ANA SƏHİFƏ / YAZARLAR

SƏBR

Fəridə RƏHİMLİ

15631    |   2016-12-23 16:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın..."

Məhəmməd Əmin Rəsulzadə deyirdi bunları çox illər əvvəl. Amma onun o zamandakı narahatçılığı bu gün də xalqını, millətini, dinini sevən hər kəsin narahatçılığı olaraq davam edir.

Orta məktəblərdə dinin ayrı bir fənn kimi tədrisi ilə bağlı məsələ yaxın günlərdə yenidən gündəmə gəldi və əksər dinə meyilli siyasətçilər, ictimai xadimlər tərəfindən müsbət qiymətləndirildi. Daha öncəki illərdə də dəfələrlə bu mövzu müzakirəyə qoyulsa da, hər hansı bir müsbət addım atılmadı. Təhsil Nazirliyinin öncəki açıqlamaları bu oldu ki, şagirdlərə dini biliklərin verilməsi müxtəlif dərsliklərdə təmin olunur və bununla kifayətlənmək məqsədəuygundur. Amma radikalizmlə bağlı cəmiyyətdə baş verən son hadisələr, dinin ayrı bir fənn olaraq tədrisinin gərəkli olduğu qənaətini getdikcə gücləndirir. Bu halda din tədrisinin gərəkli olub olmaması qədər, tədris ediləcək fənnin metodu və əhatə dairəsi də böyük əhəmiyyət kəsb edir. Dini tədris sadəcə İslam dinini öyrətmək deyil, dünya dinlərini də əhatə etməlidir. Məqsəd hər sosial qrupa uyğun olaraq onun dinini öyrətmək, dinlər haqqında tarixi, müqayisəli bilgilər vermək olmalıdır. Təbii ki, dinimiz İslam dini olduğu üçün öz dinimizin tədrisi, təbliği üstünlük təşkil etməlidir. Amma tolerant ölkə olduğumuz üçün başqa nüanslara da diqqət edilməlidir. Və başqa dinlər təbliğ üçün deyil, bilgi üçün verilməlidir.

Tolerantlıq bizim siyasi leksikamıza son illərdə fəal şəkildə daxil olmuş terminlərdən biridir; mənası da bildiyiniz kimi, "dözüm", "dözümlülük" deməkdir. Həqiqətdə bu, cəmiyyətin mövcudluğunun, buradakı nizamın və tarazlığın əsaslı prinsiplərindən biridir. "Kim bizimlə deyilsə, o, bizə düşməndir" şüarı bizim ölkənin ideologiyasına yaddır. Tolerantlıq sosial həyatın ayrı-ayrı sferalarında müxtəlif şəkildə və səviyyələrdə təzahür edir. Onun ilkin formalarından biri, yuxarıdakı təhlilimizdən aydın olduğu kimi, əxlaqda tolerantlıqdır. Bu, o deməkdir ki, bəşəriyyət yarandığı gündən nə qədər qadağalar fikirləşib tətbiq edilsə də, cəmiyyətin bütün üzvlərini vahid standartlara uyğun şəkildə tərbiyə etmək mümkün olmayıb. Dini tolerantlıq nisbətən sonralar meydana gəlib və əslində əxlaqi tolerantlığın davamıdır. Dinin başlıca missiyası insanları Allahın əxlaqına qaytarmaq, onları ilahi ruhda tərbiyə etməkdir. Bəşər tarixində çoxsaylı dini müharibələr, səlib yürüşləri və s. dini tolerantlığı aradan qaldıra bilməyib, əksinə onun ilahi zərurət olduğunu sübuta yetirib. Nəticədə müxtəlif dinlərə, məzhəblərə, sektalara mənsub olan möminlər eyni cəmiyyətdə yanaşı yaşamalı olublar. Bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olub. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı idi. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Tam dolğun fikirlər yalnız XX əsrin ortalarından formalaşmağa başladı. Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir", "insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır". İnsan Hüquqlarına dair Bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilib. Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz və mühüm hissəsidir. Bildiyiniz kimi, 16 noyabr 1995-ci il YUNESKO-nun Parisdə 185 üzv-dövlət tərəfindən imzalanmış "Tolerantlıq prinsiplərinin Bəyannaməsi"ndə belə tərif verilib. Tolerantlıq - dünyamızda mədəniyyətlərin, zəngin müxtəlifliyin mövcud özünüistifadə formalarına hörmətlə yanaşmaq, bunları tanımaq və düzgün anlamaq deməkdir.

Beləliklə, tolerant bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin dinlərinin, mədəniyyətlərinin, adət-ənənələrinin hüquqları tapdanmadan yaşatmaları üçün hər cür şərait yaradılsa da, bu dinc yanaşı yaşamın fəsadlarını da görmək gərəkdir. Dinin dövlətdən ayrı - sərbəst olduğu haqda tarixən deyilib, yazılıb, amma hər bir dövrdə din dövləti, hakimiyyəti əldə saxlamaq üçün bir vasitə kimi istifadə edilib.

Bizim ölkədə dini azadlıq hökm sürsə də, dini sektaların gizli fəaliyyətləri, məzhəblərin gizli-aşkar çəkişmələri, din pərdəsi altında müxtəlif firqələrin gördüyü işlər narahatçılıq doğurmaya bilməz. Buna qarşı tədbirlər isə, zənnimcə nisbətən zəif formada həyata keçirilir. Aparılan tədbirlər vəziyyətin daha da gərginləşməsinə deyil, dini dərindən anlamağa, əsl İslamın gözəlliyinin nə olduğunu, nəyə xidmət etdiyini anlamağa və cahillik girdabında olan başqalarına da anlatmağa yönəlməlidir. Son illər "Məşədi Dadaş" məscidi nəzdində fəaliyyətə başlayan "Darül-Hikmət" Elm və Tədris Mərkəzi də bu prinsiplə gənclərimizə, arzusunda olan hər kəsə qapısını açıb, ödənişsiz, Allah rizasına onların dini maariflənməsinə xidmət edir. Mərkəzin rəhbəri ilahiyyatçı Elşən İsmayılovun verdiyi məlumata görə, tanınmış ilahiyyatçılar və mütəxəssis müəllimlərin cəlb olunduğu dərslər siyahısına 20-dən artıq fənn daxil edilib. Mərkəzdə İlahiyyat və hövzə dərsləri ilə yanaşı xarici dillər, fəlsəfə, tarix, coğrafiya həmçinin ictimai fənnlər də tədris olunur. Darul-Hikmət Elm və Tədris Mərkəzində dərs deyən peşəkar müəllimlərin keçdikləri dərslərlə yanaşı, tələbələr, dindar gənclərin sevimlisi Hacı Şahin Həsənlinin dərslərindən də faydalanırlar. Bu, gənclərimizin dini cəhalətdən xilası üçün bəyənilən bir addımdır. Bu yolda zəhməti olan hər kəsin üstündən Allahın mərhəməti, rəhməti, şəfqəti və yardımı əksik olmasın, inşaallah!

"Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular". (Hud surəsi, 116)

"Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız". (Ali İmran surəsi, 139)



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK