adalet.az header logo
  • Bakı -°C
23 Avqust 2026 18:44
71
HADİSƏ
A- A+

İsmayıllıda ağır qəza: xəsarət alanlar var

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.