SON DƏQİQƏ:

ÖZÜMÜZ DEYİRİK... ERMƏNİ EŞİTMİR

  66238   |  
Şriftin ölçüsü  

Çünki ona ABŞ, Rusiya, Fransa demir

Çox qəribədir, biz özümüz-özümüzlə vuruşmağı, lap loru dildə desəm, didişməyi də kifayət qədər mükəmməl bacarırıq. Az qala bir-birimizin necə yatıb-durmağımızdan, nələr yeyib-içdiyimizə qədərg kiminlə harda görüşüb, kimdən harda ayrıldığımıza qədər hər şeyi nöqtəsinə, vergülünə qədər elə mükəmməl bilirik ki, şübhəyə iynə ucu boyda yer qalmır. Biz onu da çox gözəl bilirik ki, 20 ildən artıqdır ki, özümüz danışıb, özümüz deyib, özümüz dinləyib özümüz eşidirik. Yəni belə çıxır ki, özümüz danışmağı, özümüz özümüzü tərifləməyi, özümüz özümüzü təqdim etməyi, özümüz özümüzü təqhir etməyi, bir sözlə, özümüzlə olmağı daha yaxşı bacarırıq, daha yaxşı bilirik.

Bu sözləri elə-belə, özümüzün özümüzə münasibətimizi ortaya qoymaq üçün yazmıram. Konkret məqsədim var. Elə mən də bu məqsəd naminə öncə özümüzdən başlayıram. Özümüzün bütün hallarda aktiv olduğumuza baxmayaraq, bu gerçəkliyi qəbul etdirə bilməməyimizi xatırladıram, diqqətə çatdırıram. Belə ki, 1988-ci ildən başlayaraq, biz demək olar ki, hər gün, hər yerdə, çayxanadan tutmuş xeyir-şər məclislərinə qədər, adi toplantılardan tutmuş beynəlxalq konfranslara qədər hər yerdə Qarabağdan, torpaqlarımızın işğalından danışırıq. Söhbət ondan getmir ki, biz danışıqlarımızda odlu-alovlu natiqliyimizi büruzə veririk və yaxud əksinə. Söhbət ondan gedir ki, bizim hər yerdə, hər şəraitdə danışdığımızı özümüzdən başqa eşidən olmur. Fakt üçün bir məqama diqqət yetirək.

Elə iki gün öncə xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ danışıqlarındakı şəxsi nümayəndəsi Araz Əzimov mətbuata açıqlama verib. Mətbuat da həmin açıqlamanı çox maraqlı başlıqla təqdim edib. "Azərbaycandan icazəsiz heç kim Dağlıq Qarabağa səfər edə bilməz"??!!...

Çox maraqlı, çox qətiyyətli, mən deyərdim son dərəcə aktual və diqqətçəkən fikirdi. Amma hörmətli Araz Əzimovun söylədiyi bu cəsarətli fikir sadəcə sözdü. Bilirsiniz niyə? Bilmirsinizsə, bir anlıq həmin sözün, həmin fikrin gücünü araşdıraq, ortaya qoyaq, gözümüzün önünə gətirək. İnanın ki, onda nəticəni görüb mənim kimi sizin də əliniz-qolunuz boşalacaq. Çünki bu, yalnız sözdü, fəaliyyət, hərəkət deyil. Belə ki...

Dağlıq Qarabağ problemi başlanan gündən məsələnin çözümü ilə bağlı kifayət qədər mətbuat, hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, dövlət və hökumət nümayəndələri regiona səfərə gəliblər. Hər dəfə də xarici qonaqların birbaşa Xankəndinə səfəri, ya da Yerevandan Xankəndinə gəlişi Azərbaycan ictimaiyyətini qıcıqlandırıb, narahat edib. Hər dəfə də Azərbaycanın XİN-i ya nota ilə çıxış edib, ya da ən sərt halda kimlərinsə (söhbət səfər edənlərdən gedir - Ə.M.) Azərbaycana gəlişinə qadağa qoyulur, adı qara siyahıya düşür. Bununla nə dəyişir ki?! Bəlkə bu addım problemin çözümünə təkan verir? Xeyr, belə bir şey olmayıb.

Çox hörmətli Araz Əzimovun növbəti açıqlaması da elə həmin bundan öncəki açıqlamaların daha bir nüsxəsidir. Ona görə də özümüz öz içimizdə, özümüz özümüzlə danışmaqdan, özümüz deyib özümüz eşitməkdən çıxış yolu tapmalıyıq. Birmənalı şəkildə qəbul etməliyik ki, bizim Bakıda oturub danışdıqlarımız, dediklərimiz ermənilərin vecinə deyil. Çünki onların qulaqlarının arxalarında dayanan güclər, o cümlədən də Minsk Qrupunun həmsədrləri pambıqla tıxayıblar. Tıxanmış qulaqlar bizi eşitmək gücündə, qabiliyyətində deyil. Artıq "him-cim" dövrü də keçib. Deməli, erməniləri başa düşəcəkləri dildə, anlayacaqları şəkildə öz yerlərində oturtmaq lazımdı. Onlara sözü erməninin qandığı, qarşısında diz çökdüyü dildə, şəkildə demək lazımdı. Özü də bu gerçəyin yolunu da tapmaq bizim borcumuzdu. Başqa cür mümkün deyil.

İnanın ki, hörmətli Araz Əzimovun əvəzinə həmin sözləri, həmin fikirləri hörmətli XİN rəhbəri Elmar Məmmədyarov cənabları desə də belə, ermənilər onu eşitməyəcək. Çünki ermənilər bizim dili bilmir və yaxud du bu dili unudublar. Onlar indi ABŞ-ın, Rusiyanın, Fransanın dilini mükəmməl bilirlər. Onlara da həmin dildə demək lazımdır ki, ay erməni, darıdan çıx!!! Və bir də Xankəndinə səfər edənlərə də məhz həmin üç dildə eyni sözü təkrarlamaq lazımdır ki, mənim icazəm olmadan Qarabağa səfər etmə. Əks halda, sərt sanksiyalar, hətta dövlət sərhəddini pozduğunuza görə beynəlxalq məhkəmə ilə üzbəüz qala bilərsiniz. gBu mənim təklif etdiyim üsuldu, yanaşmadı. Yəqin ki, bizim XİN-də də ehtiyat variantlar kifayət qədər var.

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK