adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Dekabr 2021 13:55
1392
SİYASƏT
A- A+

Levon Şirinyanın ittihamı: " II Qarabağ müharibəsini başladan Kremlin tamadalığı..."

Maraqlı və orjinal açıqlamaları ilə hər zaman diqqət mərkəzində olan politoloq Levon Şirinyan bu dəfədə vərdişindən əl çəkməyib.

Oxucularım  Şirinyanı “Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” frazasından sonra tanımağa başladılar.


Adalet.az xəbər verir ki, politoloq Şirinyan bu  dəfə də onun açıqlamasını dinləyənləri təəccübləndirə bilib. Onun sözlərinə görə, Kreml Ermənistanın vasitəçisi olmayıb və ola da bilməz.

Şirinyan iddia edib ki, ermənilərə qarşı İkinci Qarabağ müharibəsini Kreml başladıb.

“Kreml vasitəçilik edəcək, türklər rədd edəcəklər, Moskvanın tamadalığının qəpik qədər dəyəri olmayacaq. Moskvanın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında müsbət nəticə əldə etməyin mümkünlüyünə şübhə edirəm”. - deyə o bildirib.


Qeyd edək ki. hələ 44 günlük müharibədən çox illər əvvəl Levon Şirinyan: “Ruslar erməniyə qul kimi baxır”frazası erməniləri iki cəbhəyə bölmüşdü. O vaxt Rusiyanı tərəfdaş kimi görənlərin sayı indikindən qat-qat artıq idi.


  Əntiqə Rəşid