Hakan Fidan: Türkiyə ordusunun Yəmənə yeridilməsi müzakirə edilmir
Türkiyə silahlı qruplaşma olan husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistana yardım göstərir, lakin Yəmənə ordu yeritməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"in efirində bildirib.
"Məkkə sazişi üzrə ölkələrin öhdəlikləri var. Bu ittifaqa üzv ölkələr bir-birinə etimad bəsləyir. Səudiyyə Ərəbistanına da hava hücumundan müdafiə sahəsində yardım edirik. Yəmənə Türkiyə ordusunun yeridilməsi isə müzakirə predmeti deyil", - o deyib.
Fidan bildirib ki, husilərin Yaxın Şərqdə yaratdığı gərginlik yeni yaranmayıb: "Sadəcə dünya diqqət yetirmirdi. Hazırda bu münaqişəyə vaxt ayırmaqlarına səbəb husilərin Bab-əl-Məndəb boğazına nəzarətidir. Çünki Hörmüz boğazı da açılmayıb".
Onun fikrincə, ABŞ ilə İran arasında mümkün razılaşma yalnız Hörmüz boğazının açılması üçün önəmli deyil, həm də qlobal maliyyə böhranının aradan qaldırılması baxımından vacibdir.
Digər Xəbərlər
22 Noyabr 2026 01:00
Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS lideri ilə görüşdü
22 Noyabr 2026 00:40
Trampdan xəbərdarlıq: ABŞ müflisləşə bilər
22 Noyabr 2026 00:00
Fransada etiraz aksiyaları - 80 mindən çox insan...
21 Noyabr 2026 23:00
"İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil" - Əraqçi
21 Noyabr 2026 21:30
"ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır" - Tramp
21 Noyabr 2026 18:45
"Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib" - Zelenski
21 Noyabr 2026 13:08
"Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar" - Tramp
21 Noyabr 2026 09:20


Bakı -°C

