30 Iyun 2025 13:04
126
MƏMLƏKƏT

Gəncədə ziyarət kimi  görüşlər: Qazilər, şəhid ailələri və...

Söhbətimizə başlamamışdan əvvəl bildirək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin "Şəhid ailələri ilə iş" adlı layihəsi olub. Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərə köçmüş əhalinin adaptasiyası məqsədilə də şəhid ailələri və qazilərlə görüşlər planlaşdırılıb.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il "Azərbaycan Konstitusiyası və Dövlət Quruculuğu İli" elan olunub. Bu baxımdan, layihənin icrası da bütövlükdə Konstitusiya ilinə bir töhfə və hədiyyə kimi qiymətləndirilir.

Gəncədə  canlı şəhidlərimizlə görüş: Qazilərimiz!

Beləliklə, layihənin icrası çərçivəsində növbəti tədbir Gəncə şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri, QHT-lər, ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini sonra isə Şəhidlər xiyabanıziyarət edilib. Rəsmi hissədə Himnimiz səsləndirilib və ardınca ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 
Tədbiri Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas açaraq tədbir iştirakçılarını salamlayıb və layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir, QHT-lər isə bu missiyanı ictimai dəstək tədbirləri ilə tamamlayır.
Radə Abbas qeyd edib ki, "Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyi olaraq, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi, psixoloji və hüquqi dəstəklə təmin olunması üçün daim fəaliyyət göstəririk:" Layihəmiz çərçivəsində müxtəlif bölgələrdə tədbirlər keçirərək bu ailələrin ehtiyaclarını dinləyir və dəstək veririk."



Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov da çıxışında dövlət tərəfindən qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı davamlı olmasını diqqətə çatdırıb:"Müharibədə iştirak edən igidlərimizin qəhrəmanlığı tariximizin şanlı səhifələridir. Onların xidmətləri daim yüksək qiymətləndirilir".

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, tarix elmləri doktoru Azad Bayramov isə Azərbaycanın tarixində müstəqilliyin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərin yerinin əvəzolunmaz olduğunu bildirib.


"Telli Sənəm" jurnalının şöbə müdiri Nailə Nübar, Şairə Dəniz Əlizadə , şəhid anası, qazi Nailə Ələkbərova çıxışlarında birliyin fəaliyyətini yüksək qiymətləndirərək onlara uğurlar diləyib.
Tədbirin sonunda Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyi tərəfindən şəhid analarına layihə adından qiymətli hədiyyələr təqdim olundu.

 

Gəncədə şəhid ailəsinin ziyarəti: Bir ananın sevinci 


Məlum layihənin növbəti tədbiri 12 iyun 2025-ci il də Gəncə şəhərində Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakultəsinin tədbir salonunda baş tutdu. Tədbirdə ümumilikdə 70 nəfərdən çox iştirakçı var idi.

Tədbirin təşkilatçısı Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Radə Abbasla söhbətimizdə o bildirdi ki,
şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrindən ibarət iştirakçılarla görüşdən sonra şəhid evlərinə getməyi planlaşdırdıq: "Keçirilən tədbirdə şəhid analarına layihəmiz adından hədiyyələr paylanıldı.

Tədbirdən sonra təşkilatımızın Səbail rayon şöbəsinin sədr müavini Şəhla xanım Hüseynova ilə birlikdə Gəncədə yaşayan müharibə veteranı, şəhid Rəşad Ələkbərlinin anası Nailə xanımın evində qonaq olduq. Dərdini şərik olduq, problemləri ilə maraqlandıq. Nailə xanımın oğlunun adına tikilmiş "Şəhid Bulağı"nı da, Rəşadın şəhidlər xiyabanında olan məzarını da ziyarət etdik. Nailə xanımla bütöv bir gün keçirməklə onunla həmsöhbət olduq. Oğlu ilə bağlı xatirələrini dinlədik. Təskinlik verdik. Nailə xanıma olan sevgimizi, sayğımızı çatdırdıq. Allah rəhmət eləsin, ruhu şad olsu şəhidlərimizin. Bu bizim həmdə vətəndaş borcumuzdur "-deyə birliyin sədri vurğuladı.

Belə tədbirlər bir daha sübut edir ki, şəhid ailələri və qazilər daim dövlətin, cəmiyyətin və vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir.


Əntiqə Rəşid