adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Dekabr 2021 13:09
2823
TEXNOLOGİYA
A- A+

“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan

Bakcell şirkəti özünün nomre.bakcell.com səhifəsini yeni dizaynla istifadəyə verib. Yenilənmiş sayt vasitəsilə abunəçilər istədikləri nömrəni rahatlıqla axtara, kateqoriyalar üzrə seçə və sifariş edə bilərlər. 

Adalet.az  xəbər verir  ki,  nomre.bakcell.com saytından istifadə etməklə abunəçilər həm 055 həm də 099 prefiksi ilə müxtəlif kateqoriyalı (sadə, bürünc, gümüş, qızıl, platin) nömrələri əldə etmək imkanına malikdirlər. Seçim zamanı nömrənin kateqoriyasına uyğun olan qiyməti ekranda əks olunacaq. İstədiyi nömrə mövcud olduğu təqdirdə, abunəçi sayt vasitəsilə onu sifariş verməli, sonra isə şəxsiyyət vəsiqəsi ilə “Bakcell”in rəsmi diler mağazalarından birinə yaxınlaşmalıdır.

Daha ətraflı məlumat üçün nomre.bakcell.com səhifəsinə daxil olun. 

Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.