01 Iyul 2025 16:58
173
İDMAN

“Barselona”nın futbolçusu Almaniya klubunda

Almaniyanın “Ştuttqart” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniyanın “Barselona” klubundan 18 yaşlı yarımmüdafiəçi Noah Darviçi transfer edib.

Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu 2023-cü ildən Kataloniya klubunun akademiyasında çıxış edib.