01 Iyul 2025 14:23
99
GÜNDƏM

Polis ən ağır günlərdə belə dövlətin və xalqın yanında olub

2 iyul- Azərbaycan Polisinin Peşə bayramıdır!      

Kim nə deyir, desin Azərbaycan Polisi dünyanın ən peşəkar polisidir! Çünki onun maddi- texniki bazası Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da möhkəmlərnib.Başqa sözlə demiş olsaq polisin hər tərəfli və peşəkar fəaliyyəti üçün dövlətimiz  üçün əlverişli şərait yaradıb. Məhz buna görə də bu gün qürurla deyə bilərik ki, polis dövlətçiliyimizə  və xalqımıza sədaqətli xidmət edir. Və dünyanın heç bir yerində olmayan sabitliyi ölkəmizdə  onlar yaradıblar.

Dəfələrlə Avropa ölkələrində olmuşuq, amma orada gecələr şəhəri çıxıb gəzmək bir o qədər də asan məsələ deyil. Niyə uzağa gedirik. Elə yaxınlığımızda olan Rusiyanı götürək, Moskvada olanda  bizə dedilər ki, axşam saat 9- dan sonra  şəhərə çıxıb gəzməyin. Hər an cinayətkar ünsürlər sizə xəsarət yetirə bilər. Sonradan da gördük ki, deyilənlər düzmüş. Amma Bakıda və digər şəhərlərimizdə  gecənin hansı saatlarında desən küçəyə çıxıb, gəzə və istənilən yerə gedə bilərsən! Bayaq dediyimiz kimi, polis çox nadir ölkələrdə olan sabitliyi ölkəmizdə yaradıb.Polisin vəzifəsi ictimai asayişi qorumaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdır.

Bu vəzifənin də öhdəsindən Azərbaycan Polisi yüksək peşəkarlıqla gəlir. Onu da qeyd edək ki, ölkəmizdə dövlətciliyin  qorunmasında , eləcə də Birinci və İkinci Qarabağ savaşında Azərbaycan Polisi çox böyük qəhrəmanlıq göstərib. Nə qədər polis əməkdaşı müharibədə şəhid olub və ondan da çox əməkdaş güllə, qəlpə yarası alaraq qazi adını qazanıblar. Bununla yanaşı, cinayətkarlığa qarşı mübarizədə də polis şəhidlər verib və kriminal elementləri zərərsizləşdirilib, güllə, bıçaq yarası alanlar olublar.

Azərbaycan Polisi heç vaxt ölümdən qorxmayıb. Dövlət və xalq üçün təhlükəli sayılan cinayətkar dəstələri elə  yerindəcə zərərsizləşdirib. Bunu dövlətimiz və xalqımızda gözəl bilir. Biz yaxşı bilirik  ki, Qarabağda antiterror əməliyyatı keçirilərkən Azərbaycan Polisi hansı peşəkarlığı və igidliyi göstərib. Mən də belə tədbirlərdə bir jurnalist olaraq yaxından  iştirak etmişəm və polisin qəhrəmanlığının şahidi olmuşam. Çünki onlar aslan kimi, pələng kimi döyüşüblər.Çevik Polis Alayının əməkdaşları həmişə bu mübarizənin önündə gedib.

Bu gün fəxrlə deyə bilərik ki, Çevik Polis Alayı çox yüksək səviyyədədir və onlar bütün əməliyyatları peşəkarlıqla yerinə  yetirirlər. Alayın Binəqədi, Xətai, Suraxanı, Nizami bölükləri öz üzərlərinə düşən vəzifəni bacarıqla yerinə  yetirir, kütləvi tədbirlərdə  insanların təhlükəsizliyini peşəkar səviyyədə təmin edirlər. Xalq da görür ki, həqiqətən polis onları qorumağı bacarır. Yol polisi də hərəkətin təhlükəsizliyinin təmin edilməsində çox işlər görüb və bu gün də görür.

Elə arasında belə bir deyim var: " Mənim polisim, məni qoruyur!"   2 iyul-Azərbaycan Polisinin Peşə bayramıdır. Bu bayram münasibətilə Daxili İşlər Naziri, polis general- polkovniki cənab Vilayət Eyvazov başda olmaqla, generaldan tutmuş sıravi əməkdaşlara  kimi bütün polislərimizi  təbrik edir, olanlara cansağlığı arzulayır və deyirik:" Azərbaycan Polisi, siz bizi qoruyursunuz, Allah da sizi qorusun!" Və dünyanın ən güclü polisi  Azərbaycan Polisidir!

Faiq QİSMƏTOĞLU