adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Noyabr 2021 09:15
203
SİYASƏT
A- A+

Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gəlib.

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.