Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

Masallı rayonu Xoşçobanlı kəndi ərazisində baş verən cinayət işinin motivi məlum olub.
Adalet.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Nəticədə 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda polis tərəfindən hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
09:02
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.
Digər Xəbərlər

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli

Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya MÜRACİƏT

OMON-çular daha bir azərbaycanlını öldürüb

OMON dəstələri Seyfəddin Hüseynlinin qardaşlarını öldürdü - 9 azərbaycanlı saxlanılıb + YENİLƏNİB

Bağı narkotik plantasiyasına çevirdi, videokamera ilə izlədi

DİN BNMİ-dən növbəti əməliyyat - 60 kq narkotik aşkarlandı - VİDEO

Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri
