ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:TERRORA ƏN BÖYÜK ZƏRBƏ TÜRKİYƏDƏ TELEVİZYONLARIN QAPADILMASIDI

261565    |   2017-01-12 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türk televiziya kanallarına baxmaq mümkün deyil. Hər səhər tezdən gecə saat 12-dək millətin üstünə zəhər-zəqqum tökülür. Elə bil millətin qəsdinə durublar. Qan, qada, ölüm, atışma, zorlama, baş kəsmək, terror… Elə bil o boyda Türkiyədə xoş, sevindirici bir hadisə yoxdu. Yox, hərdən bir lent kəsmə var , bir də liderlərin pafoslu nitqləri, ulusa səslənmələri.

SSRİ vaxtında «Litqazeta»da belə bir replika getmişdi «12 stul» səhifəsində. Gərək ki, İvanov yazmışdı: «Yaponiyada balıq qurtaranda dənizə çıxıb balıq tuturlar. SSRİ-də balıq qurtaranda Siyasi Bürodan tutmuş kiçik rayonların bürolarına qədər və təşkilatlarda yığılıb günlərlə iclas keçirirlər ki, balıq niyə qurtarıb?»

İndi hər terrordan sonra qardaş Türkiyədə də etiraz mitinqləri, etiraz yürüşləri, uzunluğu bir kilometrə çatan bayraqlar və sair və ilaxır. Çox yaxşı, xalq etirazını nəsə bir yolla bildirir.

Cümhurbaşkanlığının bəyanatı, baş bakanlığın bəyanatı, Türk Silahlı Qüvvələrinin bəyanatı, İç işləri bakanlığının bəyanatı, Kılıçdaroğlunun bəyanatı, Dövlət Baxçalının bəyanatı…

Amma bu etirazlarla, bu bəyanatlarla terrorun qarşısını almaq olmur axı. Dənizə çıxıb balıq tutmaq lazımdı.

Televizyonlar da terrorçuların sifətinə iş…k əvəzinə, əlinə işləyirlər. Dünyanın hər yerində terror törədilir. Həmin ölkələrin televiziyalı neyləyir? Terrorla bağlı məlumatı işıqlandırır, hadisə yerindən reportaj verir, sonra da terrorçuların ələ keçirilməsi ilə bağlı xəbərləri yayımlayır. Uzaqbaşı, bir etiraz yürüşünü də göstərir.

Heç uzağa getməyək, qonşu Rusiyada terrorla bağlı telekanalların yaydığı məlumatları, xəbərləri, süjetləri gözünüzün qabağına gətirin.

Hansısa Avropa ölkələrində, eləcə də Rusiyada terrordan sonra həlak olanların yas yerlərindən reportaj görmüsünüzmü? Anaların, bacıların, qardaşların, ataların tabutları qucaqlayıb hönkür-hönkür ağladığını görmüsunüzmü? Və sair və ilaxır.

Amma qardaş ölkənin televizyonları! Bütün günü bir şəhidin anasının üz-gözünü cırmasını, saçlarını yolmasını, cikkə çəkib ağlamasını, tabuta sarılıb ürəyinin getməsini, bacı-qardaşlarının, övladlarının qan donduran göz yaşlarını , şəhidin son məktubunu, son mesajını, nakam taleyini, saymaqla qurtarır ki, bəlkə yüz dəfə fırlayırlar . İndi fikirləşin ki, bu bir şəhid deyil. Keçən həftə 44, bu həftə 14 şəhid. Türkiyə televizyonlardan axan göz yaşları içində boğulur. Televizyonlar milləti əzir, terrorçuların əkməyinə isə yağ sürtür. O terrorçu və ya terrorçular o şəhidlərin analarının göz yaşlarını görmək istəyir, necə fəğan eləmələrini görmək istəyir, övladlarının ahını görmək istəyir, sevgililərinin və sevdiklərinin ölmüş sifətlərini görmək istəyir. Və bundan nəşələnir, bundan həzz alır, yeni terrorlar törətməyə həvəslənir. Terrorçular çox gözəl bilirlər ki, terrorla heç nəyə nail olmaq mümkün deyil və indiyədək də mümkün olmayıb. Onların nail olmaq istədikləri bax, o göz yaşlarını görməkdi, anaların fəryadını eşitməkdi, xalqı vahimə içində saxlamaqdı. Qabaqlarında viski, telekanallara baxıb ləzzətlə əməllərini görməkdi. Qardaş ölkənin televiziya kanalları da onlara bu ləzzəti bütün gücü ilə yaşadır.

Bir Radio-Televiziya Üst Qurumu var, hər terrordan sonra bir yayın yasağı gətirir. Nəyi yasaqlayırsan? Yasaqlanmalı bir şey varsa, o da yuxarıda yazdıqlarımızdı.

Səhər-səhər «Fox»a baxıram, böyük oğlum əsəbləşir ki, niyə baxırsan. Deyir, görmürsən, aparıcı elə bil xoş hadisə danışır, Elə bil terror hadisəsi kanalın reytinqini qaldırdığına görə sevinir. Elə NTV-si də belədi, Şousu da, Starı da, aTV-si də.

Sonra da televiziya kanallarında iki-üç saat canlı yayımda terrorun kökünü necə kəsmək barədə müzakirələr başlayır. Müzakirələrdə kimlər iştirak edir? Türkiyənin Əflatun Amaşovu, Vüqar Səfərlisi, Rauf Arifoğlusu, Rəşad Məcidi, Aydın Quliyevi, Aqil Abbası, Bəhruz Quliyevi və sair və ilaxır, bu kanaldan o kanala, o kanaldan bu kanala. Terrorun kökünün necə kəsilməsinə qəzetəçilər yol göstərir. Qəzetəçi hansısa bir məsələdə hansısa bir fikrini bildirə bilər, müəyyən bir yolunu da göstərər. Amma qəzetəçi terrorla mübarizə mütəxəssisi deyil ha.

Mən Qvardiolaya necə məşqçilik etməyi, Messiyə topu necə vurmağı, Fərhad Bədəlbəyliyə, Səyavuş Kərimiyə hansı əsəri necə bəstələməyi, Eldar Quliyevə filmi necə çəkməyi məsləhət verə biləcəyim kimi , türk qəzetəçiləri də Genel Kurmay başkanına, jandarma komutanına, iç işləri bakanına, cümhur başkanına elə məsləhət verə bilərlər.

Amma qardaş ölkənin Radio Televizyon Üst Qurumuna məsləhət verə bilərəm. Terrora zərbə vurmaq istəyirsizsə ya televizyonlarınızı qapadın, ya da yuxarıda dediklərimə yasaq gətirin.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-23
14:53 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK