Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Bizi tərcüməçi olmadan da başa düşürlər" Adalet.az | "Bizi tərcüməçi olmadan da başa düşürlər" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Bizi tərcüməçi olmadan da başa düşürlər"

Etibar CƏBRAYILOĞLU

13747    |   2016-08-20 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Pantomima Teatrının aktyoru Elnur İsmayılovun fikrincə, aktyor öz bədənini yaxşı tanımalıdır



Tələbə yoldaşları ilə birgə baxdığı "Gəldim ki, olam ğəmin hərifi" tamaşasından sonra fikrini daha da qətiləşdirdi. Çalışmaq arzusunda olduğu teatrı tapmışdı. İstəyinə çatmaq üçün çox da gözləmədi, teatr rəhbərinin icazəsindən sonra məşqləri, yeni tamaşaların hazırlıq prosesini yaxından izləmək fürsəti qazandı. Qısa bir müddət keçdi və Elnur İsmayılov Dövlət Pantomima Teatrının aktyoru kimi işə başladı, bu teatrın səhnəsində müxtəlif rollar oynadı, xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etdi, Prezident mükafatçısı oldu. Bu gün isə artıq o, Dövlət Pantomima Teatrının yüksək dərəcəli aktyorudur.

- Elnur, bu gün Mədəniyyət və İncəsənət Universitetində təhsil alan gələcəyin aktyorlarından soruşsaq, yəqin ki, onlardan cəmi bir neçəsi taleyini Pantomima Teatrı ilə bağlamaq istədiyini deyər...

- Teatr sənətinin bir qolu sayılan pantomimanın özünəməxsus xüsusiyyətləri var. Tamaşaçıya öz fikrini əsasən üz cizgiləri, mimika, bədən plastikası, rəqslə çatdırmalısan. Təbii ki, bu da asan məsələ deyil, aktyor və aktrisadan xüsusi bacarıq tələb edir. Amma mən deməzdim ki, bu janrla maraqlanan gənclər azdır. Tələbələr bizim teatrın tamaşalarına, məşqlərinə tez-tez gəlib baxırlar. Yaradıcılıq prosesini yaxından izləyəndən sonra pantomimanın necə mürəkkəb bir janr olduğunu görürlər. Çətinliyi görüb gedənlər olsa da, gələcəkdə bizim teatrda çalışmaq arzusunda olanlar da var. Onlardan bəziləri hətta yeni tamaşalarımızda rol da alır, bu maraqlı və necə deyərlər, sehrli aləmə düşürlər.

- Bəs sənin özünü bu sehrli aləmə bağlayan nə oldu?

- Orta məktəbdə bədii tədbirlərin hazırlanmasında həmişə fəallıq göstərirdim. Daha çox rəqsin, hərəkətin üzərində qurulan tamaşalarda oynamaqla bağlı xəyallar qururdum. Bu da bəlkə də idmanla məşğul olmağımla bağlı idi. Bir müddət cüdo ilə məşğul olmuşam, iki dəfə qolumdan ciddi zədə alandan sonra idman səhifəsini qapatmaq məcburiyyətində qaldım. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunan ili teatr tamaşalarına baxmağa o qədər də vaxt ayıra bilmirdim, ikinci kursda tələbə dostlarımın təklifi ilə Dövlət Pantomima Teatrına getdim. Həmin gün Füzulinin "Leyli və Məcnun" poeması əsasında hazırlanan "Gəldim ki, olam ğəmin hərifi" tamaşaçı oynanılırdı. Səhnədə baş verənləri izləyəndən sonra başa düşdüm ki, axtardığımı tapmışam. Tamaşa bitən kimi o zaman teatrın həm aktyoru, həm də truppa müdiri Pərviz Məmmədrzayevə yaxınlaşıb fikirlərimi bildirdim. O məni teatrın rəhbəri Bəxtiyar Xanızadə ilə görüşdürdü. Bəxtiyar müəllim tamaşa barədə, pantomima janrı haqqında maraqlı söhbət etdi və teatrdakı məşq proseslərini yaxından izləməyə icazə verdi. Həmin görüşümüzdən sonra bu teatrla maraqlanmağa, məşqlərə və tamaşalara baxmağa başladım. Qısa bir müddət keçdi və Bəxtiyar müəllim məni - ikinci kurs tələbəsini - ştata götürdü, rollar etibar etdi. 2002-ci ildən artıq Dövlət Pantomima Teatrında çalışıram. Bu günə kimi səhnədə az-çox nə əldə etmişəmsə Bəxtiyar Xanızadə başda olmaqla bu yaradıcı və mehriban kollektivin sayəsində olub.
Fürsətdən istifadə edib onların hər birinə minnətdarlığımı bildirirəm.

- Özün də qeyd etdiyin kimi, artıq ikinci kursdan Pantomima Teatrında çalışmağa başladın. Bəs sənət müəllimin, Xalq artisti Əlabbas Qədirovun bu seçimə münasibəti necə oldu?

- Rəhmətlik Əlabbas müəllim böyük aktyor olmaqla yanaşı həm də gözəl pedaqoq idi, bizi həmişə yaradıcılıq axtarışları aparmağa sövq edirdi. Teatr seçiminə gəlincə, heç birimizə qadağa qoymamışdı, əksinə, deyirdi ki, kim özünü hansı teatrda realizə edə bilirsə orada da çalışsın. Əlabbas müəllim öz dəyərli məsləhətlərini tələbələrindən əsirgəmirdi.

- Pantomima janrı öz klassik forması ilə məhdudlaşmayaraq zaman-zaman müəyyən dəyişikliklərə məruz qalıb. Artıq 200 ildən çoxdur ki, sözdən istifadə olunan pantomim tamaşaları hazırlanır. Elə sizin teatrın repertuarında da belə səhnə əsərləri var...

- Düzdür, klassik pantomima tamaşasında ifadə vasitəsi kimi əsas söz yox, hərəkət sayılıb. Amma Marsel Marsonun adı ilə bağlı olan divar göstərmək, kəndir dartmaq kimi elementlərdən artıq nadir hallarda istifadə olunur. İndi heç kim pantomimanı necə deyərlər, lal-kar tamaşası kimi qəbul etmir. Bu gün dünyada rəqs pantomiması, ekssentrik pantomima, akrobatik pantomima janrında tamaşalar oynanılır. Təbii ki, bizim teatrın repertuarında da belə tamaşalar var. Teatrımızın yaradıcısı və baş rejissoru Bəxtiyar müəllim də həmişə deyir ki, bu gün pantomima aktyoru universal olmalı, danışmağı, şeir deməyi, mahnı oxumağı, rəqs etməyi bacarmalı, həm də öz bədənini yaxşı tanımalıdır.

- Dövlət Pantomima Teatrı tez-tez müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edir. Bir gənc aktyor kimi sən belə tədbirlərdə nə görüb-götürürsən?

- Beynəlxalq festivallar, xarici qastrollar bir neçə cəhətdən faydalıdır. Əvvəla, başqa ölkələrdə Azərbaycan teatr sənətini tanıtmaq, təbliğ etmək fürsəti qazanırıq. Repertuarımızdakı ən yaxşı səhnə əsərlərini festival iştirakçılarına, tamaşaçılara göstəririk. Pantomimamın əsas üstünlüklərindən biri də onun beynəlxalq dilə malik olmasıdır, tamaşanın tərcüməyə ehtiyacı yoxdur. Ona görə də getdiyimiz xarici şəhərlərdə tamaşaçılarla dil baryeri olmur.

Yeri gəlmişkən, dünyada pantomima teatrlarının sayı o qədər də çox deyil, onların əksəriyyəti özəl studiya kimi fəaliyyət göstərir, MDB məkanında yalnız Azərbaycanda və Gürcüstanda dövlət statuslu pantomima teatrları var.

İkincisi də siz deyən kimi, öyrənmək, təcrübə mübadiləsi aparmaq baxımından qastrolların, beynəlxalq festivalların əhəmiyyəti böyükdür. Bu günə kimi teatrımız Fransada, Almaniyada, Hollandiyada, Avstriyada, İsveçrədə, Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Bolqarıstanda, Misirdə, Səudiyyə Ərəbistanında keçirilən festival və tədbirlərdə uğurla iştirak edib. Belə səfərlər zamanı başqa ölkələrdəki həmkarlarımızın hazırladıqları tamaşalara baxırıq, fikir mübadiləsi aparırıq, dünya teatrlarındakı yeniliklərdən xəbərdar oluruq.

- Tanınmış qələm sahibi, Əməkdar jurnalist Dağbəyi İsmayılov oğlunun iştirak etdiyi tamaşalara baxırmı?

- Atam məni ilk dəfə səhnədə "Manqurt" tamaşasında görüb. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan həmin tamaşada Nayman döyüşçüsünü oynayırdım. Belə bir monumental əsərin teatrımızda tamaşaya qoyulması atamın çox xoşuna gəldi. Vaxt azlığından tez-tez tamaşalarımıza gəlib baxa bilməsə də həm mənim, həm kollektivimizin yaradıcılıq işləri ilə həmişə maraqlanır.

- Ötən mövsümə Xalıq artisti Bəxtiyar Xanızadənin müəllifi və quruluşçu rejissoru olduğu "Adajio" tamaşası ilə yekun vurdunuz. Həmin tamaşada səni rəqslərin quruluşçusu kimi də tanıdıq. Təklif Bəxtiyar müəllimdən gəldi?

- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, teatrımızın rəhbəri aktyorların hərtərəfli inkişafına çalışır. "Adajio" hazırlananda Bəxtiyar müəllimin təklifi ilə özümü bu işdə sınadım və rəqslərə quruluş verdim. Tamaşaçılar, mətbuat kollektivimizin yeni işini yaxşı qarşıladı. Sevinirəm ki, bu uğurda mənim də payım var. Teatrımız yeni mövsümü də "Adajio" ilə açmağı planlaşdırır.



İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK