
SSRİ dönömində kommunistlər xarici ölkələrlə gediş-gəliş əlaqələrini "dəmir pərdə" sistemiylə "yeddi qıfılla" bağlamışdı. Məqsəd, guya sovet vətəndaşlarını kapitalizm "virusundan" qorumaq idi.
Əslində isə, sovet imperiyası istəmirdi ki, insanların dünyaya baxıb gözlərinin açılmasının qarşısını almaq idi.
İndi Rusiyada hazırki rejim, ölkədə baş verən özbaşınslığın, rüşvət və korrupsiyanın, məmur özbaşınalığının pərdə arxası oyunlarını gizlətmək, əhali arasında vahimə yaratmaq məqsədiylə, jandarm rolu oynayan hüquq mühafizə orqanlarının əliylə sovet immperiyasından qalan "dəmir pərdə" prosedurlarının bərpasına strat verib.
Dovlət dumasının spikeri Vyaçedlav Volodin özünün Telegram kanalında sabahdan, yəni iyul ayının 1-dən ölkədə miqratlarla bağı və onların ölkəyə girişlə əlaqədar barmaq izlərinin reestrə salınması, rus dilini və Rusiya tarixini bilmələrinin testlə yoxlanılması, miqrantları ölkə ərazisində hərəkətlərinin izlənməsi və s. kimi prosedurlarla bağlı qanunun qüvvəyə minəcəyini bəyan edib.
Qanun hələ qüvvəyə minməsədə, jandarm rolu oynayan güc strukturları artıq çoxdan miqrant ovuna başlayıblar. Başlıcası da, xüsusi təyinatlı qüvvələriylə yanaşı, miqrantlara qarşı vəhşilişləri ilə seçilən "Rosqvardiya"nın da, cəlladlarından istifadə edirlər.
İyun ayının 27-də Yekatrinburq şəhərində, Rosqvardiya cəlladlarının 10 nəfərdən ibarət azərbaycanlıların yaşadığı evə basqını nəticəsində, onlara heç bir müqavimət göstərməyən ailə üzvülərinin hamısına qarşı vəhşilik törədək, şiddət göstərməsi nəticəsində ailə üzvülərindən ikisini qətlə yetiriblər.
Elə təxminən həmin ərəfədə Sank-Peterburq iqtisadi sammitində çıxışı zamanı, özünün hüquq təhsili olmasıyla öyünən Rusiya Federasiyasının Prezidendi Vladimir Putin, bu kobud qanun pozuntusunu görməzlikdən gəlir və hətta yaxın ətrafının diliylə, hüquq mühafizə orqnlarının "qanun çərçivəsində hərəkət etdiklərini" bəyan etdirir.
Allah heç xeyirlərin verməsin...