adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 10:16
36
MARAQLI
A- A+

Heyvanların hüquqları qorunur, insanların yox!

Son vaxtlar Bakıda çoxlu sayda insan itlərin hücumuna məruz qalmaqlarından narazılıq edirlər. Onlar deyirlər ki, biz səhər və axşam saatlarında küçəyə çıxa bilmirik.

Çıxan kimi it  sürüsü ilə üzləşirik.Həmin anda itlər bizə hücum edirlər . Bizim bir neçə qonşumuzu it tutub. Bir dəfə Qobu qəsəbəsində itlər bir qadına hücum eləmişdi və neçə yerdən onu tutmuşdu.Qadına kömək edən gənci də it əlindən və ayaqlarından dişləmişdi. Onları təcili xəstəxanaya çatdırdıq , həkimlər xəstələrin yarasına dərman vurub , sarğı ilə bağladı və quduzluq əleyhinə vaksin vurdular. Hələ də bir neçə sakin xəstəxanada müalicə alır. Bax , bu gün Bakıda mövcud vəziyyət belədir.

Küçə itlərinə qarşı yetərincə mübarizə aparılmır. Nəticədə isə insanlar küçə itlərinin, sahibsiz itlərlərin əlindən qorxulu anlar yaşayırlar. Küçə itləri tək Bakının ucqar yerlərində deyil, həm də mərkəzi küçə və prospektlərdə sürü ilə gəzirlər. Xüsusilə də səhər saat 5 radələrində onlar daha da quduzlaşır və insanlara hücum edirlər. Çox təəssüf ki, aidiyyəti qurumlar isə onlara qarşı yetərincə mübarizə apara bilmir. Qəribədir ki, bizdə heyvanların hüquqları qorunduğu halda, insanların hüquqları qorunmur!

'Bir itə kimsə daş atsa, səlbə tullasa, verib öldürsə, onda Heyvanların Hüquqlarını Müdafiə edən cəmiyyətlər. bir hay-küy salır ki, sanki dünya dağılır, amma hər gün küçə itləri kimi isə tutur, yaralayır heç kim buna etiraz eləmir. Aidiyyəti qurumlar isə heç bir tədbir görmür və işi bir- birinin üzərinə atırlar.Nəticə isə göz qabağındadır - yəni ürəkağrıdıçıdır!

Emil FAİQOĞLU