adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
04 Dekabr 2021 12:06
332
MƏMLƏKƏT
A- A+

Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?

Qazilərin müalicəsinin Azərbaycanda mümkün olmaması faktı təsdiqləndikdə, "YAŞAT" Fondu hesabına onlar xarici ölkəyə göndərilir.

Adalet.az-ın məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov Real TV-yə müsahibəsi zamanı deyib.

E.Hüseynov bildirib ki, bunun üçün Azərbaycanın aidiyyəti səhiyyə təşkilatlarının sənədi olmalıdır:

"Sözügedən sənəd fonda daxil olduqdan sonra biz müalicə üçün Türkiyə ilə danışıqlara başlayırıq. Bu günə qədər 150 qazimiz fondun dəstəyi ilə Türkiyəyə göndərilib. Onlardan 117-si vətənə geri qayıdıb. Hal-hazırda 33 ağır yaralı qazimizin müalicəsi Türkiyənin müxtəlif xəstəxanalarında davam etdirilir", - deyə o bildirib.

Fond rəhbəri müalicə üçün Türkiyənin seçilməsinin səbəblərini də açıqlayıb:

"İlk növbədə ünsiyyət, kommunikasiya baxımından hər hansı bir problem yaşanmır. Eyni zamanda Türkiyə bizə qardaş ölkədir. Biz əmin olmalıyıq ki, qazilərimiz güvənli, etibarlı əllərdədir. Onlar bizim qazilərimizə öz qaziləri kimi yanaşacaqlar. Bu həqiqətən də belədir", - deyə E.Hüseynov vurğulayıb.