SON DƏQİQƏ:

DANIŞMAĞA MƏHKUMAM

  30500   |  
Şriftin ölçüsü  

Sizə səbr diləyirəm

Öncədən deyim ki, bu gün ən asan iş məsləhət verməkdi. Yəni oturursan, qarşında bir stəkan buğlanan çay, ya qulağında telefon, ya da qarşında kimsə, başlayırsan ona yol göstərməyə, məsləhət verməyə. O da ya telefonda hərdən bir «hə», «hı» edir, ya da qarşında tez-tez başını tərpədir. Ürəyində isə nə fikirləşirsə onu bir özü bilir, bir də Allahı. Çünki sən dünyanın ən asan işini görürsən, təbii ki, öz aləmində. O da bir baş bilənin, bir ağsaqqalın tövsiyyəsini dinləyib xoşbəxt olur – yenə sənin aləmində. Əslində isə…

Dərindən oturub götür-qoy edəndə, dağı arana, aranı dağa çəkəndə görürsən ki, ən məsuliyyətli iş elə məsləhət verməkdi, yol göstərməkdi. Çünki onun son nəticəsi məhz o məsləhətdən başlayır. Ona görə də saqqalı ağ olan, yaşı böyük olan hər kəsə ağsaqqal demirlər. Ağsaqqal dünyagörmüş, böyük təfəkkürü olan və bir də hadisələri analiz etmək, nəticə ortaya qoymaq qabiliyyəti olan insanlara deyirlər. Məhşur müğənnimizin dediyini bir az redaktə etsək, yaşın ağsaqqallığa o qədər də dəxli yoxdu…

Bəli, yaxın günlərin söhbətidi. Nəşriyyatın 4-cü mərtəbəsindəki bufetdə əyləşib çay içirdik. Adətən hər səhər 10-15 dəqiqə orda «məşvərət» xarakterli çay içmək mərasimimiz olur. Deməli, oturub çay içirdik. Qəzet adamlarının tanıdığı həmkarlarımızdan biri, yəni Nüsrət gözləmədiyim halda dedi ki, «Mən əclaf danışmağa məhkumam. Danışmayanda, gördüyümü, eşitdiyimi deməyəndə, hətta yüz faiz inandığımı dilimə gətirməyəndə dözə bilmirəm».

Düzünü deyim ki, bu ifadə mənə çox ləzzət edi. Onun «danışmağa məhkumam» ifadəsi mənə təptəzə gəldi. Və elə oradaca bu ifadəni yaddaşıma yazdım. Yaddaşıma yaza-yaza da Nüsrəti dinləməkdə davam etdim. O bildirirdi ki, yaxınlarından biri telefonda yalnış nömrə yığıb və ürəyindəki gerçəyi ona söyləyib. Düşünüb ki, yığdığı nömrə məhz arzuladığı nömrədi. Amma yanlışda da bir naxış var deyiblər. Əslində həmin adam gerçəyi fərqli bir adama etiraf edib, Nüsrətə isə yalnışı söyləyib. Nəticədə ortaya gerçək çıxıb. Bax, Nüsrəti də alovlandıran, özündən çıxaran bu idi ki, ondan gerçəyi gizlətmək mümkün deyil, harda olsa gerçək çıxır ortaya. Elə öncədən onu olduğu kimi söyləmək daha doğru olar…

Əslində bu, çox real bir məntiqdi. Kim olursan ol, özünə yaxın, münasib bildiyin adamla dilinin altında çöp saxlayıb danışmaq doğru deyil. Çünki dil o çöpə öyrənir, alışır və nəticədə də bir də görürsən ki, o qədər yalnışlığa yol verdin, yalnışlıq dilinə gətirdin ki, sonda dediyin gerçəyə də inanan olmadı və qaldın meydanda tək. Nə isə…

Həqiqətən də hadisəni görmək, hadisəyə qiymət vermək və bütövlükdə zamanın rənglərini, havalarını, ortaya qoyduğu hər nədisə onu öz ölçünlə, öz düşüncənlə, öz məntiqinlə ölçüb, biçib dəyərləndirmək, özünü onun içində görə bilmək zənnimcə təkcə bacarıq istəmir, savad tələb etmir. Bu həm də özünün özünə qiymət vermək keyfiyyətini ortaya çıxarır. Kim olduğunu, nəyi bacardığını və ətrafdan necə göründüyünü fəhm edə bilsən, bax onda sənin üçün özünün yaratdığın problemlər olmayacaq. Onda yerini də itirməyəcəksən və sənin yerini də biləcəklər. Bu mənim zaman-zaman öz üzərimdə sınayıb çıxardığım, ortaya qoyduğum həyat kredomdu. Heç vaxt boyumdan, gücümdən, qabiliyyətimdən və bir də bacarığımıdan çox-çox fərqli olan yerlərdə görünməyə can atmamışam, o cür yüklərin altına çiyin verməmişəm. Yıxılıb, daha doğrusu, o yükün altında dişimin, belimin sınmasını istəməmişəm. Amma görünür insanlar fərqli olduğu kimi, onların baxışlarının da fərqli olması sonda bir xaotik durumun yaranmasına gətirib çıxarır. Lap çılpaq desək, kimsə başqa bir kimsənin yerinə iddia edir. Başqa bir kimsə də özündən çox-çox güclü, qabiliyyətli, ağıllı, imkanlı birisinin meydanına çıxıb onunla üz-üzə gəlməyə çalışır. Nəticə isə təbii ki… Bu, bəlli olan bir məğlubiyyətdi. Bax elə mən də o məğlubiyyətə düçar olmamaq üçün oturduğum, durduğum yeri min dəfə ölçüb-biçirəm, min dəfə özümün o yerə uyğun olub-olmadığımı bütün incəliklərə qədər araşdırıram.

Hə, indi yazımın ilk cümləsində işlətdiyim məsləhət sözünə qayıdıram. Artıq son günlərin siyasi mənzərəsi də göstərir ki, dünyada baş verən ən kritik hadisələr məhz məsləhət vermək məsuliyyətini dərk etməyənlərin başının altından çıxır. Buna görə də dövlətlər, xalqlar, bütövlükdə bəşəriyyət narahatlıq yaşayır. Bundan yayınmağın, bundan qurtulmağın yolunu tapmağa çalışanlar baş sındırırlar. Məgər həmin o, özündən «ağsaqqallar», məsləhətçilər bu qədərmi kor idilər, kar idilər? Hər halda nəticəni zaman göstərəcək. Amma zaman da bəzən öz ütüsü ilə hər şeyi vaxtında ütüləyib yerinə qoya bilmir, gecikir. Onda dəvəni aparıb ulağın quyruğuna bağlamış olurlar. Nə isə… Bax, bu yerdəcə bir şeir dilə cətirirəm. Düşünürəm ki, indi onun yeridi, məqamıdı.

yorulmuş

bir at,

həm də

ulaq

quyruğuna bağlanmış…

indi sən

özün

barəmdə

xəyal qur

təsəvvür yarat…

və gör ki,

məni

hansı nöqtəyə

gətirib çıxardı

həyat!..

sən

sonra istəsən

özün

bir ad tap

buna -

hər şeyi

ifadə edən

ad!

***

Hər günün, hər saatın öz hökmü var, deyiblər. Mən buna şübhə etmirəm. Bütün günlərin, bütün saatların hökmünü təbii ki, həmin o prosesin baş verdiyi anda tutmaq, duymaq hər adama nəsib olmur. Üstündən bir azacıq zaman ötəndən sonra adam hiss edir ki, çıxarılan hökm onun xeyrinə və yaxud əleyhinə işləyir. Və bunu hiss edib, götür-qoy edəndə unudur ki, artıq başqa bir hökm hazırlanır. Deməli, həyatı, günü, saatı elə nizamlamalısan ki, onun çıxardığı hökmlər səni yaşama bağlasın, səni yaşatsın, səni faydalı bir iş görməyə ruhlandırsın - istər özün üçün, istər cəmiyyət üçün. Və bu işin səfası cəfaya çevrilməsin.

Bilmirəm fikirlərimi çatdıra bildim, yoxsa yox. Amma həqiqətən də olanları, olmuşlar yaddaşda təzələyəndə daha dərindən anlayırsan ki, nələri itirmisən, nələrdə günahlara, nöqsanlara şərait yaratmısan, imkan vermisən, iştirakçıya çevrilmisən. Amma bunu anlamağım özu sadəcə təsəllidi və bu təsəllini də «keçənə güzəşt» deyərlər yorğanı ilə üstün örtüb uzaqlaşmaq, dünəni unutmaq istəyirsən. Amma bilmirsən ki, özündən qaçmaq mümkün deyil. Əgər özündən qaçmaq mümkün olsaydı, onda ən azı cinayət törədənlərin yüzdə doxsan doqquzu bir yalançı da olsa özü üçün xoşbəxt, rahat durum yaratmış olardı. Düşünərdi ki, törətdiyi qətllər, şərəfsizliklər, namərdliklər onu izləmir. O, əməllərinə cavabdeh deyil, məsuliyyət daşımır – nə Allah qarşısında, nə bəndə qarşısında!

Mənə elə gəlir ki, Tanrı bilərəkdən bizi özümüzdən qaçmağımıza yol qoymayıb, şərait yaratmayıb. İstəyib ki, biz dünənimizdən, əməllərimizdən qopub ayrıla bilməyək. Dünənə, əməllərə söykənib azacıq da olsa məsuliyyət anlayışını, hissini içimizdə yaşadaq. Doğrudur, etiraf anı da var. Lakin bütün etirafların bağışlanıldığına, qəbul olunduğuna mən inanmıram. Bu, mümkünsüz bir işdi. Bəzən deyirlər ki, etiraf böyüklükdü. Olsun. Buna qarşı çıxmıram. Ancaq məsuliyyətsizlik edib nə vaxtsa canını etirafla qurtaracağını düşünənlərin nə qədər yanıldığını həyat hər zaman bizələrə göstərib, bundan sonra da göstərəcək.

İndiki anda ən böyük etiraf məhz Nüsrətin dediyi kimi, gerçəyi danışmaq, yazmaq vəzifəsidi, məsuliyyətidi. Elə bundan başlayır etiraf məncə. Əgər mən yazdığımda, danışdığımda məsuliyyət hiss edirəmsə, deməli, bu həm də etirafdı. Neyləmək olar ki, bugünkü söz camiəsində məsuliyyətsizliklə etirafı qarışıq salan, qarşı-qarşıya gətirən, unudan, bir sözlə, öz arşınları ilə çıxış edənlər yetərincədi. Ona görə də indi söz bir növü sabun köpüyünə çevrilib. Kim necə istəyirsə, ondan o cür də istifadə edir. Sonluq isə ürəkağrıdan olur.

Elə duyğularda, hisslərdə də məsuliyyətlə etirafı paralel tutmayanlar, görməyənlər az deyil. Onlar da yanılırlar, onlar da hisslərin duyğuların yaratdığı məsuliyyətin etiraf qapısına getdiyini dilə gətirməkdən ya çəkinirlər, ya da buna əhəmiyyət vermirlər. Amma nahaq. Çünki…

Canımda bir ağrı var

Ağrı dil ağrısıdı.

Onsuz ötən günlərin -

Bitməz il ağrısıdı!..

Yurddan didərgin düşən,

Canımda artıb şişən,

Bağrımı ox tək deşən -

Qaçqın el ağrısıdı!..

Gözümdən gözün çəkən

Üzümdən üzün çəkən

Bu qədər uzun çəkən -

Nazlı gül ağrısıdı…

***

Biz öz baxışlarımızı cilalayanda daha çox gerçəyə söykənməyə çalışırq. Yəni reallıq daha böyük təsir gücünə malik olduğu üçün ondan qaçmaq o qədər də asan deyil. Lap qaçsan da sonda ya gedib divara, səddə çatacaqsan, ya da yıxılıb özünü şilküt edəcəksən. Bu isə ağıllı adamların arzulamadığı bir nəticədi.

Bax, bu mənada mən də düşünürəm ki, istər siyasi müstəvidə, istər mədəni həyatda baş verənlərin hamısı mütləq bir şəkildə nədənsə qaynaqlanır, nəyinsə üzərində qurulur. Deməli, o nəyisə də böyük ağıllar və qeyri-adi güclər idarə edirlər, yaradıb ortaya qoyurlar. Bizlər, yəni ətraf aləm isə həmin o ortada olanın çevrəsini təşkil edirik. Hərəmiz öz imkanımıza, öz gücümüzə, öz bacarığımıza, öz ağlımıza, öz məntiqimizə görə ona yanaşır, ona uyğunlaşır, ona qiymət veririk. Təbii ki, yanlışlıqlar da olur. Bu, qaçılmazdı. Ən azından ona görə ki, hərənin baxış bucağı özünün ölçüsü ilə ölçülür. Və mən də öz baxış bucağımda həmişə öz ölçülərimlə çıxış edirəm. Bunu bir hökm kimi ortaya qoymuram. Lap sadə şəkildə ifadə etsəm, mənim baxış bucağımdakılar mənim mülahizələrimdi, mənim təxminlərimdi. Oxucu və yaxud dinləyici onu öz baxış bucağında görə bilirsə, bu mənim sözümün, qələmimin uğurudu, məntiqimin bəhrəsidi. Yox, əgər hər şey düşündüyümün əksinə alınırsa, deməli mən günü, saatı, zamanı özüm öz əlimlə yellərə verirəm, boşuna xərcləyirəm. Bunun günahı da özümdədi…

Bəli, bu gün yazan da çoxdu, danışan da çoxdu, məsləhət verən də. Oxuyanın çox olduğuna şübhəm var, elə dinləyənin də. Amma buna baxmayaraq, mən də yazmağa, danışmağa məhkumam. Özü də mən yazdığımı, danışdığımı ağlımın və ürəyimin süzgəcindən keçirəndən sonra dilə gətirirəm, kağıza köçürürəm. Yəni öz baxış bucağıma çevirirəm. Ona görə də məsuliyyətini də anlayıram. Ancaq onu da unutmuram ki, məhkum olduğumu yazmaq, danışmaq haqqı kimlərinsə məcburi şəkildə qəbul etməsi üçün mənə verilməyib. Daha dəqiq ifadə etsəm, yazdıqlarımı, danışdıqlarımı oxumaq, dinləmək məcburiyyət deyil. O məcburiyyət mənim özümə aiddi. Siz isə dinləsəniz də, oxusanız da və yaxud əksinə, qərar versəniz də yenə mənim məhkum olduğum danışmaq, yazmaq haqqım özümdə qalacaq. Sadəcə, sizə mən ancaq səbr diləyirəm, yazılanları oxumaq, deyilənləri dinləmək üçün. Axı bu səbrin bir ucu da məni tutur.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK