ANA SƏHİFƏ / YAZARLAR

Batabata gəlmişəm - Hələlik sonuncu yazı

Əbülfət MƏDƏTOĞLU

22470    |   2016-09-28 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəli, "yeraltı dünya" saydığım və əsl həqiqətdə elə, möcüzəli bir aləm olan "Duzdağı" mərkəzindən çox xoş bir təəssüratla ayrılıb maşına yaxınlaşıram. Və sürücünün gözlərindən oxuyuram ki, onun çox da gəzməyə həvəsi yoxdu. Çünki bir gün öncə axşam qonaqları olacağını söyləmişdi. Necə deyərlər, arifə bir işarə vurmuşdu. Ona görə digər görməli yerləri gəzmək fikrimdən daşınmalı oldum və üzümə baxan sürücüyə "şəhərə gedək" dedim...

Yolüstü diqqətimi çəkən qarpız, yemiş topaları bir anlıq içimdə bir istək yaratdı. Məşhur Sabirabad qarpızından sonra Naxçıvan qarpızının, yemişinin dadına baxmaq məncə pis olmazdı. Sürücüdən xahiş edirəm, maşını yolun kənarına çəkir. Düşüb qarpız, yemiş satan oğlana yaxınlaşırıq. Qiymətlər çox da baha deyil. Ondan bir qarpız, bir yemiş çəkməsini xahiş edirəm. Bu işdə sürücü də ona köməklik göstərir. Onun fikrincə qarpızın, yemişin ən yaxşısını seçib alırıq. Otelə dönürük. Qarpız, yemişi otağa qaldırıram. Əl-üzümü yuyub pəncərə önündə dayanıram. Axşama, yəni günün sonuna təqribən iki saat vaxt qalır. Bu iki saatı gəzmək olardı. Amma neyləyim ki, belə alındı. Bu düşüncələr içərisində öz-özümə qərar verdim ki, elə buradaca gördüklərimin, duyduqlarımın qeydlərini aparım. Şəhərə qayıdanda işim asan olsun. Kağız-qələm götürdüm. Bugünkü təəssüratımın qeydlərini yazmaq istədim… Alınmadı!


Çünki Batabata qalxanda keçib getdiyim yol mənə doğulduğum kəndin yolunu, saysız-hesabsız gediş-gəlişim olan Şuşa dolamalarını xatırlatdı. Xəyalım bir anlıq o yerlərə uçub getdi. Özüm də bilmədən Batabat yolu ilə Şuşa dolaylarının, həmçinin kəndimin yolunun bir paralelləşdirdim. Nə qədər də bir-birinə oxşayırdı. Özümdən asılı olmadan içimdən bir dua gəldi: Allah bizə rəhm etsin! Heç vaxt Batabata gedən yolla düşmən, eləcə də namərd bir kimsə gəlib keçməsin! Şuşa dolaylarının taleyi, kəndimin yolunun aqibəti bu yerlərdə yaşanmasın!


Bir küskün ürəklə çıxmışdım yola

Kirpiyim nəm çəkdi, şehdən ağladım…

Küləyi qoymurdum saçımı yola -

Burdasa bir xəfif mehdən ağladım…


Yuxuda gördükcə əsir kəndimi

Zaman bağlayırdı bərə-bəndimi…

Əlincə dikəltdi sınıq qəddimi -

İçim dən perikən "ehh"dən ağladım!


Edib ürəyimin ziyarətini

Daddım Zorbulağın bal - şərbətini!

Hər kəsin məhəbbət, var sərvətini -

Alıb, bir ömürlük behdən ağladım!..


Öz duama özüm "amin" dedim. Və onu da xatırladım ki, bəzən rayon qəzetində işləyəndə işdən gec çıxıb avtobusu "qaçıranda" kəndə 17 kilometrlik yolun çox böyük hissəsini, bəzən də lap sonacan o qədər piyada getmişəm ki, ona görə də hər kol, hər daş mənə əzizdi. Batabatda göl kənarında gəzib-dolaşanda da, üzü Dərələyəzə tərəf dırmaşıb baxanda da mən eyni hissləri yaşamışdım. İndi otel otağında qeydlərimi yazmaq istəyəndə də həmin hissləri təkrar yaşadım… Yox, yaza bilmirəm! Durub şəhərə düşürəm. Gəzə-gəzə oteldən üzü aşağı, yəni istirahət parkına tərəf gedirəm. Şəhərin içərisindəki səliqə-səhmanın barəsində təkrar heç nə demək fikrində deyiləm. Sadəcə, burada rastlaşdığım bir məqamı xüsusi olaraq vurğulamalıyam. O da sürücü və piyada mədəniyyətidi. Təsəvvür edin ki, piyadaların demək olar ki, hamısı yolu, onlar üçün işarələnmiş yerdən keçirlər. Sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən maşını əyləməyə başlayırlar. İnanın ki, həmin məqamda özümdən asılı olmadan dedim:

- Gözünə dönüm Bakı, indi maşınlar nə şütüyərdi burda, piyada da güclə qaçıb canını qurtarardı... Siqnal səsləri də ki, cürbəcür… Nə isə…

Parka tərəf keçirəm. Adamlar iki bir, üç bir oturacaqlarda əyləşiblər. Və yaxud kimlərsə gəzişir. Uşaqlar da öz aləmlərindədi. Onların təbəssümü, gülüşü elə Bakıdakı kimidi. Çünki uşaqlar hər yerdə eynidi - şən, dəcəl, sevmli. Amma yaşlılar bir az fərqlidilər. Bilirsiniz nədə? Yəni, mən burda ucadan danışan, başqasına öz səsiylə, davranışıyla problem yaradan bir kimsəyə rast gəlmədim. Hamı normal şəkildə söhbətini edir, hətta deyib-gülür də. Bu, artıq insanın özünün özünə hörmətidi. Mən belə başa düşdüm. Ona görə boş oturacaqların birində əyləşib siqaret çıxardım, yandırdım. Və gördüm ki, ətrafdakılar mənə bir az qəribə baxdılar. Öncə öz-özümə diqqət yetirdim. Birdən başa düşdüm ki, əyləşdiyim oturacağın yanında zibil qabı yoxdu. Ayağa qalxıb zibil qabı qoyulmuş yerə yaxınlaşıb siqareti orda çəkdim. Bu həmin baxışların mənə iradı idi. Yəni, ictimai qınaqdan dərs aldım və parkı gəzib-dolaşmaqda olduğum məqamda bir şey də mənim üçün maraqlı oldu. O da burada göstərilən mədəni xidmət idi. Adətən uşaqlar istirahət parkında, əyləncə yerlərində meyvədən, şirniyyatdan istifadə edirlər. Burda da var idi. Amma valideynlər uşaqlarını gözdən qaçırmırdılar. Elə uşaqlar da valideynləri anlayırdı. Ona görə də atmaq istədikləri müəyyən bir şeyi dərhal valideynlərinə verirdilər. Böyüklər onları ya əllərindəki kisəyə qoyur, ya da yaxınlıqdakı zibil qutusuna atırdılar. Bu məqamda da Naxçıvanın təmizlik işlərinə baxanlara, yəni süpürgəçlərə ölkənin digər şəhərlərindəki həmkarlarının necə həsəd aparacağına heç şübhəm qalmadı…

Mən Naxçıvan şəhərində demək olar ki, əksər inzibati binaların önündən keçdim. Hamısı müasir, hamısı səliqəli və hamısı da bir-birini tamamlayan bir formada, özü də hasarsız. Bu binalar bir kompleks yaradır. Bu kompleks də təbii ki, adamın gözünü yormur. Əksinə, onun həm yadda qalmasına, həm də xarici görkəmiylə barəsində eşitdiyim sözlərin üst-üstə düşməsinə imkan verir….

Gəzə-gəzə bir-iki marketə də baş çəkdim. Aldığım siqaret və bir də bir-iki ədəd badamlı oldu. Hiss etdim ki, marketlərdə kənardan gələn müştəriləri dərhal tanıyırlar. Bu məndə bir maraq yaratdı. Satıcı oğlandan ərkyana şəkildə soruşdum:

- Deyəsən qonaqları dərhal tanıyırsınız.

Gülümsəyərək dedi:

- Əlbəttə, birinci onların ləhcəsindən hiss olunur, ikincisi də davranışlarından. Ümumiyyətlə, ən çox İrandan qonaqlar gəlir. Başqa millətlərin nümayəndələri daha çox ingilis dilində, bir də bir-iki rus sözləri işlətməklə nə istədiklərini çatdırırlar…

Mən marketdə gördüyüm İran vətəndaşlarının əksəriyyəti qadınlar idi. Sanki azadlığa çıxmış bir şəkildə hay-küylə alış-veriş edirdilər. Nə isə…

Artıq saat 22-yə yaxınlaşır. Otelə qayıdıram. 13-cü mərtəbəyə qalxıb axşam yeməyi götürürəm. Bu "açıq büfe" restoranda xeyli adam var. Mən burda bir cavan oğlanla tanış olmuşam. Adı Elvindi. Dediyinə görə, Naxçıvanın ən ucqar kəndlərindən olan Tividəndi. Burada çalışır. Çox mədəni, yaşına görə diqqətcil, zirək, həm də ünsiyyətcil oğlandı. Elə, ilk görüşdən dostlaşmışıq. Mən restorana daxil olan kimi dərhal yaxınlaşıb özü xidmət göstərməyə cəhd edir və mən də bu fürsətdən istifadə edib ona suallar verirəm. Naxçıvan barəsində soruşuram, işindən-gücündən xəbər tutmağa çalışarm. O da məmnuniyyətlə cavab verir və bildirir ki, ən yüksək nöqtədə yerləşən kəndlərinin yolları da, abadlığı da çox yüksək səviyyədədi. Onun dediyinə görə, Ali Məclisin sədri dəfələrlə bu kənddə olub. Orada xidmət keçən əsgərlərimizlə görüşüb. Suallarımın cavabında Elvin söylədi ki, burada işləyib ailəsinə kömək edir. İnşallah, özü də ali təhsil almaq niyyətindədi. Mən ona uğurlar diləyirəm…


Otağa qayıdıram. Gec də olsa indi Naxçıvandakı dostlara telefon açmaq olar. Öncə İbrahim müəllimlə danışıram… sonra Asim müəllimlə… sonra Hüseyn müəllimlə. Sabah Bakıya qayıdacağımı söyləyirəm. Onlar da öz növbələrində təyyarənin vaxtını soruşurlar. Tezdən heç olmasa görüşməyi, yola düşməmişdən öncə bir stəkan çay içməyi təklif edirlər. Belə də razılaşırıq. Sonra şair dostum Əbülfəz Ülviyə zəng vururam. Səsində bir kədər duyuram. Öyrənirəm ki, bir nisgil yaşayıbdı. Ona təsəlli verirəm. Əbülfəz müəllim israr edir ki, bir gün də qalım Naxçıvanda. Çünki o, Bakıdadı. Mərasimi yola verib ayın 13-də qayıdacaq Naxçıvana. Təşəkkürümü bildirirəm və artıq geriyə bilet aldığımı söləyib "inşallah görüşərik" deyirəm.

… Səhərə qədər düşünürəm. Naxçıvanda tarix və ədəbiyyat muzeylərini, Cəlil Məmmədquluzadənin, Bəhruz Kəngərlinin ev muzeylərini, Arpaçayı, Gəmiqayanı, daha haraları görə bilmədim. Amma ümidsiz deyiləm. Düşünürəm ki, nə vaxtsa dəyərli dostlardan kimsə ya dəvət edər, ya dəstək verər gedib Naxçıvanın payızını da, qışını da, yazını da görərəm. Görmədiyim, amma arzusunda olduğum Məmməd Arazın ev muzeyini ziyarət edərəm. Ümumiyyətlə, bu torpağı gəzib onun suyunun, havasının, bar-bərəkətinin bütün ləzzətini varlığıma hopduraram. Çünki mən torpaq acıyam, torpaq həsrətlisiyəm. Naxçıvanda olanda o həsrəti bir az ovuda bildim. Elə buna görə də burda gördüklərimin hamısını bacardığım kimi kağıza da köçürmək istədim. Bilmədim alındı yoxsa yox, amma mən daxilən bu anın özündə də özümü o torpağa doğma sayıram, ruhumu orda görürəm. Və üzümü ordakı dostlara tutub deyirəm:


Mən xəyal qurmuşdum gəlməzdən öncə

Gəldim xəyaldan da gerçəyi gördüm…

Bu qədim torpağa enib düşüncə -

Göydən seyr etdiyim göyçəyi gördüm!


Dörd yandan üzümə güldü yaşıllıq

Özümü his etdim Cənnət bağında!

Xəyalla gerçəklik düşdü qarışıq -

Hava limanında - bu sübh çağında!


Küçələr ürək tək geniş, işıqlı

Abadlıq boyuna biçilmiş şəhər…

Mənə elə gəldi bütün dünyaya -

Burdan baxır günəş - açılır səhər!


Fikrimdə keçmişi, gəzdim bu günün

Tarixə baş çəkdim mən Naxçıvanda!

Gəlibdi dilimə qoy deyim düzün -

İş bilən başdadı Nəqşicahanda!


Bəli, bu gün Naxçıvanla bağlı hələlik sonuncu yazını yazdım. Amma bu mənim inancıma görə sonuncu deyil. Yəqin ki, nə vaxtsa görüşəcəyik!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK