adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Dekabr 2021 10:28
704
HADİSƏ
A- A+

Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü

Şabran rayonunda bədbəxt hadisə baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-də rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.