torpaqlarımızı yuyub aparmasına biganə qalırıq. Bu qədər biganəyik yəni. Bahalı villalarımızı, kasıb daxmalarımızı, həyət-bacamızı, bir sözlə, şəxsi nəyimiz varsa özümüzünkü hesab edirik. Azərbaycan isə bütövlükdə bizim deyilmiş kimi davranırıq. Sual oluna bilər ki, biz dənizə nə edə bilərik? Edərik, dənizə də bir şeylər edə, "yerində oturda” və hətta geri çəkilməyə "məcbur” da edərik, necə ki, niderlandlılar bunu ediblər. Bəli, Niderlandın xeyli hissəsi, nə az, nə də çox, düz 25% - i doldurulmuş torpaqlardır (polder) və məhz buna görə də həmən ərazilər dəniz səviyyəsindən aşağıdır. Bilirsiniz niderlandlılar bu işə, dənizi qurutmağa nə vaxt başlayıblar? Di təəccüblənməyin görüm, 15 – ci əsrdə başlayıblar, 16 – cı ərdə isə daha böyük əzm və daha çox təcrübə ilə davam ediblər və o zamandan bu günə qədər davam etdirirlər. Biz isə 21 – ci əsrdə dənizin də əlində aciz qalmışıq. Bəlkə bir Minsk qrupu da bunun üçün yaradaq?

Hələ bu harasıdır, bu balaca ölkə vaxtilə dünyanın nə qədər ölkəsini öz kolonyasına çevirib. Bəlkə çoxlarımız bilmirik ki, ABŞ – ın Nyu Yorku vaxtilə Yeni Amsterdam (Nyu Amsterdam) adlanıb. Bu səbəbdən yazdım ki, bu ölkəni tanımaqda fayda var, ancaq təbii ki, oxuyub bildiklərimizdən nəticə çıxartsaq.

Yuxarıda da qeyd etdiyim kimi, Niderland haqqında çox yazmaq mümkündür və bəzən bir mövzudan yazmaq istəyərkən özüm də bilmədən digərinə keçirəm. Bu yazımı hələlik burda saxlayıram, ancaq obrazlı desək, nöqtə deyil, vergül qoyuram. Əgər siz dəyərli oxucuların marğını hiss etsəm gələn yazılarda aşağıdakı mövzulara toxunacam:

· Niderlandlıların "Qızıl əsrlər” adlandırdıqları intibah dövrləri

· İşə götürən - işçi münasibətləri və əmək haqları

· Niderlandda pensiya yaşına çatmış insanların sonrakı həyatları

· Niderlandda təhsil və.s.


Vüqar Abbasov, Niderland.

vugarabbasov@hotmail.com




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK