ANA SƏHİFƏ / YAZARLAR

AĞ YUXU

31490    |   2016-10-15 00:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Orta məktəb yoldaşlarımı tez-tez yuxularımda görürəm. Qəribə də olsa bu yuxular o qədər şirin, o qədər yaddaqalandır ki, mənim ömrümə yeni rənglər gətirir. Bu rənglərə baxanda, bu rənglərə diqqət yetirəndə orda çox müqəddəs anları, günləri görmək olar. Bu yuxular sanki məni bir anlıq orta məktəb illərinə aparır və bu yuxularda onlarla zarafatlaşır, oynayır, sonra da qaçıb partanın arxasında əyləşirik...
... Yuxular həmişə şirin olmur və bəzən də görürəm ki, bu yuxularda sinif yoldaşlarımdan birini itirmişəm. Əsəbi vəziyyətdə sinifimizə daxil olan Əvəz müəllim qulağımın dibindən necə bir şillə ilişdirirsə, elə bil güllə açılır. Yuxudan qəfil oyanıram. Tər məni basır və yavaş-yavaş özümə gəlirəm. İşığı yandırıb bir qədər sakitləşirəm...
...Orta məktəb illəri insan ömrünün ən yadda qalan, ən şirin anlarıdı. Heç bir anı orta məktəb illəri qədər adam xatırlamır. Düzdür, 5 ildə universitetdə oxumuşam. Həmin illər də mənim üçün çox doğma, çox əzizdir. Ancaq orta məktəb illəri həddindən artıq müqəddəs və həddindən artıq kövrək illərdi. Bu illərdə bizim uşaqlığımız, yeniyetməliyimiz, dəcəlliyimiz və ən nəhayət, atalı-analı dünyamız qalıb...
...Müəllim günündə 40 il üzünü görmədiyim və səsini eşitmədiyim bir sinif yoldaşıma telefon açıb təbrik eləmək istədim. Onun mobil telefonunu məktəbin direktoru Məmməd müəllimdən oyrəndim. Nömrəni yığdım. 40 il bundan əvvəl eşitdiyim səsi yenidən dinlədim. Bu səs mənim üçün o qədər müqəddəs, o qədər şirin idi ki, bir anlıq 16-17 yaşıma qayıtdım. Heç təbrik etdiyim müəllimə Gülbahar xanım da mənim səsimi tanımadı. Bəlkə də ağlına belə gəlməzdi ki, mən ona telefon açaram və müəllim günü münasibəti ilə təbrik edərəm. Zəngimdən donub qalmışdı. Bilmirdi ki, onunla danışan kimdi. Çox həsrətdə saxlamadım. Bir kəlmə dedim:
- Faiqdi - danışan.
... Səsi titrədi və kövrəldi. Bir müddət danışmadı. Handan-hana yenidən danışmağa başladı. Halımı, əhvalımı, ailəmi və balalarımı soruşdu. Mən də ondan xəbər tutdum. Ruslan adlı çox ağıllı və savadlı bir oğlu var. Füzulidə müayinə mərkəzində həkim işləyir. Ümumiyyətlə, mənim tanıdığım Gülbahar Məmmədova çox dəyanətli, ağıllı, müdrik və savadlı bir ziyalıdı. Və bu gün də qürur duyuram ki, o öz savadı və istedadı ilə ömrünün 40 ilə yaxınını uşaqların təlim-tərbiyəsinə və savad almasına yönəldib. Bu cür müəllimlər və ziyalılar qarşısında həmişə şagirdləri borcludur.
Elə mənim özüm də müəllimlərim qarşısında özümü həmişə borclu saymışam. Çünki nə Allahın, nə valideynin, nə də müəllimin borcunu heç kim qaytara bilməyib. Və mən də bu borcu qaytara bilməmişəm. Düşünmüşəm ki, heç olmasa onların ürəyini, qəlbini öz yaxşı əməllərimizlə və cəmiyyətdəki mövqeyimizlə sevindirim. Buna nə dərəcədə nail olmuşam, bax, onu deyə bilmərəm...
Mənim oxuduğum orta məktəbin adı bu gün belə adlanır: Füzuli rayonu Ehtiram Piriyev adına Böyük Bəhmənli 1 nömrəli tam orta məktəb. Bu məktəbin əsası 1911-ci ildə Yelizavetpol qubernatorunun əmriylə qoyulub və bizim məktəbdə qonşu kəndlərdən gələn şagirdlər təhsil alıblar. Zaman-zaman bu məktəb öz tarixini və keçmişini yazıb. Bir vaxtlar məktəbin direktorları vəzifələrində Yaqub Əliyev, Əvəz Əliyev, Cavanşir Əliyev, Qəyyub İbrahimov işləyiblər. Bu gün isə məktəbin direktor vəzifəsini Məmməd Əliyev daşıyır.
Əvəz Əliyev isə bizim orta məktəbdə oxuduğumuz illərdə məktəb direktoru olub. Atamızdan-anamızdan elə qorxmurduq ki, Əvəz müəllimdən möhkəm çəkinirdik. Onun şilləsi adamın sifətinə dəyəndə bir həftə bu iz üzümüzdən getmirdi. Atamız da biləndə ki, bizi Əvəz müəllim döyüb, yerdə qalan canımızı da onlar alardı. Çünki bilirdilər ki, Əvəz müəllim heç nahaqdan adamın qulağının dibinə şillə ilişdirməz. Əvəz müəllim bu şilləni bizim qulağımızın dibinə ona görə ilişdirirdi ki, biz adam olaq. Başa düşənlər adam oldular, başa düşməyənlər isə...
Məktəbimizin çox savadlı, tələbkar müəllimləri olub. Bizə dərs deyənlərin əksəriyyəti indi dünyasını dəyişib: Əvəz müəllim, Qəzənfər müəllim, Balaca müəllim, Cəmil müəllim, Ənvər müəllim, İsa müəllim, Məhəmmədəli müəllim, Cavanşir müəllim, Əkbər müəllim, Nuğay müəllim, Valeh müəllim...
Həyatda olanlardan ibtidai sinif müəllimimiz Həqiqət xanımdır. Onun şəxsən mənim üzərimdə çox əziyyəti olub. 3-cü sinfə qədər mən o qədər də yaxşı oxumamışam. 4-cü sinifdə ali məktəbi yenicə bitirib gəlmiş Həqiqət müəllimə bizə dərs deyib və məni də möhkəm sıxışdırıb. Təsəvvür edin ki, birdən-birə 4-cü sinifdə mən əlaçı olmuşam. Bunu da Həqiqət müəllimənin pedaqoji ustalığı və şagirdə olan böyük sevgisi nəticəsində qazana bilmişəm...
Sinif yoldaşlarımızın içərisində hamıdan yaxşı oxuyan qızların arasında Gülbahar idi. Ondan sonra Gülyaz, Minə, Qənirə (Qızıl) idi. O biri qızlarımız Əminə, Hürzad, Ofeliya, Şahnaz, Gülü o qədər də yaxşı oxumasalar da, amma çox mehriban, çox da şirin qızlar idilər. Tənəffüs vaxtı bizim hər birimizə qayğı ilə yanaşırdılar.
Oğlanlarımızdan isə Yusif, Davud, Ədalət, Şiraslan (onlar Allah rəhmətinə gediblər) özgə bir dostlar idi. Rəhmətlik Yusif də çox savadlı oğlan idi. Məni 5-ci sinifdən "b" sinifinə zorla gətirdilər. Əvəz müəllim deyib ki, bu uşağı "b" sinifinə aparın. Mən də uzun müddət o sinfə getmədim, əvvəllər oxuduğum "a" sinifinə getdim. Amma günlərin bir günündə rəhmətlik Əvəz müəllim özü gəlib məni "b" sinifinə apardı. Mən də ağlaya-ağlaya həmin sinfə gedib qabaq partada rəhmətlik Yusif Namazovun yanında əyləşdim və bir neçə aydan sonra bu uşaqlara isnişdim. Hətta sonradan "a" sinfinin rəhbəri Həşim müəllim yaxşı oxuduğuma və gözəl futbol oynadığıma görə həmin sinfə qaytarmaq istədilər. Amma mən sinifimi dəyişmədim...
Axı oğlanlarımızdan danışırdım. Digər sinif yoldaşlarımız - Qədir, Balaca, Şirin, Rəftar, Novruz, Bəbəş, Firqət, Nikolay... Sinifimizdə hamıdan nadinc, rəhmətlik Şiraslan və bir də Firqət idi. Onların əlindən bütün məktəb təngə gəlmişdi. Bir gün pəncərənin şüşəsini sındırırdılar, bir gün sobanın borusuna əsgi salırdılar, bir gün də qaçıb vaxtından tez zəngi vururdular. Onların ancaq "gözünün odunu" Əvəz müəllim almışdı. Əvəz müəllim olanda qorxularından bir şey eləməzdilər...
...Yaxın vaxtlarda yolum yenidən 43 il bundan əvvəl bitirdiyim orta məktəbə dümüşdü. Məktəb direktoru Məmməd Əliyevin kabinetində direktor müavini Əsəd Kazımov sinif yoldaşlarım Gülbahar xanımla, Nikolayla yenidən görüşdüm. Bir anlıq 17 yaşıma döndüm. Söhbət o qədər şirin alındı ki, iki saatın necə gəlib keçdiyini hiss etmədim. Birdən Nikolay dedi ki, gəl gedək, məktəbimizin köhnə uçulub-dağılmış binasına baxaq. Onunla təzə məktəbin arxasındakı uçulub-dağılmış məktəbin divarlarının yanına gəldik. Elə bildim sinif yoldaşlarım, müəllimlərim qarşıma çıxacaq...
... Bir anlıq gözlərim doldu, kövrəldim. Sonradan Nikolay uçulmuş otaqları bir-bir göstərərək dedi ki, bax, biz 9-cu sinifdə bu sinifdə oxumuşuq. Yadındadı, sən də məni itələdin, başım dəydi partaya şişdi. Sonra dəsmalı isladıb şişən yerə qoydunuz və müəllim gələnə qədər şiş yatdı. Bax, bura Əvəz müəllimin kabineti olub. Bu yer isə həmişə görüş keçirilən ünvandı. Bundan o yana rəhmətlik Əliş müəllimin emalatxanasıdı...
Bir-bir Nikolay həmin yerləri mənə göstərir. Yenidən kövrəlirəm və gözlərim dolur. Elə bilirəm ki, Əvəz müəllim qəfil bu uçuq-sökük yerdən çıxacaq və mənim qulağımın dibinə bir şillə vuracaq. Kaş çıxaydı və o müqəddəs şilləni mənim qulağımın dibinə vuraydı...
Nikolay nə illah eləyir ki, gedək bir tikə çörək kəsək. Elə Məmməd müəllim də, Əsəd müəllim də məni çörəyə dəvət elədilər. Çox sağ olsunlar! Süfrələri açıq, çörəkləri həmişə bol olsun. Deyirəm ki, nəvələrim və qızım məni gözləyir. Özü də süfrə açıblar, vaxt da azdı. Gedib onlara dəyməliyəm, sonra da təcili Bakıya qayıtmalıyam. Nikolay maşına qədər məni ötürür, sonra qucaqlaşıb öpüşürük...
...Maşına əyləşəndə yenidən pəncərədən köhnə məktəbimizin uçulub-sökülmüş binasına baxıram. Sanki xəyallar aləmində həmin illərdən ayrılmaq istəmirəm. Maşın yola düşür. Ürəyim isə doğma məktəbimdə qalır...




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK